Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklərAzərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mərd oğullarımızın döyüş əzminin və sarsılmaz ruhunun təntənəsidir.

Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq 44 günlük Vətən müharibəsi milli tariximizin ən şanlı səhifələrindən biridir. Müharibənin ilk günündən Azərbaycan əsgəri, zabiti öz üzərinə düşən tarixi missiyanı yerinə yetirmək məqsədilə döyüş meydanına atıldı. Dağları, dərələri, meşələri, sıldırım qayaları aşaraq irəlilədi. Nəticədə cəsarət, peşəkarlıq göstərərək qısa zaman kəsiyində bu müqəddəs missiyanın öhdəsindən qəhrəmanlıqla gəldi. Azərbaycan əsgəri, zabiti sübut etdi ki, Vətən uğrunda döyüşənin, haqq işi uğrunda mübarizə aparanın qarşısında heç bir maneə dayana bilməz.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı əsgər və zabitlərlərimiz bir daha yüksək peşəkarlıq, çeviklik və döyüş qabiliyyəti nümayiş etdirdilər. Nəticədə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu. Beləliklə, Azərbaycan Ordusu qarşıya qoyulmuş tarixi vəzifəni başa çatdırdı. Bu yolda itkilərimiz də oldu. Bu mənada işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan Azərbaycan bayrağı hər bir şəhidimizin müqəddəs xatirəsinə ehtiramın, onların arzularının gerçəkləşməsinin rəmzidir. Bəli, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycan əsgər və zabitinin qazandığı Zəfərin bəhrələridir.

Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Prezident İlham Əliyevin noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqını bayram münasibəti ilə təbrikində deyib: "Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin beli döyüş meydanında qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, o vaxt döyüş meydanında hələ azad olunmamış ərazilər də Azərbaycana qaytarıldı, bir güllə atılmadan, bir şəhid vermədən.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik. Bütün Azərbaycan xalqı fəxr edir. Gələcək nəsillər də fəxr edəcəklər. Bu şanlı tarix bizim qəlbimizdə əbədi yaşayacaq".

Bildirildi ki, Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə 6-7 müdafiə xətti qurulmuş, bütün ətraf ərazi minalanmışdır. Tikanlı məftil, istehkamlar, əlverişli mövqelər, təpələr, dağlar - bütün bunlar bizim üçün böyük çətinliklər yaradırdı. Buna baxmayaraq Azərbaycan xalqı bir daha bütün dünyaya nə qədər böyük xalq olduğunu göstərdi. Müdafiə xətləri yarıldı və düşmən geri çəkildi.

Vurğulandı ki, müharibə zamanı bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. "Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə - Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı" - deyə ölkə başçısı qeyd edib.

Yeri gəlmişkən qeyd edək ki, "Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir" deyən Prezident, Müzəffər Ali Baş Komandan bu gün də ordu quruculuğu prosesini davam etdirməklə yanaşı, əsgər və zabitlərimizin həmişə döyüş ruhunda olmaları üçün əlindən gələni əsirgəmir. Tarix göstərir ki, bu və ya digər ölkənin əsgər və zabitində milli ruh nə qədər yüksək olarsa, onun öz milli maraqlarını qorumaq və beynəlxalq münasibətlərdə müstəqil siyasət yürütmək imkanları da bir o qədər geniş olur.

Cavid Fərhadov
Ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi qazisi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 62   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 364
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 299
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 30
.

Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn

10.11.2026 298
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 268
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 278
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 291
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 0
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 93
.