"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi
Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb.
Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonra isə baş tibb bacısı vəzifəsində çalışdığı müəyyən edilib.
Məhkəmə materiallarına əsasən, D.Bünyadzadə küçəsi 1, ev 56 ünvanında yerləşən klinikada Mirhüseynova Namilə Sahib qızı 2019-cu ildən 2026-cı ilədək tibb bacısı və baş tibb bacısı vəzifələrində işləyib. Lakin onun sertifikasiya şəhadətnaməsi yalnız laborant ixtisası üzrə olub.
Yoxlama zamanı bu hal qanun pozuntusu kimi qiymətləndirilib. Araşdırma nəticəsində müəyyən edilib ki, klinikanın rəhbərliyi Namilə Mirhüseynovanın laborant ixtisası üzrə sertifikatının olduğunu bilsə də, onun baş tibb bacısı kimi fəaliyyət göstərməsinə şərait yaradıb.
Klinikanın direktoru və təsisçisi izahatında Namilə Mirhüseynovanın ixtisasını bildiyini və onun baş tibb bacısı vəzifəsində çalışmasına icazə verdiyini təsdiqləyib. Bununla belə, laborant sertifikatı olan şəxsin tibb bacısı kimi fəaliyyət göstərməsinə hüquq verən hər hansı sənəd təqdim edilməyib.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsi "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-ni İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilərək 6000 manat cərimələyib. Şirkətin direktoru barəsində isə 800 manat cərimə tətbiq edilib.
MMC-nin vəkili qərardan apellyasiya şikayəti verərək cərimələrin ləğvini və iş üzrə icraata xitam verilməsini istəyib. Müdafiə tərəfi Namilə Mirhüseynovanın konkret olaraq hansı tibbi fəaliyyətləri həyata keçirdiyinin və bu fəaliyyətlərin hansı ixtisas sertifikatını tələb etdiyinin məhkəmə qərarında kifayət qədər əsaslandırılmadığını bildirib.
Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb. Beləliklə, klinikanı idarə edən MMC-yə və direktoruna tətbiq edilmiş ümumilikdə 6800 manat cərimə qüvvədə qalıb.
Qeyd edək ki, "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-nin direktoru və qanuni təmsilçisi Afaq Məcidovadır.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 77 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 291 50-dən çox avtomobilin toqquşduğu qəza
Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba
10.11.2026 249 İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı
10.11.2026 289 Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn
10.11.2026 298 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
10.11.2026 405 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 294 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 59 Faciəvi partlayışa görə saxlanılanların sayı artdı
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind
10.11.2026 360 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 213