Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yolAzərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir. Vaxtilə separatizmin və işğalçılıq siyasətinin mərkəzlərindən biri olmuş şəhər bu gün Azərbaycanın suverenliyinin, milli iradəsinin və dövlət gücünün rəmzlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin vaxtilə səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida" bəyanatı xalqın yaddaşında qətiyyətli siyasi mövqenin ifadəsi kimi qalıb. Həmin nida işarəsinin 2023-cü il sentyabrın 20-də məhz Xankəndidə qoyulması isə bu fikrin tarixi məzmununu tamamladı. Bir vaxtlar siyasi bəyanat kimi səslənən mövqe konkret tarixi nəticə ilə təsdiqləndi. Bu gün Xankəndidən verilən mesaj həmin yolun necə başa çatdığını və Azərbaycanın qarşısında hansı yeni hədəflərin dayandığını göstərir.
Azərbaycanın Qələbəsini yalnız 44 günlük müharibənin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Bu uğur uzun illər ərzində aparılan dövlət quruculuğunun, iqtisadi inkişafın, fəal diplomatiyanın və güclü ordu yaradılmasının nəticəsi idi. İşğal dövründə ölkə həm beynəlxalq müstəvidə öz haqlı mövqeyini qoruyur, həm də siyasi, iqtisadi və hərbi imkanlarını genişləndirirdi. Xarici təzyiqlərə baxmayaraq, Azərbaycanın prinsipial mövqeyindən geri çəkilməməsi bu strategiyanın əsas xüsusiyyətlərindən biri idi.
Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, siyasi müdrikliyi və uzaqgörənliyi, eyni zamanda ölkənin hərtərəfli inkişafına yönəlmiş siyasəti Qələbəni şərtləndirən amillər sırasında xüsusi yer tutur. Bununla yanaşı, müasir silahlarla təchiz olunmuş güclü ordu, hərbçilərin peşəkarlığı və döyüş ruhu, xalqın milli iradəsi və həmrəyliyi də həlledici rol oynadı. Bu amillər bir-birini tamamlayaraq Azərbaycanın qarşısında duran tarixi vəzifənin yerinə yetirilməsinə imkan yaratdı.
44 günlük Vətən müharibəsi bu hazırlığın real gücünü nümayiş etdirdi. Döyüş meydanında 300-dən çox şəhər və kənd azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini həll edən həlledici hadisəyə çevrildi. Şuşa Azərbaycan xalqı üçün yalnız strateji əhəmiyyətə malik şəhər deyil, həm də tarixi yaddaşın, mədəniyyətin və milli kimliyin ayrılmaz hissəsidir. Buna görə də onun azad edilməsi hərbi uğur olmaqla yanaşı, xalqın mənəvi dünyasında da xüsusi yer tutdu.
Müharibənin nəticələrini səciyyələndirən məqamlardan biri Azərbaycan Ordusunun yüksək nizam-intizamı idi. Döyüşlər zamanı Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadı. Ermənistan tərəfi isə öz ordusunda 12 minə yaxın fərarinin olduğunu etiraf etdi. Bu müqayisə hərbi hazırlıqla yanaşı, əsgərlərin döyüş ruhu, məqsədə inamı və xalqın orduya dəstəyi baxımından da diqqətəlayiqdir.
Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra digər ərazilər bir güllə atılmadan, şəhid verilmədən Azərbaycana qaytarıldı. Bununla belə, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası prosesi 2023-cü il sentyabrın 20-də başa çatdı. Həmin gün keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyi təmin olundu. Beləliklə, 2020-ci ildə qazanılmış hərbi Qələbə 2023-cü ildə ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə tamamlandı. Prezidentin müraciətində hərbi cinayətkarların hazırda Bakı həbsxanalarında öz layiqli cəzalarını çəkməsinin vurğulanması da bu tarixi mərhələnin hüquqi nəticələrinə diqqət çəkir.
Xankəndidəki müraciətin diqqətçəkən məqamlarından biri də keçmiş separatçı qurumun yerləşdiyi binanın gələcək taleyi ilə bağlıdır. Vaxtilə təcavüzün və separatizmin mərkəzlərindən biri olmuş keçmiş icra hakimiyyəti binasında tamamlama işlərindən sonra Zəfər Muzeyi fəaliyyət göstərəcək. Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında həmin binaya səfərini xatırladaraq demişdi: "O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək".
Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın qarşısında duran ən böyük vəzifələrdəndir. İşğal illərində Ermənistan tərəfindən dağıdılmış şəhər və kəndlərin, tarixi abidələrin və məscidlərin yenidən qurulması yalnız tikinti prosesi deyil. Bu, insanların doğma torpaqlarına qayıtması, yaşayış mühitinin bərpası və həmin ərazilərin ölkənin ümumi sosial-iqtisadi həyatına yenidən qoşulması deməkdir.
"Böyük Qayıdış" Proqramı bu məqsədə xidmət edən əsas strateji istiqamətlərdən biridir. Artıq 100 minə yaxın insanın azad edilmiş ərazilərdə məskunlaşması, yaşaması və çalışması bu prosesin mühüm nəticəsidir. Lakin qayıdışın uğuru yalnız insanların say göstəricisi ilə ölçülməməlidir. Əsas məsələ həmin ərazilərdə normal həyatın, məşğulluğun və davamlı iqtisadi fəaliyyətin formalaşmasıdır. Qarabağın dirçəldilməsi uzunmüddətli yanaşma və ardıcıl dövlət siyasəti tələb edən bir prosesdir.
Prezidentin müraciətində Azərbaycançılıq məfkurəsinə xüsusi yer ayrılması da diqqətəlayiqdir. Çünki güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, onu birləşdirən mənəvi dəyərlərlə də formalaşır. Azərbaycançılıq məfkurəsi ölkədə yaşayan müxtəlif etnik qrupların və dini icmaların nümayəndələrini vahid ailə kimi birləşdirən, ümumi dövlətçilik maraqları ətrafında səfərbər edən əsas ideoloji dayaqlardan biridir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ideologiya Azərbaycanın mürəkkəb siyasi, hərbi, iqtisadi və humanitar sınaqlardan keçdiyi dövrlərdə milli birliyin qorunmasına xidmət edib. Onun mahiyyəti insanların etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq özlərini vahid dövlətin bərabərhüquqlu üzvləri kimi hiss etməsindədir. Müxtəlifliyin ümumi vətəndaşlıq kimliyi ilə uzlaşdırılması Azərbaycanın ictimai həyatının mühüm xüsusiyyətlərindəndir.
Prezident İlham Əliyevin Azərbaycanın siyasi, iqtisadi və hərbi baxımdan tam müstəqil, ləyaqətli və heç kimdən asılı olmayan dövlət kimi inkişaf etməsi barədə fikirləri də bu yanaşmanın davamıdır. Müstəqilliyin real təminatı yalnız suverenliyin bərpası ilə məhdudlaşmır. Güclü iqtisadiyyat, müdafiə qabiliyyəti, milli birlik, müstəqil qərarvermə imkanları və milli maraqları qorumaq bacarığı dövlətin dayanıqlığını müəyyən edən əsas amillərdir. Prezidentin qarşıya qoyduğu məqsəd Azərbaycanın o qədər güclü olmasıdır ki, heç kim ona zərər vermək barədə düşünməsin.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri davamlı siyasi, iqtisadi və sosial nəticələrə çevirməkdir. Qarabağın dirçəldilməsi, "Böyük Qayıdış"ın uğurla həyata keçirilməsi, milli birliyin qorunması və dövlətin hərtərəfli gücləndirilməsi bu mərhələnin başlıca prioritetləridir. Çünki tarixi Qələbənin əsl dəyəri onun yaratdığı imkanlardan istifadə edərək gələcək nəsillər üçün daha güclü, təhlükəsiz və dayanıqlı dövlət qurmaqla müəyyən olunur.
Azərbaycanın müasir tarixində Zəfər bir mərhələnin sonu deyil, yeni inkişaf dövrünün başlanğıcıdır. Xankəndidəki müraciətin əsas mesajı da budur: Azərbaycan artıq yalnız azad edilmiş torpaqlarını bərpa edən ölkə deyil, tam suverenliyinə söykənərək gələcəyini özü müəyyənləşdirən güclü dövlətdir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 64   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 76
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 280
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 293
.

Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə

10.11.2026 296
.

İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd

10.11.2026 324
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 310
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 379
.

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir

ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər

10:20 85
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 39
.