Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləriAzərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən, Ermənistanın təslim olmağa məcbur edilməsindən və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının tarixi nəticələrindən bəhs etdi.

Dövlətimizin başçısı bildirdi ki, Silahlı Qüvvələrimiz 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik və fədakarlıq nümayiş etdirdi. Düşmənin beli döyüş meydanında qırıldı. Vətən müharibəsi zamanı 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi, həmin yaşayış məntəqələrində dövlət bayrağımız ucaldıldı. Bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan təslimolma aktını imzalamağa məcbur qaldı. İlham Əliyev qeyd etdi ki, bununla döyüş meydanında hələ azad edilməmiş ərazilər də Azərbaycana qaytarıldı. Bu, əlavə hərbi əməliyyat aparılmadan, bir güllə atılmadan və bir şəhid verilmədən mümkün oldu.

Prezident xatırlatdı ki, Ermənistan müharibədən əvvəl Azərbaycana qarşı təhdidlərini davam etdirir, yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyir, "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı ilə xalqımızın ləyaqətini alçaltmağa çalışırdı. Azərbaycan isə bütün bu iddialara döyüş meydanında cavab verdi. İlham Əliyev vurğuladı ki, müharibə zamanı Azərbaycan Ordusundan 1 nəfər də olsun fərarilik etmədi. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, həmin ölkənin ordusunda 12 minə yaxın fərari olmuşdu.

Prezident İlham Əliyev Şuşanın azad edilməsinin müharibənin taleyini həll edən əsas hadisə olduğunu xüsusi qeyd etdi. Bundan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan təslimçilik aktına imza atdı. Prezident çıxışında müharibədən əvvəl Ermənistan rəhbərliyinin səsləndirdiyi bəyanatlara Azərbaycanın verdiyi siyasi cavabı da xatırlatdı. O, həmin dövrdə "Qarabağ Azərbaycandır va nida" bəyanatını səsləndirdiyini bildirdi. Dövlətimizin başçısının sözlərinə görə, həmin nida işarəsi 2023-cü il sentyabrın 20-də məhz Xankəndidə qoyuldu.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər 44 günlük Vətən müharibəsinin yalnız hərbi qələbə olmadığını, həm də uzun illər davam edən siyasi qarşıdurmaya Azərbaycanın iradəsi ilə son qoyulduğunu bir daha nümayiş etdirir. Bu çıxışda diqqətçəkən əsas məqamlardan biri qələbənin hansı şəraitdə əldə olunmasının, Ermənistanın müharibədən əvvəlki təhdidləri ilə müharibədən sonrakı reallıq arasındakı fərqin xatırladılmasıdır.

Prezidentin çıxışında Azərbaycan və Ermənistan ordularının müqayisəsinə yer verməsi təsadüfi deyil. Bir tərəfdə Vətən torpaqlarını azad etmək əzmi ilə döyüşən, yüksək mənəvi hazırlıq nümayiş etdirən Azərbaycan əsgəri, digər tərəfdə isə Ermənistan rəhbərliyinin etiraf etdiyi kimi, kütləvi fərarilik halları ilə üzləşən ordu dayanırdı. Bu fərq təkcə hərbi hazırlıq səviyyəsi ilə izah edilə bilməz. Söhbət xalqın öz dövlətinə, torpağına və mübarizəsinin haqlılığına inamından, dövlətlə cəmiyyətin ümumi məqsəd ətrafında birləşməsindən gedirdi.

Azərbaycanın qələbəsinin mühüm xüsusiyyəti ondan ibarət idi ki, müharibənin nəticələri döyüş meydanında müəyyənləşdirildi və Ermənistan təslim olmağa məcbur edildi. Bu, uzun illər ərzində nəticəsiz qalan danışıqlar prosesinin yaratdığı vəziyyəti kökündən dəyişdirdi. İşğalçı tərəfin siyasi bəyanatları, təhdidləri və status-kvonu qorumaq cəhdləri Azərbaycan Ordusunun gücü qarşısında iflasa uğradı. Nəticədə, döyüş meydanında hələ azad edilməmiş ərazilərin də qaytarılması mümkün oldu. Prezidentin vurğuladığı kimi, bunun əlavə şəhid verilmədən və bir güllə atılmadan baş verməsi qazanılmış hərbi üstünlüyün siyasi nəticəyə çevrilməsinin göstəricisi idi.

8 Noyabrın tarixi əhəmiyyəti, ilk növbədə, Şuşanın azad edilməsi ilə bağlıdır. Şuşa əməliyyatı Vətən müharibəsinin həlledici mərhələsi oldu. Tarixi şəhərin azad olunması Ermənistanın hərbi-siyasi rəhbərliyinə müharibəni əvvəlki vəziyyətdə davam etdirməyin mümkünsüzlüyünü göstərdi. Məhz bundan sonra təslimolma qaçılmaz xarakter aldı.
Prezidentin "Qarabağ Azərbaycandır və nida" bəyanatını xatırlatması isə hələ 2019-cu il oktyabrın 3-də Soçidə - "Valday" diskussiya klubunun plenar sessiyasında səsləndirilən siyasi mesajın 2023-cü ildə tam reallaşmasına diqqət çəkir. Əgər 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsasını qoymuşdusa, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı bu prosesi başa çatdırdı. Beləliklə, 2020-ci ildə döyüş meydanında əldə olunan qələbə ilə 2023-cü ildə suverenliyin bütün ölkə ərazisində bərpası arasında birbaşa siyasi və hərbi bağlılıq yarandı.

Bu hadisələrin məhz Xankəndidə xatırladılması da xüsusi məna daşıyır. Çünki vaxtilə separatçı xunta rejiminin mərkəzi olmuş şəhər bu gün Azərbaycanın suverenliyinin və dövlət hakimiyyətinin bərqərar olduğu ərazidir. Prezidentin Zəfər abidəsini ziyarət etməsi və xalqımıza buradan müraciət etməsi qələbənin tarixi nəticələrinin əyani ifadəsidir. Bu, həm də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini, azad edilmiş torpaqlarda dövlətin həyatın bütün sahələrini yenidən qurduğunu göstərən mənzərənin tərkib hissəsidir.

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı isə 2020-ci ildə yarımçıq qalmış hərbi-siyasi prosesin tamamlanması baxımından müstəsna əhəmiyyət daşıyırdı. Prezidentin sözləri ilə desək, "Qarabağ Azərbaycandır və nida" bəyanatındakı nida işarəsi məhz Xankəndidə qoyuldu. Bu ifadə sadəcə siyasi şüar deyil, dövlətin suverenliyinin bütün ərazilərində təmin edilməsinin yekun nəticəsini ifadə edir.

44 günlük Vətən müharibəsinin və sonrakı antiterror əməliyyatının nəticələri göstərdi ki, Azərbaycan qələbəyə təsadüfən nail olmayıb. Bu uğurun arxasında illərlə aparılan məqsədyönlü hazırlıq, güclü ordu quruculuğu, xalq-ordu-lider birliyi və Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi dayanırdı. Dövlətin bütün imkanlarının vahid məqsədə yönəldilməsi, hərbi əməliyyatların dəqiqliklə planlaşdırılması və milli maraqlara uyğun qərarların qəbul edilməsi qələbənin əsas şərtləri oldu.

Bu gün Zəfər Gününün Xankəndidə qeyd olunması həmin tarixi yolun nəticələrini bir daha göz önünə gətirir. 6 il əvvəl Şuşada qazanılan qələbə ilə başlayan yeni mərhələ 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ilə başa çatdı. Beləliklə, 8 Noyabr yalnız hərbi qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin Xankəndidən səsləndirdiyi təbrikin əsas qayəsi də məhz budur: Azərbaycan dövləti öz gücünə, xalqın birliyinə və ordunun qüdrətinə arxalanaraq qarşıya qoyduğu tarixi məqsədə nail oldu. Bu qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün dövlətə sədaqət, Vətənə bağlılıq və milli birliyin ən böyük nümunələrindən biri olacaq.

Tufan Məmmədov
İqtisadçı ekspert


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 52   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 377
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 71
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 291
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 70
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 329
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 292
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 295
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 382
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 251
.