Xankəndidə səslənən tarixi mesajlar

Xankəndidə səslənən tarixi mesajlarMüzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirləri ilə öz məntiqi yekununa çatıb, işğaldan azad edilmiş bütün torpaqlarımızda dövlət bayrağımız qürurla dalğalanmağa başlayıb. Bu zəfər yürüşünün ən mühüm mənəvi və siyasi zirvələrindən biri isə dövlətçilik tariximizdə dərin iz qoyan tarixi çıxışlar və müraciətlərdir. Prezident İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir. Vaxtilə separatizmin və işğalçılıq siyasətinin mərkəzlərindən biri olmuş şəhər bu gün Azərbaycanın suverenliyinin, milli iradəsinin və dövlət gücünün rəmzlərindən birinə çevrilib.
Xankəndidəki müraciətin diqqətçəkən məqamlarından biri də keçmiş separatçı qurumun yerləşdiyi binanın gələcək taleyi ilə bağlıdır. Vaxtilə təcavüzün və separatizmin mərkəzlərindən biri olmuş keçmiş icra hakimiyyəti binasında tamamlama işlərindən sonra Zəfər Muzeyi fəaliyyət göstərəcək. Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında həmin binaya səfərini xatırladaraq deyib: "O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək". Bu qərarın rəmzi mənası aydındır: bir vaxtlar işğalçı və separatçı ideologiyanın təmsil olunduğu məkan indi Azərbaycanın tarixi yaddaşına xidmət edəcək. Zəfər Muzeyi gələcək nəsillərə müharibənin tarixini, xalqın iradəsini və dövlətin suverenliyinin bərpasına aparan yolu çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyacaq. Beləliklə, keçmişin ağrılı səhifələri unudulmadan, həmin məkan yeni məzmun və məqsəd qazanacaq. Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın qarşısında duran ən böyük vəzifələrdəndir. İşğal illərində Ermənistan tərəfindən dağıdılmış şəhər və kəndlərin, tarixi abidələrin və məscidlərin yenidən qurulması yalnız tikinti prosesi deyil. Bu, insanların doğma torpaqlarına qayıtması, yaşayış mühitinin bərpası və həmin ərazilərin ölkənin ümumi sosial-iqtisadi həyatına yenidən qoşulması deməkdir".
Azad edilmiş ərazilərdə hazırda aparılan bərpa və quruculuq işləri Azərbaycanın qarşısında duran ən böyük vəzifələrdəndir. İşğal illərində Ermənistan tərəfindən dağıdılmış şəhər və kəndlərin, tarixi abidələrin və məscidlərin yenidən qurulması yalnız tikinti prosesi deyil. Bu, insanların doğma torpaqlarına qayıtması, yaşayış mühitinin bərpası və həmin ərazilərin ölkənin ümumi sosial-iqtisadi həyatına yenidən qoşulması deməkdir. Böyük Qayıdış Proqramı bu məqsədə xidmət edən əsas strateji istiqamətlərdən biridir. Artıq 100 minə yaxın insanın azad edilmiş ərazilərdə məskunlaşması, yaşaması və çalışması bu prosesin mühüm nəticəsidir. Lakin qayıdışın uğuru yalnız insanların say göstəricisi ilə ölçülməməlidir. Əsas məsələ həmin ərazilərdə normal həyatın, məşğulluğun və davamlı iqtisadi fəaliyyətin formalaşmasıdır. Qarabağın dirçəldilməsi uzunmüddətli yanaşma və ardıcıl dövlət siyasəti tələb edən bir prosesdir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bu misilsiz layihələr Azərbaycan dövlətinin iqtisadi gücünü və öz resurslarına arxalanaraq hansı miqyasda möcüzələr yaratmağa qadir olduğunu aydın göstərir. Dağıdılmış şəhərlərin yerində müasir infrastrukturun, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyalarının tətbiqi Qarabağı və Şərqi Zəngəzuru regionun ən inkişaf etmiş və yaşayış üçün əlverişli bölgələrindən birinə çevirir.
Prezidentin müraciətində azərbaycançılıq məfkurəsinə xüsusi yer ayrılması müstəsna əhəmiyyət kəsb edir. Çünki güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, onu birləşdirən mənəvi dəyərlərlə də formalaşır. Azərbaycançılıq məfkurəsi ölkədə yaşayan müxtəlif etnik qrupların və dini icmaların nümayəndələrini vahid ailə kimi birləşdirən, ümumi dövlətçilik maraqları ətrafında səfərbər edən əsas ideoloji dayaqlardan biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ideologiya Azərbaycanın mürəkkəb siyasi, hərbi, iqtisadi və humanitar sınaqlardan keçdiyi dövrlərdə milli birliyin qorunmasına xidmət edib. Onun mahiyyəti insanların etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq özlərini vahid dövlətin bərabərhüquqlu üzvləri kimi hiss etməsindədir. Müxtəlifliyin ümumi vətəndaşlıq kimliyi ilə uzlaşdırılması Azərbaycanın ictimai həyatının mühüm xüsusiyyətlərindəndir. Xankəndi Zəfər tağı önündən ucalan bu tarixi mesajlar yalnız keçmişə baxış və qazanılmış böyük Qələbənin təsdiqi deyil, həm də gələcək inkişafın, regionda sülhün və dayanıqlı təhlükəsizliyin təmin edilməsinə yönəlmiş aydın strategiyanın təzahürüdür. Bu müraciət Azərbaycan dövlətinin sarsılmaz iradəsini, yenilməz ordu-xalq birliyini və Qarabağın yenidən dirçəlişinə olan dərin inamını bütün dünyaya bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının Xankəndidən verdiyi tarixi bəyanatlar bir daha təsdiqləyir ki, Azərbaycan öz suverenliyini tam təmin etmiş, tarixi ədaləti bərpa etmiş güclü və yenilməz bir dövlətdir. Xankəndi Zəfər tağı və onun fonunda ucalan müqəddəs bayrağımız əbədi müstəqilliyimizin, sarsılmaz birliyimizin və gələcəyə inamla addımlayan böyük Azərbaycanın rəmzi olaraq dalğalanmaqda davam edəcək.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 57   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 364
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 299
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 30
.

Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn

10.11.2026 298
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 268
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 278
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 291
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 0
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 93
.