Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidirPrezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə separatizmin mərkəzi olan Xankəndinin bu gün Azərbaycanın suverenliyinin, milli qürurunun və tarixi ədalətin bərpasının simvoluna çevrilməsi dövlətimizin qazandığı tarixi nailiyyətlərin bariz ifadəsidir.
Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida!" bəyanatı xalqımızın milli iradəsinin və dövlətimizin prinsipial mövqeyinin ifadəsi idi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpa olunması həmin tarixi bəyanatın məntiqi yekununu təşkil edib. Beləliklə, bu bəyanatın tarixi təsdiqi məhz Xankəndidə öz əksini tapıb.
Dövlətimizin başçısının müraciətində Xankəndidə vaxtilə separatçıların yerləşdiyi inzibati binanın Zəfər Muzeyinə çevrilməsi ilə bağlı fikirlərin mühüm əhəmiyyət daşıyır. Prezidentin həmin binanı "şeytan yuvası" adlandıraraq 2023-cü ilin oktyabrında oraya daxil olarkən ilk növbədə pəncərələri açdığını xatırlatması tarixi məkanın dəyişən mahiyyətini simvolizə edir. Bu binada Zəfər Muzeyinin yaradılması keçmişin ağrılı xatirələrinin xalqımızın qəhrəmanlıq tarixini yaşadan məkana çevrilməsi baxımından əhəmiyyətlidir. Müharibə və separatizm dövründə törədilmiş cinayətlərdə təqsirləndirilən şəxslərin Bakıda məhkəmə qarşısına çıxarılması isə hüquqi məsuliyyət prinsipinin təmin olunmasının göstəricisidir.
Azərbaycanın tarixi Qələbəsinin təməlində 2020-ci ilin 44 günlük Vətən müharibəsində nümayiş etdirilən hərbi qüdrət, siyasi iradə və xalq-ordu birliyi dayanır. Müharibə zamanı 300-dən çox şəhər və kəndin işğaldan azad edilməsi, noyabrın 8-də Şuşanın düşmən işğalından azad edilməsi hərbi əməliyyatların taleyini həll edib. Ermənistanın məğlubiyyəti qəbul etməsindən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da əlavə döyüşlər aparılmadan Azərbaycana qaytarılıb.
Bu möhtəşəm Qələbə təsadüfi deyil, Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi, ordunun müasir silahlarla təchiz edilməsi və hərbi qulluqçuların peşəkarlığının artırılması tarixi Zəfərin əsasını formalaşdırıb. Bununla yanaşı, xalqımızın yüksək milli ruhu, həmrəyliyi və Vətənə sonsuz məhəbbəti Qələbəni şərtləndirən başlıca amillərdən olub.
Bu gün Azərbaycan yalnız hərbi Qələbəsi ilə deyil, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə də yeni tarix yazır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa edilir, tarixi-mədəni abidələr bərpa olunur. Böyük Qayıdış Proqramı çərçivəsində 100 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması və çalışması ilə bağlı göstərici Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin miqyasını əks etdirir.
Azərbaycanın qazandığı uğurların mənəvi təməlində azərbaycançılıq məfkurəsi dayanır. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində mühüm yer tutan bu ideologiya ölkəmizdə yaşayan müxtəlif xalqların və dini icmaların vahid Vətən, ortaq dəyərlər və ümummilli məqsədlər ətrafında birləşməsində mühüm rol oynayır.
Bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Qarşıda duran əsas strateji vəzifə əldə olunmuş qüdrəti daha da artırmaq, ölkənin təhlükəsizliyini və davamlı inkişafını təmin etməkdir.
Prezident İlham Əliyevin Xankəndidən səsləndirdiyi mesajın əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Zəfəri yalnız keçmişin tarixi nailiyyəti deyil, həm də güclü, müstəqil və firavan gələcəyimizin möhkəm təməlidir. Xalqımızın birliyi, dövlətimizin qüdrəti və milli iradəmiz bu gələcəyin ən böyük təminatıdır.

Həbib Məmmədov - müharıbə veteranı, polkovnik


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 91   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 395
.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

10.11.2026 289
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 283
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 277
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 62
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 293
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 92
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 119
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 297
.