Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədirElə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəyə dair vahid baxışın ifadəsidir.
Azərbaycançılıq təsadüfən yaranmış ideoloji yanaşma deyil. Onun təməlində xalqımızın çoxəsrlik dövlətçilik ənənələri, zəngin mədəni irsi, milli-mənəvi dəyərləri və tarixi sınaqlardan keçərək formalaşmış birliyi dayanır. Həmin ideologiyanın müasir Azərbaycan dövlətçiliyində möhkəmləndirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində azərbaycançılıq cəmiyyəti birləşdirən, milli həmrəyliyi gücləndirən, dövlətçiliyin qorunmasını ümummilli məqsədə çevirən möhkəm ideoloji dayağa çevrildi.
Bu ideyanın gücü ən ağır tarixi sınaqlarda özünü göstərdi. Azərbaycan zaman-zaman siyasi təzyiqlərlə, hərbi təhdidlərlə, iqtisadi çətinliklərlə üzləşdi. Amma hər zaman Vətənə bağlılıq, milli iradə və müstəqillik əzmi xalqımızı ayaqda saxladı. Həmin iradə illərlə davam edən mübarizədə, torpaq həsrətində, şəhidlərin qanı ilə yazılan tarixdə öz təcəssümünü tapdı.
Bu gün azərbaycançılıq məfkurəsi dövlət siyasətimizin ideoloji əsaslarından biri olmaqla yanaşı, milli birliyimizin, həmrəyliyimizin və gələcəyə baxışımızın başlıca fəlsəfəsidir. Prezident İlham Əliyevin dünən Xankəndidə Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər də bu məfkurənin müasir Azərbaycan üçün daşıdığı əhəmiyyəti bir daha aydın ifadə edir. Dövlət başçısı azərbaycançılığın xalqımızı birləşdirən, bütün uğurlarımızın təməlində dayanan və bizi gələcəyə aparan milli ideya olduğunu vurğulayaraq deyib: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur".
Bu fikirlər azərbaycançılığın yalnız tarixi keçmişimizdən qaynaqlanan ideya olmadığını, həm də bugünkü dövlətimizin inkişaf istiqamətini və sabahımızın konturlarını müəyyənləşdirən milli məfkurə olduğunu göstərir. İdeyanın ən böyük gücü isə müxtəlifliyimizi birliyə, fərqli baxışlarımızı ümumi məqsədə, vətəndaşlıq məsuliyyətimizi vahid dövlətçilik iradəsinə çevirə bilməsindədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün iqtisadi və hərbi baxımdan inkişaf edən, öz milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlətdir. Lakin güclü dövlət olmaq yalnız əldə edilən uğurlarla kifayətlənmək demək deyil. Güc həm də sabahı düşünmək, mümkün təhdidləri qabaqlamaq, iqtisadi və texnoloji inkişafı sürətləndirmək, müdafiə qabiliyyətini daim yüksəltmək, gənc nəslin intellektual potensialını artırmaqdır. Əsl müstəqillik elə bir qüdrətə sahib olmaqdır ki, kimsə ölkəmizə qarşı təhdid planları qurmağı ağlından belə keçirməsin. Bu, sülhün, təhlükəsizliyin və suverenliyin etibarlı təminatı olan güclü dövlət quruculuğunun fəlsəfəsidir.
Azərbaycançılıq məfkurəsi gələcəyin Azərbaycanını qurmaq ideyasıdır. Bu ideologiyanın daşıyıcısı olan hər bir vətəndaş bilməlidir ki, dövlətə bağlılıq yalnız bayrağa sevgi ilə məhdudlaşmır. Bu, öz işinə məsuliyyətlə yanaşmaq, qanunlara hörmət etmək, milli maraqları qorumaq və gələcək nəsillər qarşısında mənəvi məsuliyyət daşımaqdır.
Azərbaycançılıq birgəyaşayış mədəniyyətidir. Bu torpaqda yaşayan insanların dili, dini, etnik mənsubiyyəti fərqli ola bilər, lakin Vətən birdir, dövlət birdir, gələcək birdir. Bizi birləşdirən də məhz bu ortaq taledir. Azərbaycanı Azərbaycan edən onun rəngarəngliyi, bu rəngarəngliyi vahid milli kimlik ətrafında birləşdirə bilən həmrəyliyi və mənəvi bütövlüyüdür.
Bu gün Zəfər tariximizin işığında gələcəyə baxarkən bir həqiqəti unutmamalıyıq: dövlətin gücü xalqın birliyindən, xalqın gücü isə öz dövlətinə inamdan başlayır. Dünən torpaqlarımızın azadlığı uğrunda bir yumruq kimi birləşən xalqımız bu gün də quruculuq, inkişaf və tərəqqi naminə eyni həmrəyliyi nümayiş etdirir.
Zəfər bizə gücümüzü, iradəmizi və tarixi məsuliyyətimizi bir daha xatırlatdı. İndi qarşımızda daha böyük vəzifə dayanır. Bu, tarixi qələbəni davamlı inkişafın, elmin, mədəniyyətin, iqtisadi qüdrətin və güclü dövlətçiliyin Zəfərinə çevirməkdir. Çünki Vətən gələcək nəsillərə əmanətdir. Onu qorumaq, ucaltmaq, daha qüdrətli etmək hər birimizin borcudur. Köklərimizdən güc alaraq gələcəyə inamla addımlamaq, milli birliyimizi qorumaq və müstəqil Azərbaycanın dövlətçilik iradəsini yaşatmaq azərbaycançılıq məfkurəsinin əsl mahiyyətidir.

Günel Aslanlı - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 61   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini

10:32 141
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 134
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 131
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 294
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 106
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 233
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 186
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 15
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 288
.