Tatu psixoloji problemdir, yoxsa zövq? - ARAŞDIRMA

Tatu psixoloji problemdir, yoxsa zövq? - ARAŞDIRMA"Bədənimi belə daha çox sevirəm. Bu mənim üçün bir aksesuardır. Mənə estetik gözəllik bəxş edir. Amma etiraf etməliyəm ki, bir dəfə tatu döydürdükdən sonra asılılıq yaradır. Valideynlərimi narahat etsə də, tatu etdirməsəm, özümü yarımçıq hiss edirəm".

Bu sözlər bədəninin 30 faizini döymə etdirən Nicata məxsusdur. Adi "imza" ilə başlayan döymə, illər keçdikcə daha böyük tatularla əvəzlənməyə başlayıb. Təkcə Nicatda deyil, hazırda gənclərin əksəriyyəti böyük ölçülü "aksessuarlar"la bədənlərini bəzəyirlər. Artıq onlara zərif, sadə görünüşlü tatular kifayət etmir.

Tatu ustaları da təsdiqləyir ki, son zamanlar müştərilər sadə şəkillərin əvəzinə öz psixologiyalarını, ruhlarını ifadə edən tatular döydürmək arzusundadırlar. İnsanlar hansısa aktyorda, aktrisada, futbolçuda gördüyü şəkillər əvəzinə öz xarakterlərini ifadə edən tatulara daha çox bağlı olur. Çünki bədənlərində daşıdıqları həmin şəkillər onların həyatlarını və xatirələrini əks etdirir. Bu tatular onların ən yaxın dostuna çevrilir. Kimi sevgisini, kimi nifrətini bədəninə yazdırır. Böyük ölçülü tatular sahibinin zövqünü oxşasa da, bir çox hallarda estetik görüntüyə mənfi təsir edir. Ümumiyyətlə, bunun səbəbi nədir? Tatu psixoloji problemdir, yoxsa dəbin əlaməti?

"Kaspi" qəzetinin əməkdaşı məsələ ilə bağlı araşdırma aparıb.

Hindlilər, yaponlar, amerikalılar və Afrikadakı bəzi qəbilələr döymədən bəzək olaraq istifadə etsələr də, bir çox yerlərdə tatu xəstəliklərə və pis ruhlara qarşı qoruyucu tilsim olaraq tətbiq edilib. Hətta bəzi qaynaqlarda deyilir ki, bədənlərə vurulan döymələr əsrlər öncə şəxsiyyəti, həmin şəxsin kimliyini, hansı qəbiləyə aid olmasını və vəzifəsini bildirirmiş. Qədim dövrlərdə qulları fərqləndirmək üçün damğa vururdular. Tatunun eradan əvvəl 2000-ci illərdə qədim Misirdə, aalliyalılarda, britonlarda, traklarda mövcud olması mumiyalardan bəllidir. Qədim Yunanıstanda və Romada tatu barbarlara məxsus bir məşğuliyyət sayıldığı üçün kölələrə və cinayətkarlara məcburi sayılırdı. O zamanlarda xristianlara döymə qadağan edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını döydürürdülər.

Psixoloq Murad İsayev deyir ki, insan heç nəyi səbəbsiz etmir. Atdığımız hər addımın, verdiyimiz hər bir qərarın daxili dünyamızda qarşılığı var. Döymə də daxili dünyamızın qarşılığıdır: "Döymənin məqsədi kənardan estetika və ya bəzək kimi görünsə də, şüuraltında sosial-psixoloji səbəblər olur. İnsan heç vaxt öz bədənində, orqanizmində yad formanın olmasını, əslində, istəmir. Sadəcə olaraq, daha çox gözəllik, maksimum yaraşıq, mükəmməlliyətçilik anlayışı insanı buna vadar edir. Sevgilinin adını, sevdiyi ölkənin simvolunu, xoşladığı heyvanı bədənlərinə döydürürlər".

Psixoloq vurğulayır ki, böyük tatular daha çox diqqət çəkmək üçündür: "Yəni məndə digər insanlardan daha fərqli nüans var. Bəzən qollara vurulur ki, əzələlər görünsün. Yəni "mən varam" və "buradayam" demək məqsədi daşıyır. Bu, insanın daxili aləminin səssiz qışqırmasıdır". Psixoloqun sözlərinə görə, bütün növ tatular psixoloji mənada kənara informasiya vermək və insanlara, ətrafa öz varlığını, gücünü, möhkəmliyini göstərmək üçün edilir.

İnsan davranışlarını araşdıran tədqiqatçılar hesab edir ki, döymə həyat hekayəsini simvollaşdıra bilər: "Bəzi hallarda, döymələr ailə üzvünün və ya yaxın dostunun itirilməsi kimi travmatik həyat hadisələri zamanı bərpa olunmağa kömək edir. Bu, şəxsi macəra da ola bilər. Döymələri olan şəxslər ağrı qorxusunu dəf edərək özlərini daha cazibədar, güclü və özünəinamlı hiss edirlər. Bəziləri üçün döymələr dərinin altından daha dərinə gedir və dərin bir şəxsi dəyişiklik yaradır, onu ruhi cəhətdən daha güclü edir".

Döymənin asılılıq yaratdığını yuxarıda qeyd etmişdik. Məşhur Avstraliyalı blogger və tatu həvəskarı Nate Jay tatu asılılığının səbəblərini açıqlayıb. Birinci səbəb adrenalin və endorfindir: "Adrenalin asılılığı olan insanlar daim tatu etdirmək istəyirlər. Çünki riskə və ağrıya qarşı bədəndən xaric olunan endorfin və adrenalin onlara zövq verir".

İkincisi, psixoloji ağırını tatu ağrısı ilə əvəzləmə istəyidir: "Bəzi insanlar var ki, özünü yaralamaqdan zövq alırlar. Tatu ağrısı emosional və zehni stressi aradan qaldırmaq üçün istifadə olunur".

Üçüncü səbəb özünü ifadə etməkdir: "Hər bir döymənin mənası var. Yəni insanın bədənindəki döymələr onun bədən dilidir. Tatu dərdlərini dünyaya çatdırmaq istəyən gənclərin bədənlərinə həkk olunmuş dilidir".

Ən əsas səbəblərdən biri üsyandır: "Valideynlər, məktəblər, dinlər döyməyə qarşı olduqları üçün tatuların üsyan vasitəsi olması təəccüblü deyil. İnsanların, xüsusən də, gənclərin təbiəti bunun əksini etməkdir".

Tatu həvəskarının vurğuladığı sonuncu səbəb terapiyadır: "Çətinliklərlə mübarizdə hamımızın fərqli yollarımız var. Bəzilərinin mübarizə üsulu tatulardır. Tatular keçmişdə edilən səhvləri təkrarlamamaq, insanlara olan bağlılığı gücləndirmək və mənfi duyğuları aradan qaldırmaq üçün edilir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1403   Tarix: 14 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 535
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 333
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 274
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 725
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 497
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

20:30 100
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 292
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 326
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 668
.