Yeniyetmələr niyə intihar edir? - Səbəblər

Yeniyetmələr niyə intihar edir? - SəbəblərSon günlər ölkədə yeniyetmələrin intihar etməsi hadisələri artmağa başlayıb. Bir həftə ərzində mediada artıq 3 yeniyetmənin intihar etməsi haqqında informasiyalar tirajlandı. Belə ki, Beyləqanda 14 yaşlı qız, Qazaxda 15 yaşlı oğlan və son olaraq Cəlilabadda 14 yaşlı qızın intihar etməsi xəbərləri verildi. Səbəblər və qeyd edilməyən hallar araşdırılır. Bəs nəticə? İntihar hallarının cavanlaşması artıq həyacan siqnalı çalmağa əsas verir. Yeniyetmələri həyatla vidalaşmağa nə vadar edir? Olduqları problemlərdən çıxış yolu niyə tapılmır?

İntihar hadisələrinə hər bir şəxsin baxış bucağı fərqlidir. Bəzən bizim üçün sadə görsənən bir hadisə başqaları üçün cəhənnəmdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, psixoloq Rövşən Nəcəfov AzVision.az-a açıqlamasında bildirib ki, intihar fərdidir. Bəzən intihar haqqında empatiya qurmadan danışılır.

- Düşünürük ki, intihar etmiş şəxs səhv edib. İntihar səhv deyil, bu insanın özünü ictimai olaraq ifadə etməsidir. Burada müxtəlif səbəblər var. Səbəblərdən ən əsası onun daxili yanaşmasıdır. İntihar hallarının artması bir növ mətbuatda, ictimaiyyətdə bu cür materialların təbliğat xarkterli yayılması ilə əlaqədardır.

R.Nəcəfov burada iki yanaşmanın olduğunu vurğulayıb: "Birincisi, deyirik ki, intihar xəbərləri verilməsin, çünki hadisələrin sayının artmasına təsir edir. İkincisi isə o zaman sual ortaya çıxır ki, intiharla bağlı xəbərlər getməsə haradan ayıq düşəcəyik? SOS siqnalını haradan alacayıq? Mediada gedən məlumatlarda o xəbərlər daha çox maarifləndirici formada olmalıdır. İntiharla bağlı hüquqi və psixoloji maarifləndirmə aparmalıyıq. Hüquqi maarifləndirmə ona görə aparılmalıdır ki, he, bir şəxs intihara təhrik edilməsin. Psixoloji maarifləndirmədə isə insanlara, xüsusən gənclərə intiharın çıxış yolu olmadığı aşılanmalıdır. İstənilən ən çətin problemin həlli var".

Dövlət Komitəsi tərəfindən istər ailələrlə, istər gənclərlə regionlarda və paytaxtda müntəzəm hüquqi və psixoloji maarifləndirmə tədbirləri aparılır. Komitə əməkdaşı bildirib ki, onlar üçün vacib olan vətəndaşın səsini çıxarmasıdır.

- İstər fiziki, istər psixoloji zorakılıq olanda bir səs çıxsın ki, dövlət ona doğru getsin. Səs olmasa bizim hadisədən xəbərimiz olmayacaq. İnsanlar dövlətə müraciət etməkdən, qaynar xəttə problemlərini deməkdən çəkinməsinlər. Bizim üçün asan görsənən bəzi problemlər başqaları üçün çətin ola bilər. Bunu vətəndaşlara, xüsusən gənclərə çatdırmaq lazımdır.

İnsan birinci mənəvi, daha sonra fiziki intihar edir. Bu gün valideynlərimiz övladlarının özünü öldürməsi ifadəsini işlətməsini, ölüm təhdidini ifadə etməsini boş verirlər. Deyirlər ki, uşaqdır. Əgər bir insanda istər uşaq, istər gənc, istərsə də istənilən yaş kateqoriyasında olan şəxsdə özünü öldürməklə bağlı fikir formalaşıbsa, deməli onun beynində ilkin toxumlar əkilib və böyüməyə başlayır. Bunu heç kimlə müzakirə etməyəndə artıq insan daxili dünyası ilə müzakirə edir. Müzakirədən sonrakı mərhələ mübahisə, mübahisədən sonrakı mərhələ isə fiziki və ya psixoloji cinayətdir.

Bir valideyn, vətəndaş olaraq insanlarımız qarşı tərəflə empatiya qurmalıdır. Özümüzü onların yerinə qoymalıyıq ki, o, hansı hissləri keçirir. İntihar edən haqqında informasiya oxuyanda təkcə heyfslənirik. Və yaxud ekspert olaraq insanlara bunun yaxşı olmadığını vurğulayırıq. Amma bir də bu halların baş verməsi üçün səbəblər var və bu səbəblərə çox həssas yanaşmaq lazımdır. Bu səbəbləri də maarifləndirici işıqlandırmaq lazımdır", deyə psixoloq əlavə edib.

Dövlət Komitəsi tərəfindən bu tip və buna bənzər hadisələr olanda anında aidiyyatı qurumlarla araşdırmalar aparılır. R.Nəcəfov araşdırmalar zamanı psixoloji aspektlərin ortaya çıxdığını qeyd edib:

"Ailədə psixoloji basqının olması, məişət zorakılığına məruz qalması və şəxsin heç kimə müraciət etməməsi, sosial şəbəkələrdəki təbliğatın axınına düşməsi müşahidə edilir. Şəxsin ailədə şiddətə, fiziki və ya psixoloji zorakılığa məruz qalması erkən yaşda bu yola əl atmasına səbəb olduğunu göstərir. İntihara səbəb əsasən psixoloji pozuntulardır. Ailədə, cəmiyyətdə və istənilən sosial mühitdə dialoq olmalıdır.

Ailə konservativ və avtoritar təfəkkürlü olanda uşaq şiddətə məruz qalır. Bu halda uşaq fiziki və ya psixoloji problemlərini heç harda ifadə edə bilmir. Cəmiyyətdə təbliğatı gücləndirməliyik ki, uşaq ailədə gördüyü psixoloji və fiziki şiddəti məktəb psixoloquna və pedoqoquna mütləq desin. Çox təəssüf ki, səs çıxmasa biz səsə tərəfə gedə bilmirik. Bu işdə məktəb müəllimlərin də üzərinə məsuliyyət düşür. Məktəbdə müşahidə etdiyimiz çətin uşaq təkcə dərsi pozan deyil. Həm də dərsini çox yaxşı oxuyan, həssas uşaqlardır. Hər kəs polisə və digər aidiyyatı qurumlara müraciət etməkdən qorxmasın, çəkinməsin. Uşaqların qorxmadan dərdini deməsini də cəmiyyətdə, məktəbdə təbliğ etməliyik.

Sosial şəbəkələrdə paylaşılan hər xəbər təbliğatı böyüdür. İstənilən halda gənc yaşda insanların intihar etməsi təbliğatı artırır və bu təəssüfedicidir. Rəsmi statistikalar müraciətlərlə və monitorinqlərlə ortaya çıxır. Müraciət olunmayan, qeydiyyata düşməyən hadisələr də var. Çox təəssüf ki, gündəm neqativlərlə doludur. Neqativlərin qarşısında güclü fikir immunitetləri yaratmalıyıq ki, insanlar maariflənsin, doğru istiqamətə yönəlsin. İstənilən neqativ informasiya maarifləndirmə olmayanda təbliğat xarakteri daşıyır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1403   Tarix: 17 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 318
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 192
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

15:00 206
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

18:30 1
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 226
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 264
.