Həlak olan hərbçilərin ailə üzvləri mənzillə təmin olunacaq
Azərbaycanda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinə dair tələblər müəyyənləşir.
"Report"un xəbərinə görə, bu, "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvləri digər yaşayış sahəsi verilmədən yaşadıqları yaşayış sahələrindən, eləcə də yaşayış sahəsini almağa və ya yaşayış şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçotundan çıxarıla bilməzlər və onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada xüsusi mülkiyyətdə olan yaşayış sahəsi almaq hüququ vardır.
Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə kirayəyə götürülmüş sahəsindən istifadə haqqına görə pul kompensasiyasını almaq hüququ vardır. Bu kompensasiya məbləğinin müəyyən edilməsində hərbi qulluqçu həlak olduqdan (vəfat etdikdən) sonra onun həmin nikahdan doğulmuş uşaqları da nəzərə alınır.
Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinin hərbi tibb müəssisələrində və digər müəssisələrdə güzəştli şərtlərlə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.
Yuxarıda göstərilən maddələr özü tərəfindən qəsdən törədilmiş cinayət, yaxud narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində vəfat edən hərbi qulluqçuların ailə üzvlərinə şamil edilmir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2688 Tarix: 17 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN
Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd
00:13 225 Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər
Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il
00:15 219 Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd
11:43 236 Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır
Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib. O, həmçinin qonşu ölkələrl
05.09.2026 172 Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?
Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi
05.09.2026 182 Bu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK
Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır. xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul ola
00:09 181 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmaya
11:15 62 Azərbaycanda toylar üçün YENİ ŞƏRTLƏR - 2 saat, maksimum 100 nəfər!
Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov "Yeni Sabah"a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarl
00:27 343 Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib
Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav
05.09.2026 179