Bəzi diaqnostika mərkəzləri rayon xəstəxanalarına birləşdirilir - SİYAHI

Bəzi diaqnostika mərkəzləri rayon xəstəxanalarına birləşdirilir - SİYAHIAzərbaycanda bəzi müalicə diaqnostika mərkəzləri rayon\şəhər mərkəzi xəstəxanalarına birləşdiriləcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, bu günə qədər yeddi mərkəz xəstəxanalara birləşdirilib. Bundan sonra isə dörd mərkəzin birləşdirilməsi nəzərdə tutulub. Həmin tibb müəssisələri aşağıdakılardır:

- Şirvan Müalicə Diaqnostika Mərkəzi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına
- Qazax Müalicə-Diaqnostika Mərkəzi Qazax Rayon Mərkəzi Xəstəxanasına
- Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına
- Tovuz Hemodializ və Diaqnostika Mərkəzi Tovuz Rayon Mərkəzi Xəstəxanasına

Bildirilib ki, agentlik bu il səhiyyə sistemində bir çox islahatlar həyata keçirib. Aparılan islahatların məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir:

"Bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq".

Qeyd edək ki, struktur dəyişiklikləri nəticəsində indiyədək aşağıdakı müalicə diaqnostika mərkəzləri rayon mərkəzi xəstəxanalarına birləşdirilib:

- Lənkəran Müalicə-Diaqnostika Mərkəzi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına
- Qəbələ Müalicə-Diaqnostika Mərkəzi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına
- Füzuli Müalicə-Diaqnostika Mərkəzi Füzuli Rayon Mərkəzi Xəstəxanasına
- Quba Müalicə-Diaqnostika Mərkəzi Quba Rayon Mərkəzi Xəstəxanasına
- Bərdə Müalicə-Diaqnostika Mərkəzi Bərdə Rayon Mərkəzi Xəstəxanasına
- Zaqatala Müalicə-Diaqnostika Mərkəzi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına
- Şamaxı Müalicə-Diaqnostika Mərkəzi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına

Bakı şəhəri üzrə tibb müəssisələrində aparılan struktur dəyişikliklər Ailə Sağlamlıq Mərkəzlərinin və tibb mərkəzlərinin yaradılması, habelə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərin bəzilərinin fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır. Ailə Sağlamlıq Mərkəzləri ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə yaradılır. Bu günə qədər poliklinikada birgə göstərilən ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış poliklinik xidmətin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulub. Ailə Sağlamlıq Mərkəzlərində yalnız ilkin səhiyyə xidməti çərçivəsində tibbi xidmətlər göstəriləcək. Hazırda bu islahat Nərimanov rayonundakı tibb müəssisələrində həyata keçirilir.

Tibb mərkəzləri ilə bağlı məsələyə gəldikdə isə aparılan struktur dəyişikliyinə əsasən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir.

Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərində aşağıdakı struktur dəyişikliyi həyata keçirilib:

- Xüsusiləşdirilmiş Angioloji Mərkəz M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzin strukturuna verilib, bununla da damar cərrahiyyəsi istiqamətində imkanlar genişləndirlib.

- Uşaq Bərpa Müalicə Mərkəzi, Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Klinik Uşaq Xəstəxanası K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun strukturuna verilib.

- Respublika Uşaq Klinik Xəstəxanası Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına birləşdirilib.

Bununla yanaşı, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Respublika Stomatoloji Mərkəzi, Müharibə Veteranları Xəstəxanası və Yazıçılar Poliklinikası "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin strukturuna verilib.

Habelə, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxs yaradılıb. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanası "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsin strukturuna verilib.

Sözügedən tibb müəssisələrində tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təminat-təсhizat məsələləri, maddi texniki baza, qeydiyyat sisteminin qurulması və digər işlərin aparılması davam edir. Gələcəkdə də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliklərinin aparılması nəzərdə tutulur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1324   Tarix: 19 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 125
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

14:30 212
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

20:15 1
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 238
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

18:18 0
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

10:34 269
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 236
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 228
.