Bu cümlə qadınları depressiyaya sala bilər
Məni narahat edən bir mövzudan yazmaq istəyirəm.
İstər televizor, istər sosial media, istərsə də gündəlik həyatımızda ətrafda olan insanların daim qadınlara aşılamaq istədiyi bir fikir var: "Sən güclüsən, sən bacararsan!"
Əvvəlcə mənə normal gəlirdi. Düşünürdüm ki, bunu qadınları həvəsləndirmək, onlara dəstək olmaq üçün edirlər, lakin bir müddətdən sonra məsələyə başqa tərəfdən baxmağa başladım.
Yuxarıda qeyd etdiyim şüarlar qadınlara onu diktə edir ki, sən həm iş qadını olub işləməlisən, həm övladlarının anası olub onların hər cür tələbatını yerinə yetirməlisən, həm də ev işlərinin öhdəsindən gəlməlisən. Sanki bir növ buna məcbursan, dövr bunu tələb edir. Halbuki bu fikirlər çox yalnışdır.
Hərtərəfli olmayan, sadaladıqlarımdan hər hansı birinə sahib olmayan qadının hamısına sahib olan qadınlara necə həsədlə baxdığının şahidiyəm.
Çox uzağa getmədən, sosial şəbəkələrdə güclü qadınlar haqqında yazılan rəylərdə belə qadınları görə bilərsiniz. Düşünmürəm ki, həmin qadınlar bu rəyləri pis niyətlə yazsınlar, çünki onlara göstərilən və aşılanan "mükəmməl, ideal qadın" imicinə heç zaman sahib ola bilməyəcəklər. Bu səbəbdən depresiyaya düşüb, özünü "bəxtsiz" adlandıran qadınlar az deyil.
Ona görə də hesab edirəm ki, bir qadına "sən hər şeyi bacararsan, güclüsən" demək əvəzinə, "özünü necə xoşbəxt hiss edirsənsə, elə də yaşa, hər şeyi çatdırmaq məcburiyyətində deyilsən, sadəcə bacardığını mümkün qədər mükəmməl şəkildə etməyə çalış" cümlələri deyilsə, həmin qadın daha çox özü ilə barışıqda olub, daha çox özünə güvənəcək. Əks təqdirdə yorğun, həyatdan bezmiş, çiyinlərindəki ağır yüklərlə baş çıxarmağa çalışan, bunu edə bilmədikdə ruhən parçalanmış qadınlar görəcəksiniz. Unutmayaq ki, güclü insan heç vaxt yıxılmayan biri deyil, hər yıxıldıqda yenidən ayağa qalxa bilən kəsdir.
Bir də ki, məncə, qadınları güclü etməyə çalışmaqdansa, xoşbəxt etməyə çalışaq...
Bəs sizcə?..
Fəridə Mustafaoğlu
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1372 Tarix: 27 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Onların pulu ancaq bədən kəsdirməyə gedir"
Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar
09.11.2026 299 Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"
10.11.2026 286 Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
08.11.2026 333 Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
07.11.2026 350 İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma
"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat
01.11.2026 618 Turlar.az - Turizm elanları saytı
saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə
03.11.2026 698 "WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
08.11.2026 508 12 yaşlı uşaq qızıl külçəsi tapdı
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə
08.11.2026 292 800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
09.11.2026 333