Yol polisi: "Yük avtomobilləri yollarda tıxac yaradır"

Yol polisi: "Yük avtomobilləri yollarda tıxac yaradır"Paytaxt ərazisində yük avtomobillərinin idarə olunması ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib.

Müraciətdə bildirilir ki, son vaxtlar Bakı şəhərinin mərkəzi və digər küçələrində yük avtomobillərinin gün ərzində yollarda hərəkətdə olması, bəzi ərazilərdə bu səbəbdən müəyyən sıxlıqların, hətta tıxacların yaranması müşahidə edilir:

"Tikinti və ya digər ticarət obyektlərinə xidmət göstərilməsi üçün paytaxta daxil olmuş həmin yük avtomobillərinin sonradan ərazidən çıxarılması özü də bir qədər vaxt tələb etməklə yanaşı, digər hərəkət iştirakçılarının yollarda rahat və fasiləsiz hərəkətinə ciddi maneçilik törədir. Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin may ayının 1-dən oktyabr ayının 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabr ayının 1-dən may ayının 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunur.

Qeyd edək ki, hüquqi və fiziki şəxslərə məxsus yük avtomobillərinin məhdudiyyət tətbiq edilən saatlarda şəhərdə hərəkətinə yalnız onların hansı marşrutlarla hərəkət etmələrinə icazə verən buraxılış vərəqələri əsasında yol verilə bilər. Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək paytaxt ərazisində nəqliyyatın sıxlığının azaldılması məqsədilə tətbiq edilən məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmalarını, vəziyyəti düzgün qiymətləndirmələrini və digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneə yaratmamalarını xahiş edir".(oxu.az)


BiG.Az
Telegramda izləyin
Kateqoriya   Baxılıb: 1095   Tarix: 27 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda avtobusda maskadan istifadə etməyənlər cərimələnib

Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər cərimələnib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai, Binəqədi, Nəsimi, Sabail, Sabunçu və Suraxanı rayonlarında polis əməkdaşları tərəfində

29.01.2022 1190
.

Cəlilabadda avtomobil 3 piyadanı vurub

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı minik avtomobili yoldan keçən 3 piyadanı vurub. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırm

30.10.2021 1081
.

"Kontakt"da cəmi 3 saat ərzində - 60%-DƏK ENDİRİMLƏR

"Kontakt"ın çoxdandı gözlənilən "Axşambazarı" kampaniyası yenidən hər kəsi sevindirəcək! . Yalnız oktyabrın 8-i cəmi 3 saat ərzində sevilən şəbəkənin müştəriləri hər növ məhsula nağd alışda 60%-dək endirimlərdən yararlana biləcəklər. Meqa-endirimlər Bakı, Sumqayıt, Xırdalan və Gənc

07.10.2021 1863
.

Azərbaycanda vəzifəli şəxs işdən çıxaraq xaricə köçüb - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Vüqar Məmmədov vəzifəsindən azad olunub. "Report"un əldə etdiyi məlumata görə, o, işdən çıxmaqla bağlı ərizə yazıb. Dövlət Komitəsinin rəhbərliyi ərizəni qəbul edib. V.Məmmədov təhsil və iş üçün xaric

30.10.2021 2245
.

"Pfizer" dərmanı uşaqların peyvəndlənməsində istifadə olunacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Strateji Məşvərət Ekspertlər Qrupu "Pfizer" dərmanının məhdud dozası ilə 5-11 yaşında uşaqların koronavirusa qarşı peyvəndlənməsini tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə qurumun bu gün keçirilən iclasından sonra qəbul edilmiş açıqlamasınd

23.01.2022 1123
.

Ceyhun Bayramov Aşqabadda Soçi bəyanatından DANIŞDI

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında iştirak edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə baş tuta

27.11.2021 1079
.

Hindistan sakini yanlışlıqla keçi əvəzinə dostunun başını kəsdi

Hindistanın Valasapalli kəndində (Andhra Pradeş ştatı) Makara Sankranti festivalı zamanı sərxoş kişi dostunu keçi ilə səhv salaraq başını kəsib. Ənənəvi qurban kəsimi günəş tanrısı Suryaya həsr olunmuş hindu festivalı zamanı baş tutub. Ayini icra edəcək Çalapati adlı şəxs mərasimin gedişində xeyli spirtl

23.01.2022 1539
.

Rusiyanın onlarla diplomatı gələn il ABŞ-ı tərk edəcək

Gələn il yanvarın 30-da Rusiyanın 30-dək diplomatı ABŞ-ı tərk edəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. Səfir 2022-ci ilin iyulunda daha 27 diplomatın ABŞ-ı tərk edəcəyini vurğulayıb. Onun sözlərinə görə, diplomatları

28.11.2021 1027
.

İbrahim Kalın: "Ərdoğan və Bayden Qafqazı müzakirə edəcəklər"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden müzakirələr zamanı Qafqaz məsələsinə də toxunacaqlar. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Romada "CNN Türk"ün suallarını cavablandırarkən bildirib. O, daha bir-iki gün İtaliyada qalacaqlarını deyib:. "Görü

30.10.2021 958
.