Qurban Qurbanov ispaniyalı futbolçuya yeni komanda tapmasını tövsiyə edib
"Qarabağ"ın cari mövsümün əvvəlində heyətinə qatdığı ispaniyalı futbolçu Qaspar Panadero qış fasiləsində komandadan ayrıla bilər.
Bu barədə "Report"a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, baş məşqçi Qurban Qurbanov artıq 24 yaşlı yarımmüdafiəçi ilə söhbət edib: "Dostcasına danışıq olub. Panaderonun karyerası var. Qurbanov futbolçuya yeni komanda tapmasını tövsiyə edib. Oyunçunun özü də baş məşqçinin fikirlərini yaxşı başa düşüb. Hazırda komanda axtarışındadır. Təklif olarsa, dəyərləndirməyə hazırıq".
Abbaszadə oyunçunun 12 - 26 yanvarda Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına aparılmayacağını söyləyib: "Klub tapa bilməsə, Bakıda qalıb əvəzedici komanda ilə hazırlıq keçəcək".
Qeyd edək ki, "Qarabağ" Qaspar Panadero ilə 3 illik müqavilə imzalayıb. Panadero bu mövsüm Azərbaycan Premyer Liqasında 4 oyuna çıxıb, 244 dəqiqə meydanda olub.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1605 Tarix: 18 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünya çempionumuz koronavirusa yoluxdu
Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal
31.08.2021 1111 CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı
İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın
29.08.2021 669 Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir
Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl
27.08.2021 1378 "Formula 1" pilotu koronavirusa yoluxub
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək
05.09.2021 551 Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək
İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"
05.09.2021 1542 Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR
Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind
24.08.2021 1745 Taekvondoçularımız üç gümüş medal qazandılar
Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi
27.08.2021 665 "Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"
"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı
22.08.2021 688 İbrahimoviçin qayıdacağı vaxt bilindi
"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib
23.08.2021 954