Ronaldunun transfer dəyəri xeyli azalıb
"Transfermarkt" İngiltərə Premyer Liqası oyunçularının bazar dəyərini yeniləyib.
Dəyişiklik transfer qiyməti 45 milyon avrodan 35 milyon avroya düşən "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronalduya da təsir edib.
Qeyd edək ki, 36 yaşlı Ronaldu 2021-ci ilin avqustundan "qırmızı şeytanlar"ın heyətində çıxış edir. O, "Yuventus"dan 15 milyon avroya alınıb.
Bu mövsüm portuqaliyalı hücumçu Premyer Liqadakı 13 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5 oyununda 6 qola imza atıb.
Ronaldunun klubla müqaviləsi 2023-cü ildə başa çatır. "Transfermarkt"ın məlumatına görə, hücumçu maksimum transfer dəyərinə 2014-cü ildə (120 milyon avro) "Real"da oynayarkən malik olub.(oxu.az)
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1377 Tarix: 25 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO
"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin
23.08.2021 2064 Azərbaycan 11-ci qızıl medalını QAZANDI
Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz
01.09.2021 933 Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər
07.09.2021 1468 Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5
22.08.2021 758 Taekvondoçularımız üç gümüş medal qazandılar
Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi
27.08.2021 665 "Formula 1" pilotu koronavirusa yoluxub
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək
05.09.2021 551 Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo
28.08.2021 1373 "Yuventus"un gənc futbolçusu öldü
İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini
05.09.2021 972 Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün
29.08.2021 834