Azərbaycanlı futbolçu: "Gecə klubları karyeramı məhv edə bilərdi"
"Böyük pullar qazanandan sonra gecə klublarına getməyə başladım".
"Report"un məlumatına görə, bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində deyib.
Veteran yarımmüdafiəçi bildirib ki, həmin vaxtlarda futbol matçlarından daha çox, oyundan sonra nə olacağını gözləyib: "Şadam ki, bu asılılıqdan canımı qurtardım. Düzdür, proses ağrılı keçdi, amma mənim üçün yaxşı dərs oldu. Çünki həmin ərəfədə gerilədim, futbolda uğursuzluqlarım çox oldu. Gecə klubları karyeramı məhv edə bilərdi. Buna baxmayaraq, hər şeyə yenidən başladım. Bunda həyat yoldaşımın da böyük rolu oldu".
Azərbaycanlı futbolçu xanımı Yuliya Səmədaova ilə tanışlığından da söz açıb: "Açığı, indi bunu xatırlamaq mənim üçün çətindir. Çünki 17 il əvvəl olub. Onunla gecə klubunda tanış olmuşam. Yadımdadır ki, musiqi çalınırdı və mən ona yaxınlaşdım. Bəlkə də yaxınlaşmasaydım, evlənməyəcəkdik. İndi hər şey yaxşıdır, mənim üçün 3 oğul dünyaya gətirib".
Səmədov həyat yoldaşına necə evlənmə təklifi etdiyini də açıqlayıb: "Romantik insanlar bu prosesə diqqətlə hazırlaşırlar. Mən o kateqoriyaya aid deyiləm. Məndə hər şey ordudakı kimidir. Ona yaxınlaşıb artıq evlənmək vaxtımızın çatdığını dedim. Çox sevindi".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1513 Tarix: 16 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı
Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda
29.08.2021 1349 Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib
Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd
28.08.2021 641 Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub
Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202
28.08.2021 476 Pele əməliyyat olundu
Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin
06.09.2021 1378 "Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"
"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı
22.08.2021 688 Azərbaycan 11-ci qızıl medalını QAZANDI
Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz
01.09.2021 933 Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün
29.08.2021 834 Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7
04.09.2021 627 Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı
Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb
27.08.2021 1074