Azərbaycanda kanalda tank və top mərmiləri TAPILDI - VİDEO
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu hadisə yerinə cəlb edilib.
Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 125 mm-lik "BK-14" tank mərmisi və 1 ədəd 122 mm-lik "OF-56" top mərmisi olduğu (tərkibində partlayıcı maddə olmayan) müəyyən edilib.
Mərmilər pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 888 Tarix: 22 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLuvrun direktoru həyəcan təbili çaldı
Luvr Muzeyinin direktoru Lorans de Kar dünyanın ən məşhur muzeyinin ciddi infrastruktur böhranı yaşadığını bəyan edib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, muzey rəhbərliyi mövcud vəziyyətin təcili olaraq dəyişmədiyi təqdirdə kompleksin normal fəaliyyətinin bərpaolunmaz dərəcədə təhlük
20.06.2026 157 İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi
Almaniyanın Şlezviq-Holşteyn əyalətinin parlamenti "Reerdigung" - yəni "torpağa qaytarılma" adlanan yeni dəfn üsulunu qanuna daxil edib. xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Məlumata görə, bu, Almaniyada sözügedən dəfn formasını qanunla təsbit edən ilk əyalətdir
20.06.2026 108 Əbu-Dabidə kəllə sümükləri bitişik siam əkizlərini uğurla ayırıblar - FOTO
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə həkimlər doğuşdan kəllə sümükləri bitişik olan siam əkizlərini uğurla ayırıblar. xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. Pasiyentlər Nigeriyadan olan 19 aylıq bacılar Mersi və Qudness olub. Qızlara kraniopagiyanın nadir forması - kəll
20.06.2026 155 Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bakıda və Abşeron yarımadasında iyunun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti, gündüz 27-3
20.06.2026 238 Dünyada hər beş nəfərdən birinin gözlənilməz ölüm səbəbi açıqlanıb
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş ölümdən birinə səbəb olur. xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. Məlumata görə, insan genomunun 2003-cü ildə tam oxunması ilə tədqiqatçılar əksər xəstəliklərin mənbəyini müəyyən edə biləcəklərin
20.06.2026 143 Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb
Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub
20.06.2026 143 Azərbaycanın 5 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 86,5 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə 52,9 % azdır. Bu ilin iyunun 1-nə 30,3 min ton hazır məhsul qalığı yaranıb
20.06.2026 117 Abşeron çimərliklərində dəniz suyu 24 dərəcəyədək isinəcək
Milli Hidrometeorologiya Xidməti Abşeron çimərliklərində iyunun 21-nə gözlənilən hava şəraitini açıqlayıb. Məlumata görə, gün ərzində şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran
20.06.2026 155 Tokio və Vaşinqton Yaponiya adalarının müdafiəsi üzrə birgə təlimlərə başlayıb
Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Dəniz Piyadaları Korpusu ada ərazilərinin müdafiəsinin təkmilləşdirilməsinə yönəlmiş "Qətiyyətli əjdaha" (Resolute Dragon) birgə çöl təlimlərinə başlayıblar. "Report" "Japan Today" nəşrinə istinadən xəbər verir ki, təlimlər Yaponiyanı
20.06.2026 124