Özəl sektorda çalışanlara VACİB XƏBƏR - Maaşlar nə qədər artacaq? - VİDEO

Özəl sektorda çalışanlara VACİB XƏBƏR - Maaşlar nə qədər artacaq? - VİDEO"Özəl sektorda çalışan vətəndaşlarımızın, xüsusən də gənclərin əməkhaqlarının artırılması, onların sosial baxımdan təminatı vacib və prioritetdir".

Xəzərxəbər xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib:

"Minimum əməkhaqqının artırılması dövlət sektoru ilə yanaşı, özəl sektora da təsir göstərəcək. Çünki özəl sektor müəyyənləşdirilmiş minimum əməkhaqqından az əməkhaqqı təklif etmək hüququna malik olmayacaq. Bu artıq yanvar ayından etibarən tətbiq olunur. Özəl sektorda orta aylıq əməkhaqqının yüksəlməsi olduqca vacibdir. Çünki təhlillər onu göstərir ki, bir sıra sektorlarda əməkhaqları yüksəkdir. Xüsusən neft və maliyə sektorunda.

Lakin xidmət, ictimai iaşə, hətta turizmdə əmək haqları yüksək hesab olunmur. Ona görə də birmənalı şəkildə, bu, sektorlarda da sahibkarlar tərəfindən əməkhaqlarının artırılması, daha çox sosial təminat özəl şirkətlər tərəfindən sosial koorporativ məsuliyyətə uyğun olaraq proqramların həyata keçirilməsi məqsədə uyğundur".

V. Bayramovun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş yerlərini daha çox özəl sektor yaradır:

"Özəl sektor, ölkə üzrə gəlirliyə uyğun olaraq daha çox əməkhaqqı təklif etmək imkanına malikdir. Birmənalı şəkildə özəl sektorda əməkhaqqların sahibkarlar tərəfindən yüksəldilməsi, sosial proqramın icra edilməsi ilə bağlı təşviqedici tədbirlərin həyata keçirilməsi əsas prioritetdir. Artıq gəlir vergisi qeyri-dövlət və qeyri-neft sektorunda 8000 manatadək olan hissə sıfırlanıb. Bu da əməkhaqqına, leqallaşmağa birbaşa təsir göstərir. Növbəti mərhələdə əsas prioritetlərdən biri iqtisadiyyatın ağardılması və gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir. Ona görə də iqtisadiyyat leqallaşdıqca, özəl rəqabət artdıqca, özəl sektorun daha çox əməkhaqqı təklif etmək imkanlarının olacağı gözlənilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1267   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 248
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 275
.

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi

10.11.2026 272
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 268
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

10.11.2026 227
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

10.11.2026 226
.

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat

10.11.2026 248
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 287
.

Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur

Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın

10.11.2026 261
.