Tanınmış həkim elan etdi: "Bununla yaşamağı öyrənəcəyik"

Tanınmış həkim elan etdi: "Bununla yaşamağı öyrənəcəyik""Omikron"un yoluxuculuğu öncəki ştamlardan 70 dəfə daha yüksəkdir. Maskadan istifadə etməli və qabaqlayıcı tədbirlər görməliyik. Təzyiq və şəkərli diabet xəstəliyindən əziyyət çəkən yaşlı bir kəsim var ki, onları qorumalıyıq. "Omikron" ştamının klinik gedişi digərləri ilə müqayisədə daha yüngül olsa da, risk qrupunda olan şəxslər üçün yenə də təhlükəlidir. Ola bilər ki, yüngül keçirəsiniz, lakin yaşlıları yoluxdurmamaq üçün maskadan istifadə etməliyik.

Publika.az xəbər verir ki, bu sözləri həkim Turanə Rəsulova deyib.

O bildirib ki, hər bir ölkə əvvəlki ştamlarla müqayisədə yoluxma sayında pik yaşayır:

"Amma xəstəxanaya yatış və reanimasiyaya ehtiyacı olanların sayında elə bir artım yoxdur. Bu o deməkdir ki, yoluxma artsa da, səhiyyə sisteminin yüklənməsi ehtimalı gözlənilmir. Əlbəttə ki, hər vəziyyətin dinamikasına uyğun düşünüb qərar verilməlidir. Amma cənab Prezidentin və səhiyyə nazirinin çıxışlarında deyildiyi kimi, yataq rezervi yetərlidir. Bu səbəbdən də mənim fikrimcə, daha sərt karantin tədbirlərinə hələ ehtiyac yoxdur".

"Turkovac" vaksinindən danışan mütəxəssis qeyd edib ki, istənilən halda vaksinlərə etibar etməyə dəyər:

"Vaksinin edə biləcəyi ən yaxşı funksiyası bizi qorumaqdır. Bu vaksinlərin zərərli olmadığı aydınlaşandan sonra istifadəsinə icazə verilir. Odur ki, vaksinasiyaya mütləq şəkildə "hə" deməliyik.

Vəba dönəmində də insanlar elə hesab edirdi ki, xəstəliyi həkimlər özləri yayır. Bizim yeganə istəyimiz odur ki, insanlar sağlam olsunlar və tezliklə bu ağır dönəmi atladaq. Vaksinlərin yol aça biləcəyi ciddi problem mövcud deyil. İnsan hüquqları və tibbi etika tələb edir ki, zərər vermədiyi müddətdə nəsə edə bilərsən. Və bu, çox leqal prosesdir. Vaksinlərin istifadəyə başlaması üçün Ümumdünya Səhiyyə Təşkilatının nüfuzlu ekspertləri iştirak edir və sınaqdan keçirilir. Eyni zamanda vurğulamaq lazımdır ki, vaksinlər dünyada ilk növbədə tibb işçilərinə, həkimlərə vurulur. Əgər burada şübhə yeri olsaydı, həkimlər vaksin vurdurardımı?"

T.Rəsulova bildirib ki, "omikron" ştamı mövsümi qriplə bənzərdir:

"Burun axıntısı, oynayan qızdırma, halsızlıq eyni ilə mövsüm qripində olduğu kimidir. Yay dönəmində də deyirdik ki, qış gələnə qədər vaksinasiya olunmaq lazımdır. Çünki qış özü ilə birlikdə başqa viral xəstəliklər də gətirəcək. Azərbaycanda hazırda influenza da yayılmağa başlayıb və bu, digər ölkələrdə də belədir. Hazırda "omikron"un dünyada yayılması qriplə eynidir. Zamanla "omikron"a qarşı immunitet qazanmış olacağıq. Hazırda edə biləcəyimiz effektiv yol 3 doza vaksin vurdurmaq və "omikron" ştamının yarada biləcəyi ağırlaşmaları ortadan qaldırmaqdır. Bundan əlavə, yuxu rejiminin düzgün olması, sağlam qidalanma və idman orqanizmin immunitetini güclü saxlayan amillərdir.

Pandemiyanın bitməsinin bir neçə ssenarisi mümkündür. Onlardan biri o idi ki, özü-özünü bitirsin, amma bu ssenari özünü doğrultmadı. İkinci variant odur ki, endemik olsun. Biz hər il bunu keçirəcəyik, daha çox mövsüm qripinə bənzəyəcək, əsasən yüngül olacaq. Əlbəttə ki, həssas şəxslər qripdə olduğu kimi, bundan daha çox təsirlənəcək. Amma bununla yaşamağı öyrənəcəyik".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1588   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 471
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 980
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 683
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17.10.2026 828
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

01.11.2026 515
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3239
.

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?

07.11.2026 319
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 446
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 579
.