"Narkotiki əvvəlcə pulsuz təklif edərək aludəçilik yaradırlar" - DİN-dən HƏYƏCAN TƏBİLİ
"Son bir neçə ildə sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı daha da aktuallaşıb və intensivləşib. Xüsusilə də Vətən müharibəsindən sonra xaricdə yaşayan narkotacirlər və Azərbaycanı istəməyən qüvvələr gənc nəslə qarşı bu cür xüsusi əməliyyat keçirir".
Bunu DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan "Gəncsən" verilişində çıxışı zamanı deyib.
O bildirib ki, sosial şəbəkələrdə narkotik vasitə satışı terror hadisəsi kimi qiymətləndirilə bilər:
"Azərbaycan gəncliyinin şücaətinin davamı olaraq onlar daha böyük uğurlar əldə edə bilərlər. Lakin bunun qarşısını almağa çalışan qüvvələrin sosial şəbəkədəki müharibəsi hələ də davam edir. Narkotacirlərin bu müharibəsi poliqonlardan sosial şəbəkələrə köçürülüb. Söhbət xüsusilə xaricdəki narkotacirlərdən gedir ki, biz onların bir qisminin kimliyini müəyyən edə bilirik, bir qisminin yox. Bizim əsas mübarizə prinsipimiz onların ölkə daxilində özlərinə narkokuryer seçdikləri şəxslərdir.
Onlar ölkə daxilində narkokuryer axtarışına keçərək yanlış məlumatlar verir və bu da gənclərin psixologiyasına təsir edir".
Polis mayoru qeyd edir ki, gəncləri narkotik vasitə istifadəsinə sövq etmək üçün narkotiklər ilk dəfə pulsuz təklif olunur:
"Bu çox ciddi məqamlardan biridir. Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklər olur ki, bundan öncə narkotacirlərin toruna düşən şəxslərin narkotik vasitələrlə təması başlayır. Narkotik vasitələr müəyyən yerlərə yerləşdirilir və bu yeni tora düşən gənclər də gedib onları götürür. Daha sonra artıq narkotik maddənin müqabilində pul tələb edilər. Belə-belə bu şəbəkələrin üzvləri artır. Onların əksəriyyəti sonra peşmançılıqlarını dilə gətirirlər. Onlar elə bilməsin ki, sosial şəbəkə üzərindən hərəkət etdikləri üçün kimlikləri müəyyənləşdirilməyəcək. Daxili işlər orqanlarında narkomaniya ilə mübarizə çərçivəsində mütəmadi olaraq aparılan tədbirlər öz nəticəsini verir".(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 999 Tarix: 23 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
10.11.2026 248 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 275 Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı
Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi
10.11.2026 272 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 268 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
10.11.2026 227 İrana hücum üçün hər gün Trampa zəng edir
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə
10.11.2026 226 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb
Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat
10.11.2026 248 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 287 Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur
Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın
10.11.2026 261