15 yaşında ərə verilən qadın: "Evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq" - FOTO

15 yaşında ərə verilən qadın: "Evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq" - FOTO"15 yaşımda ərə verməsəydilər, bəlkə də təhsil alardım. Qarşıma daha düzgün insanlar çıxardı. İndi övladlarıma baxmaq üçün də bu qədər əziyyət çəkməzdim. İnsan ailəsinin sözündən çıxa bilmir, onlardan gələn ziyanı da vaxtında görə bilmir".

Bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbəti zamanı həyat yoldaşı tərəfindən şiddətə məruz qalan qadınlardan biri 1989-cu il təvəllüdlü Ləman Abdullayeva (Ad, soyad şərtidir) deyib. O deyir ki, ailədə bir bacı, bir qardaş olublar. Əslində mehriban, sakit ailədə böyüyüb. Hər şey atasının dostu onu görüb oğluna almaq istəyəndən sonra başladı.

"Mənim o zaman 15 yaşım var idi"

Ləman deyir ki, atasının Rusiyada yaşayan dostlarından biri onlara qonaq gələn zaman onu görüb:

"Uşaq vaxtlarımdan evimizdə bu söhbətlər gedirdi. Deyirdilər ki, qızınızı oğlumuza alacağıq. Mən 15 yaşıma çatanda atamın dostu oğlu ilə rayona gəlmişdi. Oğlan bizim evimizin yanındakı evdə usta işləyirdi. Məni də o ərəfədə məktəbə gedib gələndə görüb, bəyənmişdi. O vaxt onun 26 yaşı var idi. Evlənmək üçün xanım axtarırdı. Atam da mənə dedi ki, yaxşı oğlandır, dostumun oğludur, namaz qılır, düzgün adamdı. Səni ona ərə verəcəyəm. Evin tək qızı olduğum üçün uzağa getməyimi istəmirdi atam. Onların da evi bizə yaxın idi. Oğlan özünü bizim ailəmizə o qədər mərifətli, qanacaqlı göstərmişdi ki, biz onu tanıya bilmədik. Ailə qurandan sonra hər şey dəyişdi. Elə bil ki, oğlan həmin adam deyildi".

Ləmanın yaşı az olduğu üçün övlad məsələsində problem yaşayıb, buna görə də qayınanası tərəfindən təzyiqlərə məruz qalıb.

"Toyun sabahı məni döydülər..."

Qadın deyir ki, onu ancaq tənqid edirdilər, təhqir edirdilər, sakitcə qulaq asırdı ki, yəqin belə olmalıdır:

"Qayınanam hər şeyi söz edirdi. Mən də cavab qaytarmırdım, düşünürdüm ki, təzəyəm, belə olmalıdır. Ailədə söz-söhbət düşməsinə heç bir səbəb olmurdu. Hər şeydən səbəb çıxarırdılar. Elə toyumuzun sabahı yoldaşım məni döydü. Stolun üstündə bir şey əskik olsun, bir şey əyri qoyulsun, onu da mübahisə üçün səbəb edirdilər. Yoldaşım 4-5 ay Rusiyada işləyirdi, sonra evə gəlirdi. 15 yaşımda hər işi mükəmməl görə bilməzdim, bir şeyi səhv edən kimi təhqir edirdi. Mənə deyirdi, səni almışıq, atan-anan da dolanışığımıza kömək etsin. 18 yaşıma qədər bir az səbir etdim. Nəhayət ilk övladım dünyaya gəldi. Düşündüm ki, övlad sahibi olduqdan sonra hər şey qaydasına düşər. Amma heç nə düzəlmədi".

Ləman deyir ki, çox sonra qayınatası onun bu qədər zülmə səbirlə yanaşmasına təəccüb etdiyi deyirdi.

"Yoldaşım 11 il müddətinə həbs edilmişdi"

Qəhrəmanımızın həyat yoldaşı Rusiyaya işləməyə gedir və oğurluq etdiyi üçün orada məhbus həyatı yaşayır:

"Rusiyada oğurluq üstündə saxlanılanda mənə zəng etdi. Dedi ki, məni həbs edirlər, sən məni gözləmə, həyatını qur, boşan məndən. 11 il iş kəsiblər, mən qayıdanda heç uşaqlarım məni tanımayacaq. Mən isə narahat olma, gözləyəcəyik səni dedim. Dəfələrlə zəng edib, acılayıb, amma mən getməmişəm. 11 il mən yoldaşım olmadan anasının yanında oturmuşam. Nəhayət anası mənə dedi ki, dur get atanın evinə. Mən də çıxdım gəldim atamgilə. O, həbsdə olanda onun təkidi ilə iki dəfə ərizə verdim boşanmaq üçün, amma boşanmaqdan imtina etdi. Zəng edib dedi ki, sənsiz qala bilmərəm, uşaqlarım olmadan yaşaya bilmərəm".

2020-ci ildə həbsxanadan çıxdıqdan sonra Ləmanı götürmək üçün qayınatasının evinə gəlib. Anasının yanında qalmayacaqlarını deyərək Ləmanı və uşaqları götürüb aparır:

"Uşaqları qarşısına qoyub qorxudurdu, mən deyəni etməsəniz sizi öldürərəm"

Ləman deyir ki, uşaqları atalarından qorxurdular:

"Mənə dedi ki, uşaqları mənə verəcəksən. Mən də dedim ki, uşaqlar səni istəmir. 11 il uşaqlara özüm tək baxmışam, görmək istəyirsənsə, gəl nə qədər istəyirsən gör. O isə əsəbiləşib pəncərəni sındırıb vurdu başıma. Başıma yeddi tikiş qoydular. Ağzım burnum qan içində qaldım ortada. Tez anamı səslədim ki, kömək etsinlər. Atam, qardaşım da səsə gəldi, bizi ayırdılar. Mən polisə zəng edib, şikayət etdim. Atam-anam qarşımı kəsdi ki, rayon yeridir, söz-söhbət olacaq. Camaat deyəcək 11 il həbsdə qalıb yenə həbsə göndərdilər, etmə. Məni uşaqlarla qorxudurdu ki, onları əlimdən alsın ki, mən də geri qayıdım".

Uzun müddət həyat yoldaşı nəinki Ləmana və uşaqlarına, eləcə də Ləmanın ailəsinə də ziyan vururdu. Hüquq-mühafizə orqanlarına şikayət verib sonra geri götürdüyü üçün artıq rayon yerində onları problemli ailə kimi görürdülər.

Ləman deyir ki, uşaqlarına atalıq etmək yerinə, məktəbə gedib taxta ilə uşaqlarını qovub, qorxudurdu:

"Mən son şikayətimi yoldaşımın anasına görə geri çəkdim. Bir övlad itirmiş ana idi. O biri övladı da 11 il həbs yatıb. Yalvardı ki, oğlumu yenidən həbsə atmasınlar, dözə bilmərəm. Səndən də, uşaqlardan da uzaq olacaq. Yazığım gəldi, şikayəti geri çəkdim. Amma heç nə vəd olunan kimi olmadı. Yenə bizə qarşı nalayiq sözlər deyib, alçaq hərəkətlər etməyə başladı.

Gördüm ki, rayonda qala bilmirəm, uşaqları da götürüb çıxdım rayondan. İki qızımı da götürüb uzaqlaşdım. Rəsmi olaraq boşanmışam, amma aliment kəsdirməmişəm. Mənə lazım olan tək şey odur ki, qızlarımı can rahatlığı ilə böyüdüm".

"Mənimlə evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq"

Ailəsini dağıdan məqamlardan biri də yoldaşının həyatında başqa qadının olduğunu deyən Ləman artıq baş verənlərlə barışdığını dedi:

"Bu qadın bizim qonşuluğumuzda qalırdı. Mən həyətimizə çıxanda fotolarımı çəkib atırdı yoldaşıma. Bir dəfə mən onunla dalaşdım. Dedim adam ailə dağıdan olmaz, səhv hərəkət edirsən. O qadının ata-anası bizim söhbətimizi eşitdi. Ailəsi gəlib onu döydü ki, sən camaatın ailə problemlərinə niyə qarışırsan?! O da ailəsinə deyib ki, guya mən yoldaşımdan əl çəkmirəm. Yoldaşım məndən boşanan kimi onu alacaq, uşaqlarını da qəbul edəcək. O xanım bir dəfə ailəli olub, ayrılmışdı. Həbsə düşməkdən qorxduğu üçün yoldaşım onlardan kömək istəmişdi. Sonra mən şikayətimi geri götürəndən sonra, o qadına deyib ki, daha səni alası olmadım. Ondan sonra aləm dəydi bir-birinə. O qadının ailəsi də getdi ondan şikayət etdi".

"Qızlarımın mənim taleyimi yaşamaması üçün əlimdən gələni edəcəyəm"

Ləman iki qızını böyütmək üçün çalışacağını deyir:

"Bu gün tək fikrim qızlarımdır. Şirniyyat bişirə bilirəm. Əl qabiliyyətim var. İş tapıb öz dolanışığımı təmin etmək istəyirəm. Qızlarımı oxudacağam. Yenidən ailə qurmaq istəmirəm. 11 il tək uşaq böyütmüşəmsə, bundan sonra da böyüdə bilərəm. Həm də iki qız övladıdır, onlara gözüm kimi baxıram. Mənə də, onlara da üçüncü bir insan lazım deyil. Bu gün mən başıma gələnlərə görə ailəmi qınayıram. Məni 15 yaşında ərə verməklə həyatımı məhv etdilər. Bir Allah bilir ki, nə zülm çəkmişəm. Qızlarımın mənim taleyimi yaşamaması üçün əlimdən gələni edəcəm. Onlar bu həyatda daha yaxşı insanlarla qarşılaşacaqlar. Mənim ailəm məni qoruya bilmədi, səhv qərar verdilər. Amma mən öz övladlarımı qoruyacam".

15 yaşında ərə verilən qadın: "Evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq" - FOTO15 yaşında ərə verilən qadın: "Evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1569   Tarix: 24 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - Siyahı

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsi

03.09.2026 226
.

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki, həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdə

03.09.2026 325
.

Şuşada turistlər qaya daşlarının üzərini yazıblar

Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. Axşam.az xəbər verir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova məlumat yayıb. Onun sözlərinə görə, bu kimi hallar ilk deyil:. "Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni n

03.09.2026 251
.

Bu ölkədə etiraz etmək qadağan olundu

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" bütün formalarda etiraz aksiyalarını qadağan edən yeni qayda tətbiq edib. "Taliban" bu qərarın İslam qanunlarına və ictimai asayişə uyğun olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, "Taliban"ın sözçüsü Zəbihullah Mücahi

03.09.2026 107
.

Torpaq mübahisələrində mediasiya: "Məqsəd tərəflərdən birini qalib çıxarmaq deyil, problemi həll etməkdir"

Torpaq sahələri ilə bağlı mübahisələr cəmiyyətdə ən çox rast gəlinən hüquqi münaqişələr sırasında yer alır. Torpağın mülkiyyət hüququ, sərhədlərin müəyyənləşdirilməsi, istifadə və icarə münasibətləri, vərəsəlik, alqı-satqı və digər məsələlər tərəflər arasında uzunmüddətli fikir ayrılıqlarına səbəb ol

03.09.2026 205
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonunda dəmir konstruksiyadan qanunsuz tikinti aparıldığı iddia edilir. xəbər verir ki, bu barədə sakinlər narazılığını bildirərək, tikintinin hansı əsaslarla aparıldığı və buna kimlərin şərait yaratdığı ilə bağlı suallar ünvanlayıblar. Şikayətçilər iddia edir ki, Yasamal Rayon İcra Hakimiyyətini

03.09.2026 201
.

Kartdan xəbərsiz pul silinirsə, bank məsuliyyət daşıyır? - VƏKİLDƏN AÇIQLAMA

Son dövrlər bank kartlarından müştərinin xəbəri və razılığı olmadan vəsaitlərin silinməsi ilə bağlı hallar gündəmə gəlir. Kart məlumatlarının ələ keçirilməsi, saxta ödənişlər və digər kiberfırıldaqçılıq üsulları nəticəsində yaranan belə vəziyyətlərdə əsas suallardan biri bankın məsuliyyət daşıyıb-daşımamasıdır

03.09.2026 379
.

Netanyahu: "Biz İran hakimiyyətini mütləq devirəcəyik!"

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İran hakimiyyətini devirmək üzərində işlədiyini bəyan edib. Bizim.Media xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb. Netanyahu bildirib ki, bu rejim mütləq çökəcək:. "Biz onu devirəcəyik. Mənim rəhbərliyim altında bütün sistemlərimiz onun devrilməs

03.09.2026 125
.

Bu marşrut xətləri yeni sistemlə işləyəcək

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nı

03.09.2026 221
.