Ürək-damar xəstəlikləri riskini azaldan 10 qida

Ürək-damar xəstəlikləri riskini azaldan 10 qidaÜrək-damar xəstəlikləri ölüm hallarının sayına görə ilk sıralarda yer alır. Buna görə tamamilə sağlam və gənc olsanız belə, bunun qarşısını almağa çalışmalısınız. Mütəmadi olaraq həkim müayinəsindən keçməklə yanaşı, pəhrizinizə diqqət yetirməlisiniz.

Axşam.az qan damarlarını gücləndirən, təmizləyən, ürək üçün faydalı olan 10 qidanı təqdim edir.

Avokado

Avokado xolesterol səviyyəni normada saxlayaraq ürək çatışmazlığı riskini azaldır. Bundan əlavə, bu meyvənin tərkibində çoxlu kalium var. Bu da damarların kalsifikasiyası və ürək-damar sisteminin digər xəstəliklərinin qarşısını alır.

Yağlı balıq

Bütün yağlar ürək üçün zərərli deyil. İki növ yağ turşusu var: doymuş (pis) və doymamış (yaxşı). Birincisi, ürək üçün ciddi təhlükə yaradır, çünki onların tərkibində aşağı sıxlıqlı lipoproteinlər ("xolesterol") var ki, damarlarda toplanaraq qan axınına mane olur. Doymamış yağlar isə bədən üçün vacibdir. Yağlı balıq bütün lazımi yağ turşularını, zülalları və qan damarlarını təmizləyən, divarlarını gücləndirən və ürək problemləri riskini əhəmiyyətli dərəcədə azaldan bir çox faydalı mikroelementləri ehtiva edir.

Qoz-fındıq

Bu çərəzlər faydalı yağ turşuları, bitki zülalları, E vitamini və maqneziumla zəngindir. Bu da damarlarda xolesterinin yığılmasının qarşısını alır.

Zeytun yağı

Zeytun yağı doymamış yağlar sırasında yer alsa da, sağlamlıq üçün ən vacib komponentləri özündə ehtiva edir. Tərkibindəki mono doymamış olein turşusu ürəyi qoruyur, onu xəstəliklərdən qoruyur, insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Kofein

Kofein qan damarlarının divarlarını zədələnmədən və çirklənmədən qoruyur, həmçinin aterosklerozun inkişafının və damarların tıxanmasının qarşısını alır. Qəhvə həvəskarı deyilsinizsə, yaşıl çaydan da istifadə edə bilərsiniz. Çünki onun tərkibində də kofein var. Lakin kofeindən çox istifadə tövsiyə olunmur, buna görə də gündə iki fincandan çox çay və ya qəhvə içməməlisiniz.

Sarıkök

Bu ədviyyat qan damarlarının divarlarının zədələnmə riskini əhəmiyyətli dərəcədə azaldan güclü antiinflamatuar birləşmələri ilə zəngindir. Antioksidantla zəngin ədviyyat damarlarda yağ lövhələrinin yaranması ehtimalını 25% azaldır.

Nar

Bu meyvə tıxanmış damarları təmizləyir və qan axınını yaxşılaşdırır. Qırmızı meyvələrdə qanda azot oksidinin istehsalını stimullaşdıran sərbəst radikallarla mübarizə aparan yüksək miqdarda antioksidant var.

Sitrus meyvələri

Bu meyvələrin tərkibindəki C vitamini ürək-damar xəstəlikləri riskini azaldır, tərkibindəki flavonoidlər damar divarlarını qorumağa kömək edir. Səhər limon və portağal suyu içmək də sağlamlıq üçün faydalıdır.

Tam taxıl

Tərkibindəki lif qanda xolesterinin səviyyəsini normaya salır, ürəyi müxtəlif xəstəliklərdən qoruyur. Son tədqiqatlar da göstərdi ki, tam taxılla zəngin pəhriz damar divarlarının qalınlaşmasının qarşısını alır. Arteriyalar qanı bütün həyati orqanlara çatdırmaqdan məsuldur. Onların divarlarının qalınlaşması ateroskleroz və ürək-damar xəstəlikləri riskinə, döyüntülərə səbəb olur.

Brokoli

Liflərlə zəngin brokoli, gül kələmi və kələm damarların tıxanmasının qarşısını alır və ürək-damar xəstəlikləri riskini azaldır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1808   Tarix: 24 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 324
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 303
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 301
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 514
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 180
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 758
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 717
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 308
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 660
.