Arıqladığınız zaman nə baş verir? - Bilmədiyiniz 4 FAKT

Arıqladığınız zaman nə baş verir? - Bilmədiyiniz 4 FAKTUzun illər boyu diyetoloqlar "az ye, çox arıqla" qaydasına əsaslansalar da, hər şey o qədər sadə deyil. Arıqlamağa mane olan əsas səbəblərdən biri hormonlardır. Hormonlar sizin arıqlamaq cəhdlərinə təsir edə bilir, lakin onlara da təsir etmək mümkündür.

Bəs arıqladıqda hormonlarınızla nə baş verir?

BiG.AZ xarici mətbuata istinadən bilmədiyiniz 4 faktı açıqlamaq istəyir:

1. Siz daim yemək haqqında düşünürsünüz. Bunun səbəbi qrelin hormonudur. Bu hormon mədədə ifraz olunur və enerji təchizatına cavabdehdir. Uzun müddət yemədikdə o, beyinə aclıq siqnalları göndərir. Çəki itirdiyinizdə bu hormonun miqdarı kəskin artır və siz güclü aclıq hiss edirsiniz.

2. Yediyiniz zaman dayana bilmirsiniz. Doyma hissini piy hüceyrələrində ifraz olunan leptin idarə edir. Bədəndə yağ tükənməyə başladıqda bu hormon işə qarışır, ona görə də nə zaman yeməyi dayandırmaq lazım olduğunu anlamaq çətinləşir.

3. Metabolizm yavaşlayır. Hormonlar kalori yandırmağa təsir edir. Arıqlayan zaman onlar azaldıqda metabolizm də çox vaxt yavaşlayır.

4. Qarın böyüyə bilər. Paradoksal olsa da, tədqiqatlar göstərir ki, pəhrizlər (xüsusən də aclıq) stres hormonu olan və yağları qarına yönləndirən kortizol hormonunu artırır. Bundan başqa, kortizol artdıqda kalori yandıran əzələlər "əriyir", bu da metabolizmə daha bir zərbə vurur.

Amerikalı diyetoloq Karen Anselin sözlərinə görə, məhdudlaşdırıcı pəhrizlər hormonları "müdafiə rejimi"ndə çalışmağa və piy toplamağa vadar edərək arıqlama prosesini çətinləşdirir. Ona görə Ansel daha sağlam həyat sürmək üçün Aralıq dənizi və "DASH" (Dietary Approaches to Stop Hypertension - Hipertoniyanı dayandırmaq üçün pəhriz yanaşmaları) pəhrizilərini tövsiyə edir.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1701   Tarix: 25 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 975
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 557
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 827
.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi

08.11.2026 355
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 652
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 785
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 923
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11.10.2026 814
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12.10.2026 990
.