Şöbədə arvadını güllələyən polisdən XƏBƏR VAR

Şöbədə arvadını güllələyən polisdən XƏBƏR VARBakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan qardaşı bu işin prokurorluğa qaytarılmasını istəyib. O, məhkəməyə ərizə təqdim edib.
Hüquqi varis vəsatətində təqsirləndirilən İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə də ittiham verilməsini tələb edib.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı məsələnin məhkəmə araşdırılmasının gedişində zamanı aydınlaşdırılmalı olduğunu deyib. Prokuror qeyd edib ki, zərurət yaranarsa, məhkəmə prosesinin gedişində iş istintaqa qaytarıla bilər.

Təqsirləndirilən İsmayıl Məmmədovun vəkili Qanqa İbrahimov isə bildirib ki, Ali Məhkəmənin Plenumunun qərarı var. Həmin qərara əsasən, qətl qisas məqsədilə, şəxsi münasibətlər zəminində və s. törədilibsə, bu halda, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz.

Məhkəmə işin prokurorluğa qaytarılmasına ehtiyac olmadığını elan edərək, zərərçəkmiş tərəfin vəsatətini baxılmamış saxlayıb.

Cinayət işi üzrə məhkəmə baxışı fevralın 8-nə təyin olunub.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2408   Tarix: 25 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Süni intellekt dünya iqtisadiyyatını dəyişir: ənənəvi iqtisadi qaydalar sual altındadır

Süni intellektin sürətli inkişafı təkcə texnologiya sektorunu deyil, dünya iqtisadiyyatının işləmə prinsiplərini də dəyişə bilər. Dünya liderlərinin yay tətilindən sonra iqtisadi sammitlərə qayıtdığı bir vaxtda süni intellektin qlobal maliyyə sisteminə təsiri əsas gündəm mövzularından birinə çevrilib

03.09.2026 207
.

Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərində 4 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini iddia edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Donetsk vilayətinin İjevka, Xarkov vilayətinin isə Vasilevka, Doljanka və Blaqovatnoye yaşayış məntəqələr

03.09.2026 144
.

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell abunəçilərinə səyahətdə, işdə, evdə və müxtəlif məkanlarda internetdən rahat istifadə etməyə imkan verən portativ Mi-Fi modemini təqdim edir. Kompakt ölçüləri sayəsində rahat daşına bilən modem mobil şəbəkənin əhatə dairəsində internetə qoşulmağa imkan verir. Mi-Fi modemə eyni anda 10-dək smartfon

03.09.2026 189
.

Süni intellekt təhlükədir, yoxsa imkan? - İnsan nə vaxt düşünməyi dayandırır?

"Süni intellektin insanın təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqları müəyyən qədər başa düşmək mümkündür. Çünki həqiqətən də insanlar bəzi hallarda düşünmək və araşdırmaq əvəzinə hazır cavabdan istifadə etməyə üstünlük verməyə başlayırlar. Burada əsas məsələ isə süni intellektin özü deyil

03.09.2026 177
.

Şəhid anaları "Loqos"da - Qənirə Paşayevanın xatirəsi ehtiramla yad edildi

Şəhid anaları ilə keçirilən görüş mənəvi dəyərlərin, Vətən sevgisinin və insanlıq duyğularının bir araya gəldiyi xüsusi bir tədbir kimi yadda qaldı. Azərbaycan cəmiyyətində şəhid ailələrinin, xüsusilə şəhid analarının özünəməxsus və müqəddəs yeri var. Onlar Vətən yolunda ən ağır itkilərdən birini yaşasala

03.09.2026 216
.

Əhalinin kredit borcu artır: Faizlərin aşağı salınması üçün nə etmək olar?

"Əhalinin banklara olan kredit borcunun artmasının və kredit faizlərinin yüksəlməsinin qarşısını tamamilə inzibati yollarla almaq çətindir. Çünki kredit faizləri bankların maliyyələşmə xərcləri, riskləri, inflyasiya və bazardakı tələb-təklif nisbəti kimi bir sıra amillərdən asılıdır. Bununla belə

03.09.2026 200
.

Bu ölkədə etiraz etmək qadağan olundu

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" bütün formalarda etiraz aksiyalarını qadağan edən yeni qayda tətbiq edib. "Taliban" bu qərarın İslam qanunlarına və ictimai asayişə uyğun olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, "Taliban"ın sözçüsü Zəbihullah Mücahi

03.09.2026 107
.

ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb

ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə "Tasnim" məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ ordusunun iki gecə əvvəl, 1 sentyabrda ölkənin cənubunda həyata keçirdiyi hücumlar zamanı İran ordusunun Dəni

03.09.2026 156
.

Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - Siyahı

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsi

03.09.2026 226
.