"Toyda içib bir-birini öpürlər, camaat isə ölüsünə ağlaya bilmir" - Yaslara nə vaxt icazə veriləcək?
Azərbaycanda toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limit, 250-300-ə qədər qaldırılması müzakirə olunsa da, yaslardan hələ də xəbər yoxdur.
Toy bazarının bir neçə iştirakçısı iddia edir ki, mövcud məhdudiyyət fevral ayından sonra artırıla bilər. Hazırda
toylarla bağlı qaydalara əsasən, toyların yalnız 150 nəfərədək keçirilməsinə icazə verilir.
Sözügedən informasiya sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, toyların, nişanların keçirilməsinə icazə verilsə də, Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci ildəki qərarına əsasən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi hələ də qadağandır.
AZXEBER.COM-a açıqlama verən ilahiyyatçı Hacı Təyyar yasların da, toylar kimi eyni şərtlərlə keçirilə biləcəyini deyib. O, mövcud qadağanın yaxınlarını itirən insanları çox incitdiyini bildirib:
"Bir neçə ay öncə bildirmişdilər ki, müəyyən məhdudiyyətlərlə yas mərasimləri təşkil olunacaq. İnsanlar bu dəqiqə bu problemdən ciddi əziyyət çəkirlər. Bu isə tamamilə məntiqsizdir. Pandemiyanı, karantin qaydalarını gözləməklə yas mərasimlərinin də keçirilməsi mümkündür. Quranda da bildirilir ki, təhlükəyə tərəf getməyin, yəni insanlar karantin üçün tətbiq olunan bütün qaydaları toyda da, yasda da, başqa yerlərdə də eyni riayət etməlidir. Toy ilə müqayisədə yaslar daha ağıllı keçirilir. Çünki toylarda insanlar içir, nə etdiklərini bilmirlər, gedib bir-birlərini qucaqlayıb, öpürlər. Məlum məsələdir ki, spirtli içki qəbul edən insana məsafəli əyləş deyə qayda qoymaq mümkün olmaz. Yas mərasimlərində isə tamamilə fərqlidir, əksinə insanlar burada duyğulu olur. Xüsusən də yaxınları koronavirusdan dünyasını dəyişən insanlarda bu virus fobiya kimi qalır. Mən düşünürəm ki, bu insanlar yasda iştirak etsələr, karantin qaydalarına daha çox əməl etmiş olarlar".
İlahiyyatçının sözlərinə görə, yaslara ilkin başlanğıcda 50 nəfərin iştirakı ilə icazə vermək olar:
"Mənim təklifim bu olardı ki, yas mərasimlərinə də heç olmasa, 50 nəfərin iştirakı ilə icazə verilsin. Tibbi maska, spirt və sosial məsafəni gözləyərək insanlar öz yaxınlarının yas mərasimində iştirak etsinlər. Mən dəfələrlə insanların bu mövzuya həssas yanaşdığının şahidi olmuşam. Çünki insanlar da öz yaxınları üçün bir mərasim təşkil edib, son dəfə ölüləri üçün ağlamaq istəyirlər. Toy mərasimlərində olduğu kimi yas mərasimlərində də polis nəzarəti altında vaksin pasportları yoxlanılsın və bu mərasimlər də təşkil olunsun."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1938 Tarix: 26 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur
Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın
10.11.2026 233 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
10.11.2026 224 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 168 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 162 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 209 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c
10.11.2026 216 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
10.11.2026 200 Prezident və xanımı Türkiyəyə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib
10.11.2026 256 Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10.11.2026 204