Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər

Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilərMilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya sahəsində nəzərdə tutulan islahatlar və bu istiqamətdə aparılacaq dinləmə və müzakirələrə aydınlıq gətirib.

Parlamentin komitə sədri APA-ya açıqlamasında deyib ki, "Əmək pensiyaları haqqında" qanun 2006-cı ildə qəbul ediləndən sonra bu sahədə islahatlar davam edir.

M. Quliyev qeyd edib ki, islahatların müəyyən müsbət nəticələri olsa da, bu sahədə müəyyən problemlər, çətinliklər hələ də qalmaqdadır: "Ona görə də Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üçün iş planına bununla bağlı dinləmə daxil etdik. Geniş dinləməni aprel və ya may aylarında keçirməyi planlaşdırırıq. Bu dinləmədə bir çox suallara aydınlıq gətiriləcək".

Parlamentin komitə sədri nəzərə çatdırıb ki, deputatlar tərəfindən vəfat edən şəxsin pensiya kapitalı ilə bağlı məsələ də qaldırılıb: "Bu məsələ komitənin təşkil edəcəyi dinləmədə müzakirə ediləcək. Müxtəlif ölkələrin təcrübələri var. Bəzi ölkələrdə pensiya kapitalı vətəndaşın öz arzusuyla onun özünə verilir, bəzi ölkələrdə icbari sosial sığorta ilə yanaşı könüllü sosial sığorta fondları ilə müqavilə əsasında kapitalın xərclənməsi şərtləri müəyyənləşir. Azərbaycanda isə pensiya hüququ olan şəxs vəfat edirsə, onun pensiya hüququ olan və ya əlilliyə görə pensiya almaq hüququ olan ailə üzvünə onun pensiyası verilə bilər. Ailədə əlilliyi olan övladı, ya əlilliyi olan həyat yoldaşı, ya da pensiya almaq hüququ olan həyat yoldaşı vəfat edən şəxsin pensiyasını ala bilər. Pensiya kapitalının hamısının şəxsin ailə üzvlərin tərəfindən götürülməsi isə bizim qanunvericiliyimizdə yoxdur".

M. Quliyev vəfat edən şəxsin ailə üzvlərindən pensiya almaq hüququ olan şəxs olmadıqda həmin pensiya kapitalının taleyinin necə olmasına da aydınlıq gətirib:

"Pensiya kapitalı fondu formalaşır. İşləyən şəxslərin əməkhaqqından ayrılan sığorta haqları onların özlərinə çatmır. Başqa sözlə, hazırda bizim əməkhaqqımızdan çıxılan sığorta haqları indi pensiya alan şəxslərə çatır. Biz pensiyaya çıxanda isə o dövrdə işləyənlərin əməkhaqqından ayrılan sığorta haqları ilə pensiya alacağıq. Bu, çox mürəkkəb mexanizmdir".

Komitə sədri bütün bunlara baxmayaraq, deputatların təklifinə baxılacağını da əlavə edib: "Öncədə də qeyd etdiyim kimi, hazırda bizim qanunvericiliyə görə vəfat edən şəxsin pensiya kapitalı onun ailə üzvlərindən pensiya hüququ olanlara ödənilir. Yəni bu pensiya kapitalından pensiya almaq hüququ olan şəxslər istifadə edə bilər. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilib-edilməyəcəyini isə indidən demək çox çətindir, hər bir məsələnin mənfi, müsbət, real olan və real olmayan tərəfi var. Ümumiyyətlə, çalışırıq ki, pensiyalarla bağlı vətəndaşları, deputatları narahat edən məsələlərin hamısını araşdıraq və bu islahatların daha da uğurla olması üçün "Əmək pensiyaları haqqında" qanuna lazımi dəyişiklikləri edək. Məsələn, vətəndaşlarımızın pensiyaya çıxma şərtlərinin yumşaldılması üçün qanunvericiliyə yeni dəyişikliklər edilməsi istiqamətində də çalışırıq".

Qeyd edək ki, hazırda qüvvədə olan Əmək pensiyaları haqqında qanuna əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Qanunda kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1880   Tarix: 26 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

10.11.2026 210
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 152
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 168
.

Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə

10.11.2026 190
.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 215
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

10.11.2026 239
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 210
.