"Xuraman o vaxt qara, arıq qız idi, indi gözəldir də, necə onu sevə bilərdim..?"
""Liftçi qız" filminin çəkilməsindən 55 il ötür. Bu münasibətlə filmin baş qəhrəmanları - xalq artistləri Xuraman Qasımova və Tariyel Qasımov Moderator.az-a danışıblar.
Tariyel Qasımov bildirib ki, bu onun çəkildiyi ilk film olub.
"Kinostudiyadan dəvət aldım, gəldim ora. Rejissor Rüfət Şabanov Həsən Seyidbəylinin hekayəsi əsasında "Liftçi qız" filmini çəkirdi. Xuraman Qasımova 7-ci sinifdə oxuyurdu. Bizim yoxlamadan çox adam keçdi, nəsə məni təsdiq etdilər. 15 yaşım var idi, universiteti də təzə bitirmişdim. Saçımı, qaşımı qırxıb məni cavan oğlan etdilər. Xuraman Qasımova məktəbli qız idi, amma elə bil ki, böyük bir aktrisadır. Rejissor nə deyirdi, yerinə yetirirdi, çox yaxşı oynayırdı. Filmdən sonra Xuraman xanımla çox yaxın dost olduq. Onun 50 illiyi idi, Kino evində görüş keçirirdilər. Məni də dəvət etmişdi. Dedi ki, gəl şəkil çəkdirək. Biz də yanaşı durduq, bu vaxt Rüstəm İbrahimbəyov bizə baxırdı, Xuraman dedi ki, Rüstəm müəllim, mən Tariyeli sevirdim, amma o məni sevmirdi. Rüstəm İbrahimbəyov dedi ki, Tariyel müəllim, mənim sizin zövqünüzə şübhəm var. Dedim ki, niyə? Dedi ki, belə qızı sevməmək olar? Mən də dedim ki, Xuraman o vaxt qara, arıq qız idi, indi gözəldir də. Hər dəfə görüşüb, xatirələri yada salırıq", - deyə xalq artisti bildirib.
Xuraman Qasımova filmlə bağlı xatirələrini bölüşüb.
"Bu günə qədər də bəzən görürsən ki, zarafatla məni "cüllüt" deyə çağırırlar. Obrazım Lalə heç zaman özünə vurğun olan qız deyildi. Mən o illərdə 13 yaşımda idim, təxminən 18 yaşında qız obrazını yaratmışdım. O yaşda təbii ki, insan sevmir və o sevgi hisslərini yaşamaq mənim üçün çox çətin idi. Bəzən mənə sual verirlər ki, dəniz səhnələrindən qorxmurdunuz? Məni dəniz qorxutmurdu, çünki mən Mərdəkan bağlarında böyüyən bir qız idim. Yay vaxtı gündə dənizdə idik. O səhnələr avqustun sonlarında çəkildi. Çəkilmiş lentləri göndərirdilər Rusiyaya. Filmi montaj edərkən gördülər ki, dəniz səhnələri "brak" çıxıb. Təsəvvür edin artıq payız ayı gəlmişdi. Noyabr ayının ortalarında rejissor evə gəldi, saatlarla valideynlərimlə söhbət etdilər və sonda qərara gəldilər ki, dəniz səhnələrini yenidən çəksinlər. Filmdə gördüyünüz səhnələr yay aylarında yox, noyabr ayında çəkilən səhnələrdir. Bu günə qədər Tariyellə dostluq edirik, o bizim çox gözəl aktyorumuzdur. Necə həyatda təbiidirsə, səhnədə də təbiidir. Hansı obrazı yaratsa, tamaşaçı ona inanır", - deyə xalq artisti bildirib./moderator.az

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2653 Tarix: 26 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
10.11.2026 210 Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 152 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 148 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
10.11.2026 168 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə
10.11.2026 190 Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg
10.11.2026 215 Quba sakini Bakıda dəm qazından boğularaq öldü
Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır
10.11.2026 239 Sabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 281 Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses
10.11.2026 210