Azərbaycanda gender bərabərliyi ilə bağlı yeni layihəyə start verildi

Azərbaycanda gender bərabərliyi ilə bağlı yeni layihəyə start verildiAzərbaycanda Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" (EU4GE) proqramı çərçivəsində "Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi" layihəsinin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra edilən layihə çərçivəsində yanvarın 26-da "Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin təşkilində məqsəd ödənişli və gender bərabərliyinə əsaslanan valideyn məzuniyyəti siyasətinin Azərbaycan Respublikası qanunvericiliyində əksini tapmasını təşviq etməkdir. Belə ki, gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti özündə həm qadınlar, həm də kişilər üçün iş və ailə həyatının ahəngdar və səmərəli uzlaşdırılmasını, sosial bərabərsizliklərin aradan qaldırılmasını, qadın və kişilər arasında vəzifələrin bölüşdürülməsini əks etdirir.

"Regional İnkişaf" İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və tədbirin moderatoru Leyla Tağıyeva çıxış edərək bildirib ki, gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılması və balanslaşdırılmış gender siyasətinin inkişafı üçün mühüm vasitə olmaqla, qadınların əmək bazarında iştirakının və ümumilikdə sosial rifahın yaxşılaşdırılmasına xidmət edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə gender siyasəti sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdıraraq, qanunvericiliyin gender bərabərliyi üçün hüquqi baza olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan 1992-ci ildə "Qadınların siyasi hüquqları haqqında" Konvensiyaya, 1995-ci ildə isə "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyaya qoşulub. 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul edilib. Qanunlar özü-özlüyündə dövlətin siyasi iradəsinin göstəricisi kimi çox vacib rol oynayırlar.

Analıq məzuniyyətinin ödənişli olması sahəsində mövcud olan bəzi problemlərdən danışan komitə sədri deyib ki, analarla bərabər, atalar da valideyn-övladlıq münasibətlərində və ailə qayğılarında iştirak etməlidirlər. Diqqətə çatdırılıb ki, atalıq məzuniyyəti övladın dünyaya gəldiyi ilk gündən ona daha yaxın olmaq, erkən uşaqlıq dövrü inkişafı prosesində iştirak etmək imkanı yaradır. "Bu məzuniyyət ata ilə övlad arasında mənəvi bağların daha möhkəm əsasda formalaşmasına şərait yaradır. Həmçinin valideynlər arasında məsuliyyət və iştirak bərabər əsasda bölünür. Analıq, atalıq uşağın tərbiyə və təhsili, eləcə də ailədaxili digər məsələlər ər və arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir", - deyə B.Muradova bildirib.

Bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayan komitə sədrinin sözlərinə görə, statistika qadın və kişilərin əməkhaqlarında fərq olduğunu göstərir. Son iki ildə bununla bağlı irəliləyiş olduğunu vurğulayan B.Muradova gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev diqqətə çatdırıb ki, ataların uşağa qulluq öhdəliklərini həyat yoldaşları ilə bərabər şəkildə paylaşması ailələrdə ədalətli davranış modelini təbliğ etməklə yanaşı, anaların əmək bazarında artan fəallığı nəticəsində ümumi nəsilvermənin ciddi şəkildə azalmasının da qarşısının alınmasına önəmli töhfə verə bilər. "Çox mütərəqqi haldır ki, Azərbaycan qanunvericiliyində kişilər üçün valideynlik məzuniyyətinə dair müddəa var. Lakin bu məzuniyyət ödənişsiz olduğuna görə çox az sayda əhali bundan faydalanır. Ata ilə övladın erkən yaşdan təmasının atalarla uşaqlar arasında daha sağlam münasibətlərin qurulması baxımından əhəmiyyətini, habelə demoqrafik inkişaf proseslərini nəzərə alaraq, ataları bu məzuniyyət imkanından faydalanmağa cəlb etməliyik və bunun təşviq edilməsi üçün qanunvericilik aktlarında müvafiq dəyişikliklər uğrunda çalışmalıyıq", - deyə F.Babayev vurğulayıb.

Avropa İttifaqı ilə birlikdə gender stereotiplərinin aradan qaldırılması istiqamətində birgə işlər görüldüyünü diqqətə çatdıran BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəsi paytaxtda və regionlarda maarifləndirmə işlərinin aparıldığını qeyd edib. Onun sözlərinə görə, təcrübələr göstərir ki, ataların övladlarının erkən yaş dövründə tərbiyəsində iştirak etməsi koqniativ və müsbət təsir göstərir. Bildirilib ki, ataların da ödənişli məzuniyyətdən istifadə edilməsi çox vacibdir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxışında qeyd edib ki, ölkəmizdə demoqrafik artım davam edir və təbii olaraq uşaqların tərbiyəsində valideynlərin üzərinə böyük məsuliyyət düşür.

Bildirilib ki, ölkədə gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi sahəsində bir sıra məqsədyönlü işlər aparılır. "Bu sırada 169 maddəyə dəyişikliyi ehtiva edən "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" irihəcmli qanun layihəsinin hazırlandığını qeyd etmək mümkündür. Sözügedən qanun layihəsinin bir elementi də atalıq məzuniyyəti ilə bağlıdır", - deyə A.Kərimov diqqətə çatdırıb.

Nazir müavini mövcud məsələyə reallıqlar və perspektivlər nöqteyi-nəzərindən baxmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, Əmək Məcəlləsi imkan verir ki, bacı-qardaş, baba-nəvə övladların tərbiyəsində iştirak etsinlər.

Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq. A.Kərimov qadın və kişilərin əməkhaqlarında mütənasibliyin qorunmasını mühüm amillərdən biri kimi dəyərləndirib.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin əhəmiyyətindən danışarkən vurğulayıb ki, ailə cəmiyyət üçün böyük məna və əhəmiyyət ifadə edir. Ailə dövlətin xüsusi himayəsindədir. Bu məsələ ilə bağlı kifayət qədər qanunlar var, gender bərabərliyi qanunvericiliklə tənzimlənir.

Bildirilib ki, güclü ailə həm də güclü dövlət deməkdir. Vətən müharibəsində vuruşan gənclər müqəddəs ailə dəyərləri və vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərdir. Milli Məclisin komitə sədri vurğulayıb ki, qadınlarımız bir çox hallarda hamiləlikdən sonra müəyyən çətinliklərlə qarşılaşırlar və gərgin psixoloji hal keçirirlər. Qanunvericilikdə yeni doğulmuş uşağa qulluğa görə atalara 14 gün ödənişsiz məzuniyyət verilir, amma onlar ödənişsiz olduğu üçün və ailəni dolandırmaq səbəbindən işi buraxmaq istəmirlər. Atalara ödənişli məzuniyyət verilməsi vacibdir.

Sonra tədbirdə gender əsaslı valideynlik siyasətinin sosial və iqtisadi səmərələri, eləcə də bu istiqamətdə qabaqcıl təcrübəyə malik olan ölkələrin təcrübələri ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrdə BMT-nin Əhali Fondunun (UNFPA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Milli Məclis komitələrinin, Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA), "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin, "Gender Hub" platformasının nümayəndələri iştirak ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 916   Tarix: 27 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

10.11.2026 210
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 152
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 168
.

Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə

10.11.2026 190
.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 215
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

10.11.2026 239
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 210
.