Güzəştli pensiyalarla bağlı komitə sədrindən AÇIQLAMA
Azərbaycanda güzəştli pensiyaların tətbiq ediləcəyi barədə fikirlər səsləndirilir. Bununla bağlı məsələyə münasibət bildirən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, güzəştli pensiyalarla bağlı qanunvericilik təşəbbüsü yoxdur. Nazir müavini qeyd edib ki, hazırda nazirlik daxilində güzəştli pensiyalarla bağlı müəyyən araşdırmalar aparılır.
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Qluyev bildirib ki, hazırda bu istiqamətdə konkret olaraq qanunvericiliyə hansısa düzəlişin edilməsi nəzərdə tutulmur.
"Bizə də müəyyən müraciətlər daxil olur, kimisi deyir, pensiya yaşını azaltmaq lazımdır, kimisi deyir, pensiya kapitalını azaltmaq lazımdır, kimisi deyir, güzəştli şərtlərlə, tez pensiyaya çıxmaq imkanı vermək lazımdır, kimisi deyir vəfat edən şəxsin pensiya kapitalı digər ailə üzvlərinə də verilməlidir. Belə fikirlər var, ancaq bunların heç birinin qanunvericilik bazasında təsbiti yoxdur.
Azərbaycanda artıq 15 ilə yaxındır ki, pensiya islahatları gedir və müəyyən nəticələr əldə olunub. Pensiyaların təyinatı elektronlaşdırılıb, pensiyaya çıxan zaman vətəndaşdan demək olar ki, heç bir sənəd tələb olunmur, ancaq qarşıda hansı perspektivlər durur, bu nöqtədə dayanmalıyıqmı, yeni islahatlar keçirməliyikmi, pensiya əlçatanlığı daha da yumşaldılmalıdırmı və s. məsələlər var, özəl pensiya fondlarının yaradılması ilə bağlı söhbətlər gedir.
Yəni bütün bunları nəzərə alaraq biz düşündük ki, Milli Məclisin yaz sessiyası ərzində Dövlət Sosial Müdafiə Fondu ilə birgə bir dinləmə keçirək və deputatları maraqlandıran sualları araşdıraq və əgər lazım gələrsə, qanunvericiliyə də dəyişikliklər edək. Ancaq bu gün konkret olaraq ortada bir sənəd yoxdur", - deyə komitə sədri vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1245 Tarix: 28 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 148 Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı
"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu
10.11.2026 186 Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
10.11.2026 225 NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir
NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü
10.11.2026 194 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy
10.11.2026 210 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 151 Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu
Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak
10.11.2026 200 Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı
Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi
10.11.2026 136 50-dən çox avtomobilin toqquşduğu qəza
Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba
10.11.2026 224