Masallıda məktəbli qızın ərə verilməsi məsələsi araşdırıldı - YENİLƏNİB

Masallıda məktəbli qızın ərə verilməsi məsələsi araşdırıldı - YENİLƏNİBSosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailədə olublar.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının birgə məlumatında qeyd edilib.

Bildirilib ki, sözügedən məsələlər ilə bağlı faktlar araşdırılıb:

"Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də Rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa, hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir".

Xatırladaq ki, hazırda məsələ Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir.

12:54

Ötən gün sosial şəbəkələrdə Masallıda azyaşlı qızın ərə verilməsi ilə bağlı məlumatlar yayılıb.

İddia edilir ki, hadisə rayonun Alvadı kəndində baş verib. Belə ki, məktəbli qızın özündən böyük kişi ilə evləndirilməsinə dair iddialar sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Müzakirələrə səbəb olan iddialarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Masallı rayonunun Alvadı kəndində yeniyetmə qızın ərə verilməsi ilə bağlı yayılan iddialar əsasında araşdırmalara başlanılıb:

"Araşdırmaların nəticəsinə uyğun olaraq ictimaiyyətə ətraflı məlumat veriləcək. Əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1458   Tarix: 31 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İran danışıqlara qayıtmaq üçün şərtlərini açıqladı

İranın Çindəki səfiri Əbdülrza Rəhmani-Fəzli bildirib ki, Tehran yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə danışıqlara qayıtmağa hazırdır. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Diplomatın sözlərinə görə, ilk addım ABŞ və İsrail tərəfindən hərbi əməliyyatların dərha

11:16 193
.

Naxçıvana hücumdan sonra diplomatik reaksiya: Makron Azərbaycan dilində paylaşım etdi - POLİTOLOQDAN AÇIQLAMA

Naxçıvana edilən hücum bölgədə gərginliyi artırmaqla yanaşı, beynəlxalq səviyyədə də ciddi reaksiyalara səbəb oldu. Hadisədən dərhal sonra bir sıra ölkələr baş verənləri pisləyərək Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyünə dəstək ifadə etdilər. Fransa da bu məsələyə münasibət bildirən ölkələrdə

12:23 179
.

İsrail İranın Xomeyn şəhərində məktəbi vurdu

İsrail qüvvələri İranın qərbində yerləşən Mərkəzi əyalətinin Xomeyn şəhərində bir məktəbə zərbə endirib. xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, hücum zamanı Doktor Hafezi məktəbi hədəfə alınıb. Zərbə nəticəsində məktəbin yaxınlığında yerləşən yaşayış binaların

11:38 212
.

"Bunu etməkdən xoşum gəlmir"

Xalq artisti Nəzakət Teymurova gənc ifaçılara məsləhət verib. Axşam.az xəbər verir ki, xanəndə "İncə səhər" verilişində onların ustadları təkrarlamasını pisləyib:. "Müəyyən vaxt ustadını yamsılaya bilərsən. Biz də bunu etmişik. Amma müəyyən vaxt keçəndən sonra özünün ifa tərzin olmalıdır

14:41 10
.

Pit Heqsetdən İrana SƏRT XƏBƏRDARLIQ: "Biz hələ tam başlamamışıq"

"ABŞ-nin İrana qarşı hərbi kampaniyası hələ ilkin mərhələdədir və yaxın vaxtlarda Tehranın nüvə potensialının tam məhv edilməsinə yönəlmiş maksimal güclü zərbələr mərhələsinə keçəcək". xəbər verir ki, bunu ABŞ-nin hərb naziri Pit Heqset "CBS News" telekanalına müsahibəsində bildirib

09.03.2026 361
.

Cüdoçu Hidayət Heydərov niyə cəzalandı?

Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışı yayımlanıb. Podkastın budəfəki buraxılışında Azərbaycanın cüdo idman növündə əldə etdiyi nəticələr barədə müzakirə aparılıb. Özbəkistanda keçirilən "Böyük Dəbilqə" turnirində dörd qızıl medal qazanılmasının sirri nədir?

09.03.2026 414
.

"Bu müğənniləri Rusiya toyuna çağıranlar bazarda işləyənlərdir"

Əməkdar artist Gülüstan Əliyeva bayağı mahnı ifaçılarının Rusiyaya məclislərə tez-tez getməsini tənqid edib. Axşam.az xəbər verir ki, "Öz aramızda" verilişinə qatılan müğənni onları məclisə ziyalı təbəqənin çağırmadığını bildirib:. "Deyirlər ki, filankəs toylara gedir. Moskvada kimlə

11:17 289
.

Moskva və Qars müqavilələrinin adı - Naxçıvan Konstitusiyasından çıxarıldı

Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununda öz əksini tapıb. Qüvvədə ola

13:59 94
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında martın 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:30 157
.

TOP MP3