Qazinin əlilliyi ilə bağlı səhv düzəldildi - RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Aprel döyüşlərində ayağını itirmiş qazinin müavinətinin kəsilməsi ilə bağlı səsləndirilən iddialara yenidən cavab verib.
Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Hacıqabul rayon sakini Qarayev Rizvan Famil oğlu 2016-ci ildə tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunarkən həmin dövrdə müvafiq ərazi Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən onun əlilliyi müddətsiz (ömürlük) təyin edilməli olduğu halda, yanlış olaraq müddətli, yəni 5 il müddətinə təyin edilib:
"Bu günlərdə R.Qarayevin əlillik müddəti başa çatdığı nəzərə alınaraq ona müddətsiz (ömürlük) əlillik təyin edilib. Ötən il qanunvericiliyə edilmiş humanist dəyişikliyə əsasən, təkrar əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən 6 ay ötməmiş təyin edildikdə ötürülmüş müddət əlillik dövrü hesab edilərək həmin müddət üzrə də əlilliyə görə sosial ödənişlər verilir.
R.Qarayevə də əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən rəsmiləşdirilib. Yəni, R.Qarayev müharibə əlili kimi ödənilən bütün sosial ödənişlərini həmin vaxtdan (əvvəlki əlillik müddəti bitdiyi tarixdən) hesablanmaqla alacaq".
"Əlillik dərəcəsinə gəldikdə isə, həm milli, həm də ümumən beynəlxalq əlillik meyarlarında sol baldırın aşağı 1/3-i səviyyəsində amputasiyası 3-cü dərəcə əlillik təyinatını nəzərdə tutur", - deyə o əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl R.Qarayevin sosial şəbəkələrdə müavinətin kəsilməsi ilə bağlı paylaşdığı videoya açıqlama verilmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 944 Tarix: 31 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib. "Report" xəbər verir ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib. Dövlət başçısının bununla bağlı imzaladığı sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində yerləşəcək səfirliyin fəaliyyətinin təmin edilməs
19.06.2026 218 İranın 200 milyard dollardan çox pulu... - Vens
İranın dondurulmuş pullarının 100, hətta 200 milyard dollardan çox olduğu barədə məlumatlar eşitmişəm. xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib. O, dondurulmuş vəsaitin dəqiq məbləği barədə nəsə deyə bilməyəcəyini söyləyib:. "Bu pulun böyük hissəsi ABŞ hesablarında deyil
19.06.2026 257 Pakistanın daxili işlər naziri Tehrana yollanıb, İran-ABŞ danışıqları müzakirə olunacaq
Pakistanın daxili işlər naziri Mohsin Naqvi Tehrana yola düşüb. xəbər verir ki, bu barədə məlumat yayan İranın dövlət agentliyi "IRNA" səfər çərçivəsində onun İranın yüksəkvəzifəli rəsmiləri ilə görüşərək İran və ABŞ arasında davam edən danışıqlar prosesini müzakirə edəcəyini xəbər verib. Eyn
2 İran Hörmüz boğazından keçid haqqını ləğv edəcək
İran anlaşma memorandumunun imzalanmasından sonra ABŞ ilə 60 günlük danışıqlar müddətinə Hörmüz boğazından keçid haqqını ləğv edəcək. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi xəbər verir
19.06.2026 214 Tramp Meloninin şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib, İtaliya lideri bunu uydurma adlandırıb
ABŞ Prezidenti Donald Tramp Fransada keçirilmiş G7 sammitindən sonra İtaliya Baş naziri Ciorcia Meloninin birlikdə şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib. Bu barədə "La7" xəbər verir. "O (Meloni) mənə birlikdə şəkil çəkdirmək üçün yalvarırdı. O, bunu çox istəyirdi. Mən bunu etməzdim
19.06.2026 252 Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır - İDDİA
Anlaşılan o oldu ki, dövlət xəstəxanalarındakı Kompüter Tomoqrafiyası (KT) aparatları yoxa çıxıb. xəbər verir ki, bu barədə yazan jurnalist Elnurə Abuşova bildirib ki, həmkarımızın TƏBİB-dən aldığı rəsmi açıqlamada xəbər qismən təsdiqini tapdı:. "Yaqin özəllərə icarəyə verilib, çünki əvvəl vardı
19.06.2026 275 İran ABŞ-dan 6 milyard dollarlıq mal alacaq - KİV
ABŞ və İran arasında anlaşma memorandumuna əsasən, Tramp administrasiyası Tehrana ABŞ-dan humanitar və sanksiyasız mallar almaq üçün dondurulmuş 6 milyard dollarlıq neft gəlirlərinə çıxış imkanı verəcək. xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti məsələ ilə tanış olan diplomatlata istinadl
19.06.2026 219 Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
Böyük Britaniyada Londondan təxminən 100 kilometr şimalda iki sərnişin qatarının toqquşması nəticəsində maşinist həlak olub, 89 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. BBC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nəqliyyat Polisi məlumat yayıb. Hadisə dünən yerli vaxtla saat 17:15 radələrind
10:00 138 İran üzərində tam hərbi qələbə qazandıq - Tramp
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yaxın Şərqdə həyata keçirdiyi hərbi və diplomatik addımlardan danışıb. xəbər verir ki, Axios nəşrinə verdiyi müsahibədə Tramp bildirib ki, ABŞ İrana müxtəlif yollarla, o cümlədən dəniz blokadası vasitəsilə təzyiq göstərib və bu, İranın hərbi-dəniz qüvvələri üçü
12:45 87