Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir
Yanvar ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə növbəti səfəri əlamətdar hadisələrlə yadda qaldı. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra obyektlərin təməlqoymasında iştirak etdi, eləcə də açılışlar etdi.
18 illik Prezidentlik müddətində 18-ci dəfə Gəncəyə səfər edən ölkə rəhbərinin hər bir səfəri Gəncə şəhərinin daha da inkişafı ilə bağlı mühüm addımların atılmasını özündə ehtiva edir.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi cinayət törədərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bir neçə dəfə qadağan olunmuş silahlardan atəşə tutub. Bu cinayətin nəticəsində Gəncədə 6-ı uşaq olmaqla 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu.
Qanlı cinayətin törədildiyi vaxtdan həmin məkan insanların ziyarət yeri olub, həmçinin xarici qonaqların səfərləri təşkil olunub. Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı isə həmin ərazidə inşa olunacaq sahəsi 4 hektar olacaq Memorial Kompleksin təməlini qoyub. Kompleksin layihəsinə əsasən erməni hücumu nəticəsində dağıdılmış binalar olduğu kimi qalacaqdır. Bu qanlı terror hadisəsi bizim qan yaddaşımızdır, bu yaddaş silinməməlidir və tariximizdə olduğu kimi yaşamalıdır. Azərbaycan xalqı regionda sülhün bərqərar olmasını istəyir. Lakin ermənilərin törətdiyi cinayətlər, vəhşiliklər heç vaxt unudulmamalıdır. Bu baxımdan, Gəncədə yaradılacaq Memorial Kompleks böyük əhəmiyyətə malikdir. Bu kompleks hər zaman vətəndaşlarımızın və əcnəbi qonaqların ziyarət etdiyi məkan olacaq. Bununla da, gələcək nəsillər də erməni faşizminin qanlı əməllərinin şahidi olacaqlar.
Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etdi. Gəncəyə səfəri çərçivəsində Prezident İlham Əliyevin AZƏRTAC-a verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Bu gün Ermənistanda faşistlər qəhrəmanlaşdırılır. İkinci Dünya müharibəsində faşistlərə xidmət edən Njdeyə Ermənistanın paytaxtında abidə ucaldılıb. Təbii ki, bu fakt faşizmin təbliğatıdır. Bu gün isə Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan revanşist iddialarla çıxış edirlər. Beynəlxalq ictimaiyyət faşizmin bütün təzahürlərinə qarşı mübarizə aparmalıdır. O cümlədən, erməni faşizminin bütün təzahürləri məhv edilməlidir. Əks halda, bəşəriyyət gələcəkdə də bu bəladan əziyyət çəkəcək. Əgər erməni faşizmi baş qaldırarsa, Azərbaycana təhlükə yaradarsa yenə də başları üzərində dəmir yumruğu görəcəklər. Bütövlükdə isə, faşizmin bütün əlamətlərinə qarşı dünya ictimaiyyəti mübarizə aparmalıdır. Çünki faşizm bəşəriyyətə qarşı bir cinayətdir. Ona görə də, bütün ölkələr bu mübarizədə fəal olmalıdır.
Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 675 Tarix: 02 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQuba sakini Bakıda dəm qazından boğularaq öldü
Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır
10.11.2026 239 Sabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 281 NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir
NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü
10.11.2026 194 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 162 "Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu
"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma
10.11.2026 233 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
10.11.2026 200 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
10.11.2026 408 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 155 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
10.11.2026 224