Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır

Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır1996-cı il fevralın 2-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə mənim də iştirakçısı olduğum Azərbaycanda Birinci Gənclər Forumu keçirildi. Gənclər siyasəti daim dövlətin prioritetləri sırasında görən Heydər Əliyev ölkəmiz üçün çox cətin və ağır günlər olmasına baxmayaraq bu Forumu keçirdi, gəncləri diqqətlə dinlədi və gələcəkdə bu sahədə görüləcək işlərlə bağlı geniş çıxış etdi. Həmin tədbirdən 1 il sonra Ulu Öndərin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və artıq iyirmi beş ildir ki, ölkəmizdə fevralın 2-i Gənclər Günü kimi qeyd edilir.
2022-ci il fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi. Forumda 25 il ərzində ölkədə gənclər siyasəti və bir çox digər sahələrdə həyata keçirilən işlər təhlil edildi, iştirakçıların müxtəlif mövzulara həsr edilən çoxsaylı sualları ölkə başçısı tərəfindən ətraflı cavablandırıldı.
Forumun işində Prezident İlham Əliyev milli özünüdərk, vətənpərvərlik, milli birlik və həmrəylik kimi məsələlərə toxunaraq bütün bu nailiyyətlərimizdə mənəvi keyfiyyətlərin mühüm rol oynadığını qeyd etdi. Dövlət başçısı qeyd etdi ki, milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Dövlət başçısı çıxışında tarixi yaddaşın vacibliyinə toxundu. Bildirildi ki, tarixi hadisələri unutmamaq, tarixdə yol verilmiş səhvləri yadda saxlayaraq, onu bir daha təkrar etməmək lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, əksinə qorudu. Dövlət başçısı vurğuladı ki, biz həmişə öz milli dəyərlərimizə, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq, nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürmüşük. Beləliklə də özümüzü kənar təsirdən qoruyurduq.
Gənclərlə görüşdə səsləndirilən fikirlərin əsas istiqamətlərindən biri də qlobal imperializmin müxtəlif ideoloji siyasi mərkəzləri tərəfindən gənclərin hədəf kimi müəyyənləşdirilməsi, onların davranışlarının və milli kimliklərinin sorğulanması və manipulyasiya edilməsi cəhdləri ilə bağlı idi. Prezident İlham Əliyev vurğuladı ki, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılsa da ideya olaraq qalır, başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Ancaq Azərbaycanda həyata keçirilən düzgün gənclər siyasəti bu vaxta qədər bəzi dağıdıcı ideoloji mərkəzlərin bu planlarının qarşısını vaxtında alıb. Elə fevralın 2-də keçirilən Gənclər Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də Azərbaycanın gələcəyi olan gənclərimizın gələcək fəaliyyətləri üçün bir proqram olacaqdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 04 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 152
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

10.11.2026 209
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 0
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 162
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.