BDU-dakı qanlı olayın TƏFƏRRÜATI: "O, Abel Məhərrəmovu məhkəməyə verəcəyini dedi"

BDU-dakı qanlı olayın TƏFƏRRÜATI: "O, Abel Məhərrəmovu məhkəməyə verəcəyini dedi"Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlamaqda təqsirləndirilən İsmixan Mirzəyevin məhkəməyə verdiyi ifadəsi məlum olub.

Yenicag.az-ın xəbərinə görə, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyən İ.Mirzəyev dindirilən zaman qeyd edib ki, 2010-cu ildən BDU-nun Təchizat şöbəsində çalışıb.

O söyləyib ki, həmin vaxt BDU-nun nəzdində fəaliyyət göstərən taxta sexini işlədib: "2011-ci ildən 2018-ci ilə qədər orada təsərrüfat şöbəsinin sürücüsü kimi çalışmışam. Maaşım isə 410 manatdan 620 manata qədər yüksəlmişdir. 2019-cu ilin mart ayında BDU rəhbərliyi dəyişiləndən sonra kadrlar şöbəsi məni çağırıb bildirdi ki, ərizə yazmalıyam. Dedi ki, məni rəngsazlığa keçirirlər, maaşa heç bir təsiri olmayacaq. Bu hadisədən sonra – aprel ayında maaş karta yükləndi. Kartıma 420 manat pul yükləndiyini gördüm. Bu barədə kadrlar şöbəsinə, rektorluğa dəfələrlə rəsmi müraciət etdim. Rəsmi cavabda qeyd olunmuşdu ki, maaşı yüksəltmək onların ixtiyarında deyil.

Daha sonra dəfələrlə rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevin qəbulunda oldum. Maddi durumum barədə ona dedim. Heç bir nəticə olmadı. 2021-ci il iyunun 27-də Mirzə müəllim yeni gələn işçilərdən birindən xəbər göndərdi ki, rəhbərlik ərizə yazıb işdən çıxmağımı deyib. Onun yanına getdim, ayaqüstə meyvə yeyə-yeyə mənə laqeyd yanaşdı. Həmin vaxt özümlə gətirdiyim bıçağı götürərək Mirzə Mirzəyevin üstünə getdim. O, qışqıraraq əsas korpusun komendantı Şahlar Bəgalıyevi çağırdı. Şahlar otağa daxil olana kimi Mirzə Mirzəyevin qarın nahiyyəsinə bir bıçaq zərbəsi vurdum. Həmin anda Şahlar üzərimə atıldı. Bu zaman bıçağı Mirzədən çıxardıb Şahların döş qəfəsinə bir zərbə endirdim. Sonra ara qarışdı, universiteti əlimdə bıçaqla tərk etdim. Taksiyə əyləşib Səbail rayonu ərazisinə getdim. Mağazadan su alıb içdim və daha sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gedərək təslim oldum, cinayəti etiraf etdim".

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Mirzə Mirzəyev deyib ki, 16 sentyabr 2019-cu il tarixindən BDU-da rektorun maliyyə məsələləri üzrə müşaviri vəsifəsində çalışır.

O bildirib ki, təqsirləndirilən şəxs ilk dəfə 2019-cu ilin oktyabr ayında yanına gələrək universitetdən 20-40 000 manat alacağı olduğunu söyləyib: "İsmixana müvafiq təsdiqedici sənədlərin mühasibatlıqdan gətirilməli olduğunu dedim. Lakin bu, qeyri-rəsmi borc idi. Yəni, BDU-nun əvvəlki rəhbərliyi Abel Məhərrəmovun tapşırıqlarına əsasən gördüyü işlər üzrə yaranmış borc idi. Bundan başqa, şəxsi sahədə gördüyü işlər üzrə də əlavə borclar var. İsmixan isə bu barədə məlumatının olmağını bildirdi. O, Abel müəllimi məhkəməyə verəcəyini və universitetin adının hallanacağı barədə əvvəlcədən məlumat verdiyini qeyd etdi. İsmixana onun şəxsi işi olduğunu, universitetə bu məsələnin aidiyyəti olmadığını, mülki qaydada öz aralarında həll olunacağını, bu barədə məlumatı isə rəhbərliyə çatdıracağmı dedim.

İsmixanla növbəti görüşümdə əvvəlki rəhbərliyin vaxtında onu aldadıb vəzifəsini dəyişdirildiyini və əmək haqqının aşağı düşdüyünü söylədi. Maaşının artırılmasını tələb edirdi. Bir müddət keçəndən sonra İsmixan yenidən yanıma gəldi. Dedi ki, onun işdən çıxarılması barədə ərizə yazması üçün göstəriş verilib. Bu işdən xəbərim olmadığını, rektordan da elə bir tapşırıq gəlmədiyini dedim. Bu zaman İsmixan əlində bıçaqla üstümə gəldi. Qışqıraraq Şahları çağırdım. Əvvəl məni, daha sonra Şahları bıçaqladı. Tez qaçaraq çölə çıxdım ki, təcili tibbi yardıma xəbər versinlər. İsmixan da həmin vaxt oradan qaçdı. Sonra bizi xəstəxanaya apardılar, əməliyyat olunduq".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 7 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1572   Tarix: 04 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 152
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

10.11.2026 209
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 0
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 162
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.