Məktəbdə şagirdə döşəmə sildirirlər, psixoloji təzyiq göstərirlər - İDDİA
"Ceyranbatan 1 nömrəli tam orta məktəbdə təhsil alan oğlum və qızım ciddi psixoloji təzyiqlərə məruz qalır".
Bu barədə Bakupost.az -a şikayət edən Ceyranbatan qəsəbə sakini Günay Yusubova bildirib.
Valideyn iddia edib ki, psixoloji təzyiqlərlə yanaşı, oğluna məcburən təmizlik işləri gördürülür:
"Bir ay bundan əvvəl oğlum Elgün Abbasov məktəbdən evə qayıdanda baxdım ki, uşağın bədənində səpgilər əmələ gəlib. Qorxduğum üçün uşağı Sumqayıt xəstəxanasına apardım və orada bütün analizlərini verdik. Analizlərin cavabında allergiya, qan azlığının və bir az da soyuqlaması olduğu məlum oldu. O vaxt sinifdə koronavirusa yoluxma olmuşdu və şagirdlərdən kimsə müəlliməni də yoluxdurmuşdu. Hətta sinif rəhbəri olan Ulduzə müəllimin oğlu da ondan dünyasını dəyişmişdi. Ona görə də ehtiyat baxımından bir müddət uşağı qorudum, evdə allergiyaya görə müalicə aldı, vitaminlər də verdim. Sən demə, allergiyanın səbəbi başqa imiş...
Elgünə dərsdən sonra xlorlu əski ilə divar, döşəmə sildiriblər. Uşaq mənə deyir ki, "ana, bu nə deməkdir, məktəbin təmizlik işinə baxanlar olduğu halda mən niyə divarları silirəm?".
Həmin gün uşağım dərsdə qalmışdı və evə də gec gəlmişdi. Həmçinin məktəbdən haçan evə qayıdırsa, müxtəlif əsəb, gərginlik, stress içində gəlir. Bunu kimin elətdirdiyini uşaq demir, yəqin, qorxur. Kimlərinsə məktəbdə həm oğluma, həm də qızıma ciddi psixoloji təzyiqləri var. Kimsə jurnalın arxasında Elgünün qiymətini ağardıcı ilə pozaraq yerinə sıfır yazıb. Ona görə bir valideyn kimi bilirəm ki, məktəbdə uşağıma təzyiqlər olur. Uşağım məktəbdə summativdə (qiymətləndirmə testində) iştirak edərək qiymət alıb, amma kimsə onu ağardıcı ilə silərək yerinə sıfır yazıb. Axı kim edir bunu? Niyə uşağım hər gün psixoloji sarsıntı yaşamalıdır?".
Günay Yusubova aidiyyəti şəxslərdən bu məsələni araşdırmasını xahiş edib:
"Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu, məsələni araşdırsınlar. Ötən gün uşağımın telefonunda yaddaş yerinə baxıram, ancaq ölümlə bağlı videolar yükləyib. Səbəbini soruşanda, deyir, "ana ən gözəl həyat, o həyatdır". Oğlum indidən ölmək haqqında düşünür. Bəs mənim illərdir onlar üçün çəkdiyim əziyyət necə olacaq? Mən zülmlə onları böyütmüşəm".
Məsələ ilə bağlı Ceyranbatan 1 nömrəli tam orta məktəbdən bildiriblər ki, Abşeron rayon Təhsil Şöbəsinin razılığı olmadan mediaya açıqlama verməyə icazələri yoxdur:
"Siz ilk növbədə Təhsil Şöbəsinə müraciət etməlisiz. Bizim onların icazəsi olmadan açıqlama verməyə ixtiyarımız yoxdur".
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Aysel Tahirova qeyd etdi ki, bununla bağlı valideynin rəsmi müraciəti yoxdur:
"Biz istənilən müraciəti valideynin və məktəb rəhbərliyinin iştirakı ilə araşdırırıq. Bu, məsələ ilə bağlı heç bir müraciət daxil olmayıb. Amma yaxın müddətdə mediada valideynin adından uşağa məktəbdə şiddət göstərilməsi ilə bağlı yazı yayılmışdı. Mən valideynlə danışdım, o dedi ki, heç bir şikayətim yoxdur, məktəbdən də, rəhbərlikdən də razıyam. Səhv etmirəmsə, bu valideyn idi. Lakin biz yenə də məsələni araşdırarıq, baxaq, həqiqət nədir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1176 Tarix: 04 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 168 Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 152 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 155 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 194 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini
10.11.2026 209 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 0 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 162 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 140 Sabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 281