Sabiq icra başçısı vəfat etdi

Sabiq icra başçısı vəfat etdiSaatlının sabiq icra başçısı Cahangirov Atabəy Şahmur oğlu 71 yaşında vəfat edib.

Bu barədə mərhumun yaxınları məlumat verib.

O, 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1970-ci ildə N.Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmişdir. Eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. O, əmək fəaliyyətinə başladığı ilk illərdən rayon rəhbərliyinin diqqətində olmuşdur. Buna görə də o, Saatlı Rayon Komsomol Komitəsinin 2-ci, daha sonra isə 1-ci katibi kimi məsul vəzifələrə seçilmişdir.

Atabəy Cahangirov 1975-81-ci illərdə rayon komsomol komitəsində işləmiş, sonradan Saatlı rayon partiya komitəsinin katibi (1981-1987), 1987-1992-ci illərdə 1-ci katibi, rayon Sovetinin sədri, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.

O, 26 yaşında ikən rayon gənclərinə, 36 yaşında isə rayona rəhbərlik etmişdir. Həmin dövrdə respublikada belə gənc ikən rayon partiya komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilən ilk şəxs olmuşdur.

Qeyd edək ki, mərhum YAP-ın İdarə Heyətinin üzvü, kardioloq, professor Tofiq Cahangirovun qardaşıdır.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1471   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızılın bugünkü qiyməti açıqlanıb

Azərbaycanda qızılın 3 sentyabr 2026-cı il tarixinə olan qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 322,0020 manat, 1 qram qızıl isə 235,41 manat təşkil edir. 99 əyarlı təmiz qızılın 1 qramı 235,41 manat, 750 əyarlı İtaliya qızılının 1 qramı 176,73 manat, 585 əyarl

20:15 123
.

Dünyanın ən varlı 10 insanı açıqlandı

İlon Maskın sərvəti avqust ayında 202 milyard dollar artaraq 892 milyard dollara çatıb. "SpaceX" və "Tesla"nın səhmlərinin bahalaşması sayəsində Mask dünyanın ən varlı insanı olaraq qalır. "Qafqazinfo" xəbər verir ki, "Forbes"in sentyabrın 1-də, saat 00:00-a ola

22:45 1
.

İngiltərədən Rusiyaya qarşı sərt addım: Diplomat XİN-ə çağırıldı

İngiltərə Almaniyanın Leypsiq-Halle hava limanında partlayıcı qurğu ehtiva etdiyi ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) aşkarlanması ilə bağlı Rusiyanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltər

21:45 1
.

Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - Siyahı

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsi

14:49 207
.

Qusarda təcili yardım maşını qəzaya düşdü - Fotolar

Qusarda təcili tibbi yardım avtomobili qəzaya düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində baş verib. Belə ki, təcili tibbi yardım avtomobili ilə yük avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, təcili tibbi yardı

20:28 122
.

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell abunəçilərinə səyahətdə, işdə, evdə və müxtəlif məkanlarda internetdən rahat istifadə etməyə imkan verən portativ Mi-Fi modemini təqdim edir. Kompakt ölçüləri sayəsində rahat daşına bilən modem mobil şəbəkənin əhatə dairəsində internetə qoşulmağa imkan verir. Mi-Fi modemə eyni anda 10-dək smartfon

16:18 173
.

Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərində 4 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini iddia edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Donetsk vilayətinin İjevka, Xarkov vilayətinin isə Vasilevka, Doljanka və Blaqovatnoye yaşayış məntəqələr

20:30 109
.

Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"

Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur. 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-y

15:48 173
.

Bəzi məktəblərdə dərslər onlayn olacaq

Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Axşam.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlər

15:25 257
.