AMEA-da islahatlar məqsədilə komissiyalar yaradılıb

AMEA-da islahatlar məqsədilə komissiyalar yaradılıb"AMEA-da islahatlar məqsədilə komissiyalar yaradılıb".

Bunu "Report"a Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya elmləri doktoru Həsən Babayev bildirib.

Alim islahatların yalnız inkişafa xidmət etdiyini vurğulayıb.

H.Babayev aparılan islahatlarla bağlı bir neçə təklif də irəli sürüb:

"İnstitutların rəhbərliyinə baş və icraçı direktorlar seçilən zaman baş direktorların daha çox idarəedici, lider xüsusiyyətlərinə sahib olması, iqtisadi sahədə böyük təcrübəyə malik olması, icraçı direktorların isə elmdə böyük uğur qazanmış şəxslərdən seçilməsi müəssisənin fəaliyyətinin daha səmərəli qurulmasına imkan verəcək. İkinci təklifim ondan ibarətdir ki, direktorlar müddətli seçilməli, onlara 2 dəfədən artıq direktor seçilmək imkanı verilməməlidir. Bundan başqa, mütəmadi olaraq elmi tədqiqatçıların fəaliyyətinin attestasiyası aparılmalı və attestasiya komissiyası öz işini ədalət prinsipi üzrə qurmalıdır. Həmçinin dissertasiya mövzuları dövlət tərəfindən müəyyən edilməli, uyğun istiqamətlərdə mövzular müvafiq institutlara yönləndirilməli, daha sonra bu istiqamətdə tədqiqat aparan şəxslər müəyyənləşdirilməlidir".

İcraçı direktor vurğulayıb ki, qeyd olunan problemlər öz həllini taparsa, Azərbaycan elmində böyük nailiyyətlərə imza atmaq mümkündür.

H.Babayev Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi, elm sahəsində də müəyyən problemlərin özünü göstərməyə başladığını qeyd edərək bunun əsas səbəbinin həmin dövrdə yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar olduğunu diqqətə çatdırıb. İcraçı direktorun sözlərinə görə, bu dövrdə alimlərimizin bir qismi maddi ehtiyac səbəbindən Akademiya əməkdaşları sırasından ayrılıb, bir qismi xarici ölkələrə üz tutub. Yanız az bir qismi AMEA-da fəaliyyətini davam etdirərək elmi tədqiqatlar aparıblar. Məhz bu səbəbdən uzun illər elmimizdə böyük irəliləyiş əldə olunmayıb, dünya elmi qarşısında böyük geriləmə müşahidə olunub. Bu da öz növbəsində AMEA əməkdaşları arasında böyük məyusluq yaradıb.

H.Babayev bildirib ki, aparılan islahatlar nəticəsində bir sıra müəssisələrdə aşkar olunan pozuntular aradan qaldırılıb, rəhbərlik dəyişdirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 06 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 152
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 209
.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 215
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 209
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

10.11.2026 209
.

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat

10.11.2026 226
.

Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur

Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın

10.11.2026 233
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.