Bu şəxslər "omikron" ştammını ağır keçirə bilərlər - XƏBƏRDARLIQ
Yüksəliş dövrünü keçirən yeni növ koronavirusun (COVID-19) mutasiyaya uğramış "omikron" ştammına yoluxma statistikasında müxtəlif antirekordlar müşahidə edilir.
İndi, demək olar ki, hər kəsin ailə üzvləri arasında və yaxın ətrafında ona yoluxanlar var. Say çoxluğu nə qədər təlaş yaratsa da, həkimlərin tövsiyəsi peyvənd olunmaqdır.
BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-infeksionist Səxavət Xəlilli deyib: "Peyvənd olunmuşlarla olunmamışlar arasında xəstəliyin gedişatı fərqlidir. Ötən dalğalarla müqayisədə "omikron"un gedişi nə qədər mülayim olsa da, peyvənd olunmayanların xəstəliyi ağır keçirmə ehtimalı yüksəkdir".
Mütəxəssislərin fikrincə, bu gün xəstəliyi ağır keçirənlər və reanimasiya palatalarına düşənlərin əksəriyyəti vaksinasiya olunmayanlardır.
Xüsusilə risk qrupunda olanların xəstəliyi ağır keçirmək ehtimalı var. Nəzərə almaq lazımdır ki, "omikron" variantında təkrar yoluxma nisbəti əvvəlki mutasiyalarla müqayisədə çox yüksəkdir.
Bəzən elə düşünürlər ki, vaksinasiya olunanlar xəstəliyə yoluxmamalıdır. Peyvənd olunanlar arasında yoluxma olanda da onu sərt mövqe ilə qarşılayırlar.
Mütəxəssislər isə peyvənd olunanların da xəstəliyə yoluxa biləcəyini etiraf edirlər, lakin peyvənd sayəsində xəstəliyi yüngül keçirirlər.
Həkim-infeksionist infeksiyanı yüngül keçirənlərə öz məsləhətini də ünvanlayıb:
"Ev şəraitində müalicə zamanı çoxlu maye qəbul etmək, qidalanma və yuxu rejimini gözləmək, hərarət yüksəldiyi zaman müəyyən temperaturu aşağı salan vasitələrdən istifadə etmək tövsiyə olunur. COVID-19-un əlamətləri müşahidə olunanda mütləq şəkildə həkimə üz tutmaq lazımdır".
Virusa qalib gəlmək, yoluxma sayında artımların qarşısını almaq üçün vaksinasiya ilə yanaşı xüsusi karantin rejiminin qaydalarına da ciddi şəkildə riayət olunmalıdır.
Sosial məsafənin gözlənilməsi, maskalardan istifadə və əl təmizliyi virusun variantlarından asılı olmayaraq qoruyucu qaydalar olaraq qalır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2112 Tarix: 08 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb
Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki, həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdə
12:27 294 Azərbaycanda 2000 manat maaş alanların işlədiyi yerlər (SİYAHI)
Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyən hər 11 nəfərdən biri 200 manat maaş alır. Qaynarinfo " "a istinadən xəbər verir ki, ən yüksək əmək haqqının hansı sahələrdə ödənildiyi əmək haqları ilə bağlı yeni rəqəmlər məlum olub. Məlumata görə, Azərbaycada əmək müqaviləsi ilə işləyənləri
16:07 246 Mənzil qiymətləri niyə artır? - Ekspert əsas amilləri açıqladı
"Azərbaycanda mənzil bazarında qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bazarda qiymətlərin formalaşmasına eyni vaxtda bir neçə fundamental amil təsir göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri
12:31 174 Sabah hava necə olacaq?
Azərbaycanda sentyabrın 4-də 33 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatur
13:01 190 Bəzi məktəblərdə dərslər onlayn olacaq
Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Axşam.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlər
15:25 257 İtaliyada femisidə ömürlük həbs: Azərbaycanda qadın qətlləri üçün qanun sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMA
Son illərdə qadınlara qarşı zorakılıq və xüsusilə gender motivli qadın qətllərinin - femisidlərin ayrıca hüquqi kateqoriyaya salınması məsələsi bir sıra ölkələrdə ciddi şəkildə gündəmə gəlib. İtaliya bu istiqamətdə ən sərt addımlardan birini ataraq 2025-ci ilin noyabrında femisidi ayrıca cinayət kim
15:27 392 Diabet bir gündə yaranmır: Xəstəliyə aparan əsas vərdişlər
"Fast-food qidaları təkbaşına xəstəliklərin səbəbi kimi qiymətləndirmək düzgün deyil. Bu qidalar xəstəlik riskini artıran amillərdən yalnız biridir. Xüsusilə 2-ci tip diabet və digər metabolik xəstəliklərin yaranması, əsasən, uzun müddət ərzində bir neçə risk faktorunun üst-üstə düşməsi ilə əlaqəlidir"
13:03 268 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - Siyahı
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsi
14:49 207 Rusiya-Ukrayna müharibəsində son durum: Putin sülh sazişinin mümkünlüyünü istisna etmədi
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı razılaşmanın əldə olunmasının mümkün olduğunu bildirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Putin qeyd edib ki, ABŞ və Çin də daxil olmaqla bir sıra ölkələrin səyləri diplomatik prosesə dəstək verir. Onu
16:32 280