Ölkəmizin enerji təhlükəsizliyi artan nüfuzumuzun göstəricisidir

Ölkəmizin enerji təhlükəsizliyi artan nüfuzumuzun göstəricisidirFevralın 4-də Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin VIII toplantısı keçirilib. Toplantıda Avropanın Azərbaycanı özünün enerji təhlükəsizliyini təmin edən strateji tərəfdaş kimi görməsi və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması xüsusi olaraq vurğulanıb.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin enerji stradegiyası özünün parlaq nəticələrini verir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin uğurla yerinə yetirilməsi indi Avropa İttifaqı ölkələrinin Azərbaycana olan inamını daha da artırıb, onun etibarlı tərəfdaş kimi dəyərləndirib. Ölkəmizin enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəklə nəticələnib. Dəyəri 33 milyard ABŞ dolları həcmində olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir və bu layihənin uğurla reallaşdırılması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. keçən il Azərbaycan 18 milyard kubmetr qaz ixrac edib. Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələr Azərbaycan qazından faydalanırlar. Bununla bərabər yeni marşurutların müəyyən edilməsi planlaşdırılır və dünyada Azərbaycan qazına olan tələbat artmaqdadır.
Yaxın gələcəkdə Bakının Qobu rayonunda 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaqdır. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu da onu göstərir ki, Azərbaycanda bərpaolunan enerji mənbələri nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik.
Bu gün işğaldan azad edilmiş ərazilər üçün xüsusi enerji proqramı vardır. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonası üçün konseptual proqnoz hazırlayıb. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir və bu layihələrin uğurla reallaşması Azərbaycanın gələcək iqtisadi inkişafı və beynəlxalq nüfuzunun artması üçün çox önəmlidir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, İqtisad elmləri doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 684   Tarix: 08 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

10.11.2026 239
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 224
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 225
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 281
.

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi

10.11.2026 136
.