Rüşvət alan həkimə elektron qolbaq taxılacaq

Rüşvət alan həkimə elektron qolbaq taxılacaqSalyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin sabiq müdiri Yaşar Kərimova hökm oxunub və o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Y.Kərimovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Protest Şirvan Apellyasiya Məhkəməsində araşdırılacaq.

İttiham aktına əsasən, Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin keçmiş müdiri Kərimov Yaşar Məlik oğlu əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi alıb.

İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Y.Kərimovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Xatırladaq ki, Y.Kərimov prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1143   Tarix: 08 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid anaları "Loqos"da - Qənirə Paşayevanın xatirəsi ehtiramla yad edildi

Şəhid anaları ilə keçirilən görüş mənəvi dəyərlərin, Vətən sevgisinin və insanlıq duyğularının bir araya gəldiyi xüsusi bir tədbir kimi yadda qaldı. Azərbaycan cəmiyyətində şəhid ailələrinin, xüsusilə şəhid analarının özünəməxsus və müqəddəs yeri var. Onlar Vətən yolunda ən ağır itkilərdən birini yaşasala

11:56 206
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

12:30 249
.

İran ABŞ-ın Küveyt və BƏƏ-dəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqladı

İran ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqelərinə qarşı yeni hücumlar həyata keçirdiyini açıqlayıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, İran ordusunun məlumatına görə, raket və hücum tipli pilotsuz uçuş aparatları ilə Küveyt və Birləşmiş Ərəb Əmirliklərində ABŞ qüvvələrinin istifadə etdiy

16:23 160
.

Estoniyada yeni prezident seçildi

Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib. TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanma

02.09.2026 225
.

30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?

Təxminən 30 ildir açılmamış qalan Tupak Şakurun qətli ilə bağlı məhkəmədə andlılar heyəti qərarını verib. Keçmiş dəstə lideri Dueyn "Keffi D" Devis təqsirli bilinib. Qaynarinfo xəbər verir ki, amerikalı reper Tupak Amaru Şakurun 1996-cı ildə Las-Veqasda öldürülməsi ilə bağlı məhkəmə proses

02.09.2026 359
.

Rusiya-Ukrayna müharibəsində son durum: Putin sülh sazişinin mümkünlüyünü istisna etmədi

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı razılaşmanın əldə olunmasının mümkün olduğunu bildirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Putin qeyd edib ki, ABŞ və Çin də daxil olmaqla bir sıra ölkələrin səyləri diplomatik prosesə dəstək verir. Onu

16:32 258
.

İtaliyada femisidə ömürlük həbs: Azərbaycanda qadın qətlləri üçün qanun sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMA

Son illərdə qadınlara qarşı zorakılıq və xüsusilə gender motivli qadın qətllərinin - femisidlərin ayrıca hüquqi kateqoriyaya salınması məsələsi bir sıra ölkələrdə ciddi şəkildə gündəmə gəlib. İtaliya bu istiqamətdə ən sərt addımlardan birini ataraq 2025-ci ilin noyabrında femisidi ayrıca cinayət kim

15:27 372
.

Yamal "Barselona"nın 91 illik rekordunu YENİLƏDİ

Lamin Yamal rekord qırıb. xəbər verir ki, rekord La Liqanın ikinci turunda "Rayo Valyekano"ya qarşı keçirilən və "Barselona"nın 5:2 hesablı qələbəsi ilə başa çatan oyunda qeydə alınıb. Lamin Yamal iki qol vuraraq Kataloniya klubunun tarixində 50 qol həddinə çatan ən gənc futbolç

18:15 137
.

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib. Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfində

16:44 254
.