50 dərman deposu, 500-dən artıq aptek... - Sabiq nazir müavininin fəaliyyəti araşdırılır

50 dərman deposu, 500-dən artıq aptek... - Sabiq nazir müavininin fəaliyyəti araşdırılırXəbər verdiyimiz kimi, fevralın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri vəzifəsini də itirib. Bu vəzifə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinin sabiq rəis müavini, hazırda Səhiyyə nazirinin müavini olan Rasim İsmayılova tapşırılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elsəvər Ağayevin və digər vəzifəli şəxslərin fəaliyəti barədə yoxlamalar aparılıb.

Hələ Teymur Musayev Səhiyyə nazirinin əvəzedicisi olduğu dönəmdə rəhbərlik etdiyi qurumda bu və bu kimi digər neqativ hadisələrin araşdırılması üçün müvafiq tapşırıqlar da verib. Müvafiq qurumlar da nazirin tapşırığına uyğun olaraq araşdırmalara başlayıb və artıq nəticələr barədə yeni naziri məlumatlandırıblar. Elsəvər Ağayevin də rəhbərlik etdiyi sahələrdə də bir sıra ciddi pozuntular aşkarlanıb.

Hesablama Palatasından Qaynarinfo-ya verilən açıqlamada 2021-ci ildə Səhiyyə Nazirliyində yoxlama aparıldığı təsdiqlənib. Audit Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılıb və qərar qəbul edilib. Digər qurumlarla bərabər, Səhiyyə Nazirliyində də aparılan yoxlamaların nəticələri barədə bu ilin mart ayında hesabat dərc ediləcək.

Qeyd edək ki, Elsəvər Ağayev uzun illər ən böyük gəlirli və vacib sahə olan "Əczaçılıq və Tibb Sənayesi", "Dərman və Tibbi Texnika" İstehsalat-Ticarət Birliyinə də rəhbərlik edib.

Əldə etdiyimiz məlumata görə, hər iki birliyin nəzdində fəaliyyət göstərən 1000-ə yaxın aptekdə və əczaçılıq mərkəzlərində onun qoyduğu şərtlərlə işlər aparılıb. Səhiyyə Nazirliyinə məxsus bu birliklərin bəzi mülkləri isə özəlləşdirilərək nazir müavininin yaxın adamlarının adına keçirilib.

Digər 3 nazir müavini ilə yanaşı, pozuntuların nəticəsi olaraq 23 il vəzifədə çalışmış Elsəvər Ağayev sonuncu vəzifəsi ilə də vidalaşmalı olub.

Bu günə olan məlumata görə, əczaçılıq sahəsində Azərbaycanda fəaliyyət göstərən 100-dən çox topdansatış dərman deposunun 50-yə yaxını, 3 mindən çox aptekin 500-ə yaxınının Elsəvər Ağayevin yaxın çevrəsinə məxsus olduğu deyilir.

Baş verənlərlə bağlı Elsəvər Ağayevlə əlaqə saxlasaq da, bu barədə ondan münasibət almaq cəhdlərimiz boşa çıxıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1736   Tarix: 09 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 151
.

Gürcüstan 91 əcnəbini deportasiya edib

Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var. Deportasiya edilən şəxslərin Gürcüstan

10.11.2026 221
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

10.11.2026 207
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

10.11.2026 209
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.