Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?

Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?2021-ci ilin sonlarından Azərbaycan idmanında ciddi dəyişikliklərə start verilib.

Əsas yeniliklər idman federasiyaları ilə bağlıdır. Ötən il noyabrın 1-dən başlanan proses indiyədək olimpiya növləri üzrə 18 federasiyanı əhatə edib. Bütün bu işlər Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğursuzluğu fonunda görülməkdədir. Atlanta-1996-dan başlayaraq, Rio-2016-dək olimpiyaçılarımızın medalları get-gedə 1-dən 18-ə yüksəlib. Amma Tokio-2020-də medal sayının 7-yə enməsi ciddi tədbirlər görməyə əsas verib.

Amma 1995-ci ildə Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə yaradılmış Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 27 ildir geriləməklə məşğuldur. Hətta o dərəcədə geriləyib ki, bir müddətdir başlanğıc nöqtəsində yerində sayır. Sayan isə bilirsinizmi kim və ya kimlərdən ibarətdir? Özünü AİJA-nın prezidenti elan edən Eldar İsmayılov və onun yaxın qohumlarından. Qoy, özlərini və digər maddiyyatları saymaqda olsunlar, biz isə idman jurnalistikasına vurduqları zərərlərə nəzər yetirək.

Hazırda 74 yaşında olan E.İsmayılovun, AİJA prezidenti olanadək idman mediasına heç bir aidiyyəti olmayıb. Bu vəzifədə yerini möhkəmlətdikdən sonra isə başlayıb qurumdan şəxsi biznesi, özü və ailəsinin xarici turist gəzintiləri üçün istifadə etməyə. Ezamiyyətlərə isə uzun müddət Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gedib. Əvəzində təşkilatı özünə nə az-nə çox - 500 min manata yaxın borclandırıb. Bura özünə və oğluna aldığı minik avtomobilləri, benzin xərcləri, hətta şəxsi mobil danışıq və digər xərcləri "daxildir". Yəni, vəzifəsindən getməsi üçün dolayısı ilə şərt qoyub: Kim 500 min manat versə, gedərəm.

AİJA prezidenti indiyədək yalnız 2019-cu ilin dekabrında seçki keçirib. Bu isə mərhum gənclər və idman naziri Azad Rəhimovun təşkilatın fəaliyyətsizliyindən açıq narazılıq ifadə etməsindən sonra baş verib. Həmin vaxtadək E.İsmayılov ailəsi və yaxın qohumlarının əhatəsində təşkilatını tam güvəndə hiss edib.

AİJA-nı ailə biznesi kimi idarə etməsinin nəticəsidir ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) konqreslərində, beynəlxalq media tədbirlərində iştirak üçün Azərbaycana ayrılmış pulsuz yeri ailə üzvləri və dostlarına ərməğan edib, onlardan başqa heç kimi həmin toplantılara aparmayıb. Təsəvvür edin, hansısa imkanlı şəxsə deyir ki, Avropaya getmək istəyirsənsə, vizan mənlikdir, biletləri və digər xərcləri həll et, gedək. Belə müştərilər arasında hətta İlqar Sail də olub. Halbuki səfər üçün lazımi vəsaiti Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyi ayırıb...

İndiyədək Azərbaycan idman jurnalistləri bir neçə dəfə AIPS və AIPS Avropanın İdarə Heyətində təmsil olunma şansı əldə ediblər. Lakin hər dəfə AİJA prezidenti heç kimə bu imkanı verməyib. Özü namizədliyini verib, amma seçilməyib. Beləliklə, Əli aşından da olub, Vəli aşından da.

E.İsmayılovun daha bir "uğurlu" fəaliyyəti AIPS kartları biznesindədir. Bu vəsiqələrin qiyməti cəmi 40 dollar olduğu halda, özü 100 avroya satır. Onun "qurban"ları arasında Azərbaycanın bir çox jurnalistləri də var. Təkcə jurnalistlərmi? Onun tilovuna gülsatan və fermerlər də keçib!

Məsələdən AIPS prezidenti Canni Merlo da xəbərdardır. Amma o, hələlik səbrli davranır. Daha doğrusu, hər şeyi buraxıb Azərbaycan idman mediasının öhdəliyinə. Həmkarlarımızın isə AİJA-nı AİLƏ biznesinə çevirmiş "qocaman rəhbər"ə təsir imkanları yoxdur.

Hamı dövlətin məsələyə müdaxilə etməsini gözləyir.

BAKU.WS


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1565   Tarix: 12 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.