Prezidentdən iş adamlarına azad edilmiş ərazilərlə bağlı ÇAĞIRIŞ
"Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır".
Bu sözləri Prezident İlham Əliyev fevralın 13-də Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra deyib.
"Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Əminəm ki, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. Azərbaycan iş adamlarına da mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin Baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür. Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalıdırlar", - deyə dövlət başçısı qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1126 Tarix: 14 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya XİN-dən sərt açıqlama: Ermənistanla bağlı narahatlıq artır
NATO qoşunlarının Ermənistanda keçiriləcək hərbi təlimlər zamanı erməni hərbçilərinə təlim keçəcəyi bildirilir. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı danışıb. Diplomatın sözlərinə görə, NATO Ermənistan hərbçilərinə hərbi hazırlıq keçəcək v
10:52 161 İran ABŞ-dan 6 milyard dollarlıq mal alacaq - KİV
ABŞ və İran arasında anlaşma memorandumuna əsasən, Tramp administrasiyası Tehrana ABŞ-dan humanitar və sanksiyasız mallar almaq üçün dondurulmuş 6 milyard dollarlıq neft gəlirlərinə çıxış imkanı verəcək. xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti məsələ ilə tanış olan diplomatlata istinadl
18:30 2 Seda Sayan: "Oğlumun evinə arvadından icazə alsa, gedə bilərəm"
Məşhur türkiyəli müğənni Seda Sayan ailə münasibətləri ilə bağlı açıqlaması ilə diqqət çəkib. -ın məlumatına görə, sənətçi övladının ailə qurduqdan sonra şəxsi həyatına hörmətlə yanaşdığını bildirib. O, oğlunun evinə getmək istəyəndə əvvəlcədən xəbər verdiyini və bunun normal hal olduğunu vurğulayıb
19:30 2 Temperatur 39 dərəcəyə yüksələcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın temperaturu gecə 21-25 isti, gündüz 33-38 isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisb
15:45 133 Qartal Tərəfdaşı 2026" təlimləri Ermənistanda müzakirə mövzusuna çevrildi
Ermənistan və NATO ölkələri arasında keçirilən "Qartal Tərəfdaşı 2026" birgə hərbi təlimləri ölkənin tərəfdaşları arasında narahatlıq və çaşqınlıq yaradır. xəbər verir ki, bu fikri Ermənistan Milli Assambleyasının "Mənim Şərəfim Var" fraksiyasının rəhbəri Hayk Mamijanyan -ya açıqlamasınd
13:32 152 "Media savadlılığı haqqında" qanunun qəbulu təklif edilib
"Media savadlılığı haqqında" qanunun qəbulu təklif edilib. APA xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında "Media haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Sahib Alıyev çıxış edib. Deputat bildirib ki, dinlə bağlı bəzə
14:00 148 Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır - İDDİA
Anlaşılan o oldu ki, dövlət xəstəxanalarındakı Kompüter Tomoqrafiyası (KT) aparatları yoxa çıxıb. xəbər verir ki, bu barədə yazan jurnalist Elnurə Abuşova bildirib ki, həmkarımızın TƏBİB-dən aldığı rəsmi açıqlamada xəbər qismən təsdiqini tapdı:. "Yaqin özəllərə icarəyə verilib, çünki əvvəl vardı
19:45 1 Seçki nəticələri məhkəməyə daşındı: müxalifətdən etiraz
"Güclü Ermənistan" müxalifət bloku 7 iyun tarixində keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə Ermənistanın Konstitusiya Məhkəməsinə müraciət edib. xəbər verir ki, bu barədə blokun nümayəndəsi Marianna Kaqramanyan sosial şəbəkə hesabında məlumat yayıb. Bəyanata görə, 1
13:36 147 Media və Yayım Şurasının yaradılması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ
Azərbaycanda media sahəsində vahid qurum - Media və Yayım Şurası yaradılacaq. Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanu
16:15 111