İlkin Süleymanovun məhkəməsinin təxirə salınma səbəbi məlum oldu
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclası yenidən təxirə salınıb.
"Report" xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan bugünkü prosesin təxirə salınmasına səbəb isə hakimlərdən birinin koronavirusa yoluxması olub.
Qeyd edək ki, bundan öncəki proses təqsirləndirilən İlkin Süleymanovun vəkillərindən birinin bəzi səbəblərdən məhkəməyə gəlməməsi səbəbindən təxirə düşmüşdü.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1343 Tarix: 16 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yazdığı sözlər dillər əzbəridir - Türkiyəli şair vəfat etdi
Türkiyəli məşhur nəğməkar şair Ülkü Aker vəfat edib. "Qafqazinfo" "TRT haber"e istinadən xəbər verir ki, mərhumla vida mərasimi bu gün İstanbulda keçiriləcək. Sənətçinin vəfatı ilə bağlı sosial şəbəkə hesabında başsağlığı paylaşan məşhur müğənni Ajda Pekkan bildirib ki, Akerin yazdığ
14:45 235 Tolikin yerinə o gəldi - VİDEO
Prodüser Tarix Əliyevin verilşi "Tarixin bir günü"nün əvəzinə yeni layihə başlayıb. Bizim.Media xəbər verir ki, "Space"də Tolikin proqramı ilə eyni saatda "Sevilən səhər" adlı veriliş yayımlanıb. Proqramın aparıcısı Könül Muxtarova olub. O, həftəiçi hər gün efirdə olacağın
15:00 241 "Azərbaycana hücum etməmişik" - İran XİN-in sözçüsü
Azərbaycan, Türkiyə və Kiprlə bağlı məsələyə gəldikdə, Silahlı Qüvvələrin Baş Qərargahı açıq və rəsmi şəkildə bildirib ki, belə buraxılışlar İran ərazisindən və ya bizim hərbi qüvvələrimiz tərəfindən həyata keçirilməyib. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib
18:00 74 Putin Müctəba Xameneini təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin İranın yeni Ali Rəhbəri Müctəba Xameneini təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. Rusiyanın dövlət başçısı təbrik məktubunda Moskvanın İranın etibarlı tərəfdaşı olduğunu və belə qalacağını vurğulayıb: . "İnd
16:15 144 "Arash Estetic"dən şikayət: Qadın sağlam dişlərini də itirib? (VİDEO)
Baku TV-yə müraciət edən şikayətçi Sevil Mustafayeva iddia edib ki, sadə diş problemi ilə stomatoloqa müraciət etsə də, nəticədə sağlam dişləri və çənə siniri zədələnib. Onun sözlərinə görə, həkim düzgün diaqnoz qoymayıb və aparılan müdaxilə ciddi fəsadlara səbəb olub. Zərərçəkən bildirib ki, hadis
10:46 222 Könül bu verilişin aparıcısı oldu
Aparıcı Könül Muxtarova "Space" TV-də fəaliyyətə başlayıb. OLAY yazır ki, Könül "Sevilən səhər" verilişinin aparıcısı olub. O, həftəiçi hər gün efirdə olacağını bildirib
11:19 369 8 dəfə əməliyyat olunan Ramiz Əzizbəyli niyə anasından incik öldü? (VİDEO)
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyliyə həsr olunub. Sənətkarın qızı Xədicə Əzizbəyli atasının ailəni bu sahədən uzaq tutmaq istədiyini bildirib:. "Atam bizi həmişə sənətdən uzaq saxlayıb. Heç vaxt istəməyib ki, bi
10:23 322 İranın Ekspertlər Şurası yeni ali liderin seçildiyini təsdiqlədi
"İranın yeni ali liderinin soyadı bir neçə gün əvvəl öldürülmüş keçmiş rəhbər Əli Xameneinin soyadı ilə eyni olacaq". -ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu İranın yeni liderinin seçilməsində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib. "Biz İranın yeni liderini seçdik. Yen
08.03.2026 360 İsmayıl Bəqai: İndi atəşkəs üzrə vasitəçilik barədə danışmaq yersizdir
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib ki, hazırda Yaxın Şərqdə atəşkəs üzrə mümkün vasitəçilik səylərinin müzakirə edilməsi yersizdir. "Report" "Al-Jazeera"yə istinadən xəbər verir ki, o, bu barədə martın 9-u keçirilən brifinqdə bildirib. "Hazırd
16:00 127