Bakıda marixuanalı içki satılır? - Qiyməti 3 manat 89 qəpik - VİDEO
Paytaxt mağazalarının birində üzərində narkotik vasitə olan marixuananın şəkili olan içki satılır. Hətta içkinin üzərində tərkibini bildiriən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub. Bəs içkinin satışa bu şəkildə çıxarılması düzgündürmü?
BiG.AZ xəbər verir ki, görüntülər paytaxtdakı marketlərdən birində lentə alıb. Həmin marketdən bu içkini alan bir şəxs bununla bağlı televiziyamıza etdiyi müraciət əsasında biz də məsələni araşdırmaq üçün elə həmin marketə üz tutduq..
Qiyməti 3 manat 89 qəpiyə satılan, alman istehsalı olan bu içikinin üzərində tərkibini bildiriən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub.
Mağaza rəhbərliyindən məhz üzərində narkotiki təbliğ edən içkinin açıq satışı ilə ilə bağlı mövqe öyrənməyə çalışdıq. Mağazadan "XəzərXəbər"ə bildirildi ki, içki dövlət qurumlarından alınan rəsmi sənədlər əsasında satışa çıxarılıb.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, məsələ dövlət qurumu tərəfindən qeydiyyata alınıb və bununla bağlı araşdırma aparılacaq.
Qida ekpertləri isə bildirir ki, məhsulun üzərində açıq şəkildə "xaş xaş" bitkisinin olması onu tərkibində bu maddədən istifadə olunduğunu göstərir. Bu isə istehlakçılarının hüququnu pozmur. Amma burda olan incə detal bu maddənin həmin məhsulun tərkibində hansı formada və hansı ölçüdə istifadə olunmasıdır.
Ekspert Fuad Ağayev bildirib ki, əgər müayinə zamanı həmin maddənin ölçüsü 0,3 faizdən çox olarsa bu bir başa həmin standartların pozulması və bu məhsulun psixostimulyatora aid olduğunu göstərəcək. Yox əgər tərkibdəki xaş xaşın miqdarı 0,3 faizdən aşağı olarsa bu sadəcə qida əlavəsi sinifinə aid olur və istifadəsində heç bir qadağa yoxdur. hətta bir çox ölkələrdə spirtli içkilərdən tutmuş digər qida tərkiblərində də yağ formasında xaşxaşdan istifadə olunur.
Hüquqşünaslar isə bildirirlər ki, ölkə daxilində narkotik vasitələrin satışı və dövriyyəsi qanunla qadağandır.Bu içkinin üzərində narkotik tərkibli bitkinin açıq şəkildə reklam olunması qanunla qadağandır və bunu edənlər məsuliyyət daşıyırlar./BAKU.WS
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1273 Tarix: 17 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 0 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 194 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 209 İrana hücum üçün hər gün Trampa zəng edir
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə
10.11.2026 207 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl
10.11.2026 238 "Eşref"in ən sadiq əməkdaşı olacaq
"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"
10.11.2026 168 Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur
Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın
10.11.2026 233 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
10.11.2026 210 Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn
10.11.2026 219