"Qulağını kəsib, sümüklərini sındırıb, yandırıb, elə meşədə..."-25 yaşlı gəncin anasından ürəkdağlayan sözlər
Xəbər verdiyimiz kimi, Samux rayonunun Füzuli kəndində 25 yaşlı Mirzaman Əliyevə bir neçə nəfər ağır xəsarətlər yetirib. Bəzi məlumatlara görə, onu Şəhid bulağını təhqir etdiyi üçün döyülüb.
Lakin onun anası Sonxeber.az-a açıqlamasında bu iddiaları təkzib edib.
Sevil Əliyeva saytlarda yazılan xəbərlərin tamamilə yanlış olduğunu deyir:
"Mən Mirzamanın anasıyam. Vallah, billah, mənim oğlum Şəhid bulağını təhqir eləməyib.
Onlar əvvəl hamısı dost idilər. Sonra nəsə oldu, araları dəydi. Artıq dostluq etmirdilər.
Dünən gecə, saat 22:00-23:00 radələrində gəlib evdən çağırdılar, birlikdə tanışlarının ad gününə getməyi təklif etdilər. Balamı maşına basıb, meşəyə aparıb zülm ediblər. Qulağını kəsib, sümüklərini sındırıb, yandırıb, elə meşədə atıb, qaçıblar. 2 saata yaxın balam orada qalıb.
Özünə gəldikdə sürünə-sürünə gedib, yaxınlıqdakı evin qapısını döyərək kömək istəyib.
Oğlumu döyən 4 nəfər Şəhid bulağı məsələsini yayır ki, onlara bəraət qazandırsınlar.
Oğlumun vəziyyəti ağırdır. 5 gün vaxt veriblər ki, təcili əməliyyat olunsun. Əməliyyatın qiyməti 4 min manatdır.
Mirzaman özü nə deyibsə doğru olan odur".
10:13
Daha öncə yayılan xəbərə görə, Samux rayon Kolayır kənd sakini, 25 yaşlı M.Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Sünnülər kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.
Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb. O, daha sonra hadisə olan yerdən sürünə-sürünə kənd sakinlərindən birinin evinin qarşısına gəlib və kömək istəyib.
Məsələ ilə bağlı dərhal polisə və təcili tibbi yardıma məlumat verilib, ağır xəsarətlər alan gənc Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun qulağı tikilib, digər tibbi yardımlar göstərilib. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
Hadisənin baş vermə səbəbləri hələ ki məlum olmasa da, özünün dediyinə görə, 6 nəfər tərəfindən döyülüb.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4710 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPeru İranın siyasətini pislədi - Əlaqələr kəsildi
Peru İranla diplomatik münasibətləri dayandırıb. xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Peru hökuməti sülhə bağlılıq, beynəlxalq hüquqa hörmət və demokratiyanın müdafiəsi prinsiplərini əsas götürərək İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbu
02.09.2026 210 Çində robotlar üçün "uşaq bağçası" açıldı
Çinin paytaxtı Pekində robotlar üçün "uşaq bağçası" açılıb. Burada tədqiqatçılar maşınların öyrədilməsinə alternativ yanaşmanı araşdıracaqlar. Qaynarinfo xəbər verir ki, bu barədə Çində nəşr olunan ingilisdilli "Global Times" qəzeti məlumat yayıb. Robotların təlimi üçün mərkəz Pekini
02.09.2026 223 Estoniyada yeni prezident seçildi
Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib. TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanma
02.09.2026 205 ABŞ İraqa 800 milyon dollarlıq helikopter və silah satacaq
ABŞ Dövlət Departamenti İraqa 800 milyon dollar dəyərində yerli istehsal olan helikopterlərin, həmçinin onlara aid silah və ehtiyat hissələrinin satılmasına rəsmi razılıq verib. -ya istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub. Söhbət "Bell Helicopter" şirkətini
02.09.2026 205 TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılır. APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib. O bildirib ki, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydala
02.09.2026 368 600-dən yüksək bal toplayan bacılar müəllimliyi seçdi
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin seçim zamanı üstünlük verdiyi təhsil ocağına çevrilməkdə devam edir. Bunun bariz nümunələrindən biri də fərqli illərdə qəbul imtahanlarında yüksək nəticə göstərərək eyni ixtisası seçən Nəcəfzadə bacılarını
10:21 135 Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq
Sentyabrın 5-21-də Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə, sentyabr Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminə
02.09.2026 234 Müharibədə gərginlik artır: "Tərəflər yeni strategiyaya keçirlər" - POLİTOLOQDAN AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində son günlər hava hücumlarının intensivliyi yenidən artıb. 2 sentyabrda Rusiya qüvvələrinin Kiyev və Odessa vilayətlərinə kütləvi raket və dron zərbələri endirdiyi, nəticədə enerji infrastrukturu və yaşayış binalarının zərər gördüyü bildirilir. Reuters-in məlumatına görə, Odessad
02.09.2026 449 Kosmosa uçan ilk jurnalist vəfat etdi
Yaponiyada ölkənin kosmosa uçan ilk vətəndaşı və dünyada ilk peşəkar jurnalist-kosmonavt olan Toyohiro Akiyama 85 yaşında vəfat edib. xarici KİV-ə istinadla bildirir ki, onun ölümünü TBS telekanalındakı keçmiş həmkarı, Yaponiya parlamentinin yuxarı palatasının deputatı Hideya Suqio açıqlayıb. 1990-c
02.09.2026 218