18 yaşlı Azərbaycan çempionu: "Yüksək yer tutacağıma inanmırdım"
Xəbər verdiyimiz kimi, Məhəmməd Muradlı ikinci dəfə şahmat üzrə Azərbaycan çempionu olub.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti kişilər arasında şahmat üzrə Azərbaycan çempionu Məhəmməd Muradlının müsahibəsini təqdim edir.
- Azərbaycan çempionatında qələbə münasibəti ilə sizi təbrik edirik. Maraqlıdır yarışdan öncə hansı nəticə uğrunda mübarizə aparırdınız?
- Təbriklərə görə təşəkkür edirəm. Yarışdan öncə çempionluq barədə düşünmürdüm. Əsas hədəfim final mərhələsinə vəsiqə qazanmaq idi. İlk turlarda uğurlu çıxış edə bilmədim. Bu səbəbdən çempionatda yüksək yer tutacağıma inanmırdım.
- Hansı turdakı nəticə sizə nəticəni dəyişməyə kömək oldu?
- Təsəvvür edin 7 turdan sonra 3,5 xal toplamışam. Finala vəsiqə qazanmağım artıq çətin iş idi. Dönüş anı IX turda reallaşdı. Aydın Süleymanlı üzərində qələbə mənə kömək oldu, həm də inam verdi. Ardınca finala vəsiqə qazandım.
- Yarımfinal çətin idi, yoxsa final görüşü?
- Yarımfinalda son çempion Vasif Durarbəyli üzərində qələbə qazandım. Hər şey tay-brekdə həll olundu. Durarbəyli güclü şahmatçıdır, ona görə qələbə asan əldə edilmədi. Finalda artıq rahat oynayırdım. Demək olar ki, əsas nəticəni qazanmışdım.
- Finalda Misrəddin İsgəndərovla partiya barədə nə deyə bilərsiniz?
- Final çox rahat keçdi. Artıq minimum hədəfə nail olmuşdum. Hər iki partiyada qələbə qazanmaqla karyeramda ikinci dəfə Azərbaycan çempionu oldum. Cavab görüşündə rəqib səhvə yol verdi, səhvi dəyərləndirərək tam qələbə qazandım.
- İlk dəfə 2019-cu ildə Azərbaycan çempionu olmusunuz. O vaxtdan indiyə nə dəyişib?
- İlk çempion olan zaman cəmi 15 yaşım var idi. Sonra müəyyən vaxt şahmatda fəal dövrüm olmadı. Mənim yaşıdlarımın reytinqi daha yüksəkdir. Mən isə bir qədər geri qaldım. İndi bu qələbə yeni dövrün başlanmasına kömək olacaq. Bakıya qayıdandan sonra Sloveniyada baş tutacaq şəxsi Avropa çempionatına hazırlaşacam.
- Azərbaycan çempionatı barədə nə düşünürsən?
- Çempionatda kifayət qədər yaxşı şahmatçılar var idi. Final mərhələsinə mənə görə daha rahat oldu. Amma ilk mərhələdə çox çətin oyunlar keçirdim. Çox istəyirdim Vüqar Əsədli, Nicat Abbasov da yarışda iştirak etsin. Bildiyiniz kimi, son anda müəyyən problemlərə hər iki şahmatçı çempionatda olmadı. Həm Əsədli, həm də Abbasova qarşı oynamaq maraqlı idi.
- Əvəzində milli komandanın üzvü, Avropa çempionu Eltac Səfərli yarışda var idi. Amma final mərhələsinə vəsiqə qazana bilmədi.
- Eltac Səfərli çox təcrübəli şahmatçıdır. Sadəcə onun çıxışı istədiyi kimi alınmadı. Biz hər ikimiz eyni xal toplamışdıq. Qələbə sayı məndə çox olduğuna görə finala mən keçdim.
- Finaldan sonra ilk təbrik edən kim oldu?
- Valideynlərim zəng etdi. İlk təbriki Bakıdan zəng edən anam etdi. Onlar da mənim kimi çox sevinirdi.(oxu.az)
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1341 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"
25.10.2026 659 Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal
09.10.2026 964 İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 650 Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22.10.2026 912 "Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq
Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb
25.10.2026 634 "Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
04.11.2026 419 "Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
18.10.2026 745 FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır
20.10.2026 852 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?
Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund
14.10.2026 814