Baş nazir süni qiymət artımı ilə bağlı iclas keçirdi - FOTO
Fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub.
Nazirlər Kabinetindən verilən məlumata görə, toplantıda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub.
Bu baxımdan Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri barədə müzakirələr aparılıb.
İclasda inflyasiyanın qarşısının alınması üçün makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, yüksək idxal inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə olunub.
Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar müzakirə olunub.
Həmçinin qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib. İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 841 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada işgəncə cinayəti: Tunis vətəndaşına 25 il həbs cəzası
Fransanın şimalında yerləşən otellərdən birində əcnəbi qadına təcavüz edən və ona işgəncə verən şəxs 25 il müddətinə azadlıqdan məhrum edilib. xəbər verir ki, bu barədə Actu17 nəşri məlumat yayıb. Məhkəmənin qərarına əsasən, 26 yaşlı Tunis vətəndaşı Əziz Lusaifi çoxsaylı təcavüz və qutu kəsici ilə işgənc
10:25 131 "Sabah"ın sabiq futbolçusunun yeni ünvanı bəlli oldu
"Sabah" futbol klubu ilə yollarını ayıran Cesse Sekidika karyerasında yeni səhifə açıb. xəbər verir ki, nigeriyalı hücumçu bundan sonra Cənubi Koreyanın "Qanqvon" klubunun uğurları üçün tər tökəcək. Asiya təmsilçisi təcrübəli forvardın yay transfer pəncərəsində heyətə qatılan il
18.06.2026 248 Ermənistanda siyasi gərginlik: Paşinyandan kəskin mesaj
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə revanşist qüvvələrə qarşı sərt mövqe nümayiş etdirib. xəbər verir ki, onun sözlərini "Qafqaz Bürosu | Kavkazskoe Buro" Telegram kanalı yayıb. Paşinyan bildirib ki, uşaqların gələcəyinə təhlükə yaradan istənilən təhdid vaxtında aradan qaldırılmalıdır
10:45 139 DÇ 2026-da BÖYÜK SÜRPRİZ - qrupdan çıxacaq komandalar açıqlandı
2026-cı il dünya çempionatının qrup mərhələsində ilk turun ardından mütəxəssislər növbəti mərhələyə vəsiqə qazanacaq komandalarla bağlı proqnozlarını açıqlayıblar. Qiymətləndirmələrə əsasən, turnirin favoritləri hesab olunan komandaların əksəriyyətinin pley-offa yüksələcəyi gözlənilir. A qrupunda Meksikanı
18.06.2026 317 Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü
Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Qızılın qiyməti son günlərdə ilk dəfə olaraq bir unsiya üçün 4 200 dollar həddinin altına düşüb. xəbər verir ki, "Comex" birjasının məlumatına əsasən, avqust tədarüklü qızıl füçersləri Bakı vaxtı ilə saat 06:06-d
12:00 140 Qarpız toxumu yemək olarmı? Dietoloqların cavabı təəccübləndirdi
Uşaqlıqdan bəri bir çoxumuz qarpız tumunu udmağın zərərli olduğunu eşitmişik. Lakin dietoloqlar bildirirlər ki, qarpız tumlarını udmaq tamamilə təhlükəsizdir və onlar sağlamlıq üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. xarici mediaya istinadla xəbər verir ki, ABŞ Milli Qarpızın Təbliği Şurasını
18.06.2026 287 Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Ukraynaya dəstəyin davam etdirilməsi ona döyüş meydanında mövcud müsbət dinamikanı qoruyub saxlamağa kömək etməlidir. Hazırda müharibənin təşəbbüskarı Vladimir Putin çıxılmaz vəziyyətə düşüb. xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. "Putin çıxılmaz vəziyyətə düşüb
10:45 148 "Fənərbağça"nın yeni baş məşqçisi bəlli oldu
Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi müəyyənləşib. xəbər verir ki, bu barədə İstanbul klubundan rəsmi məlumat verilib. Məlumata görə, "sarı-lacivərdlilər" İsmail Kartalla 1 illik müqavilə bağlayıb. Qeyd edək ki, İ.Kartal daha əvvəl müxtəlif vaxtlarda dörd dəfə "Fənərbağça"n
18.06.2026 252 Dilan Polata növbəti ŞOK - İndi nə oldu?
Türkiyəli sosial media fenomeni Dilan Polat növbəti dəfə məhkəmə qərarı ilə gündəmə gəlib. yerli mediaya istinadən xəbər verir ki , məlumata görə, onun bütün aktiv sosial media hesablarına girişin məhdudlaşdırılması ilə bağlı qərar verilib. Qərar Instagram, TikTok, Facebook və ÜouTube rlatformalarındak
18.06.2026 412