Pandemiyanın bitməsi ilə bağlı həkimlərdən PROQNOZ

Pandemiyanın bitməsi ilə bağlı həkimlərdən PROQNOZ"Omikron" ştammı üzümüzü "güldürən", bizi ümidləndirən hələlik tək mutasiyadır. Ağırlaşmaların və ölüm hallarının ötən ştammlarla müqayisədə az olması pandemiyanın bitməsi ilə bağlı gözləntilərimizi qüvvətləndirir. Artıq bəzi ölkələr karantinlə bağlı məhdudiyyətləri aradan götürüb. Müsbət proqnozlar bədbin xəbərlərdən çoxdur. Yoluxma sayı pik həddə çatır, təlaşlanırıq, amma yenə də ümidimiz itmir. Bu virusun pandemiyanı bitirəcəyinə inanıb, səbir edirik. Bəs ölkəmizdə "Omikron" dalğası nə vaxt bitə bilər? Normal həyata qayıdış yaxındırmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə yayımlayıb.

Həkim-pulmonoloq Əsəd Beydullayev açıqlamasında bildirdi ki, ağır xəstələrin sayında ciddi azalma var:

"Koronavirusun tüğyan etdiyi ilk vaxtlarda insanlar çox qorxurdular. Əgər testin nəticəsi pozitiv çıxırdısa, xəstəliyi yüngül keçirənlər belə təşviş içində olurdular. İndi hamı xəstəliyi tanıyır və müalicə metodunu bilir. Həkimlər, tibb bacıları əllərindən gələn köməkliyi edirlər. "Omikron"un mutasiyaları digərləri kimi ağır keçmir. Bu səbəbdən həkimə müraciət edənlərin sayı azdır. Müalicəsi də çox rahatdır. Mən ağciyər həkimi olduğum üçün əksər hallarda pnevmoniya xəstələri ilə işləyirdim. Həqiqətən, ağır xəstələr çox idi. İndi bu xəstələrin sayı ciddi şəkildə azalıb".

"Omikron"un nə vaxt bitməsinə gəldikdə isə həkim vurğulayır ki, o gün artıq yaxınlaşır:

"Ehtimal edirəm ki, yay ərzində yoluxma sayında azalma olarsa, ən geci payıza qədər pandemiya bitəcək. Amma xəstəlik yayda da aktivliyini saxlasa, payızda havaların soyuması ilə yenidən ağırlaşmalar olar, yeni dalğa ilə üzləşə bilərik. Bunu indidən demək çətindir".

Həmsöhbətimizin sözlərinə görə, bundan əvvəl hər 10 xəstənin 6-da ağır pnevmoniyalara rast gəlinirdi:

"İndi heç 10 xəstənin 1-də də rast gəlinmir. Bunun səbəbi kütləvi vaksinasiya, orqanizmin koronavirusun ştammlarına artıq adaptasiya olması, insanların daha erkən və düzgün müalicə olunmalarıdır. Bütün bunlar kompleks şəkildə ağır situasiyaların qarşısını alır. Ən əsas məqam isə təlaşdır. Təlaş, qorxu, ümidsizlik bu xəstəliyin ağırlaşmasında ciddi rol oynayır. Birinci dalğada da vəziyyəti çətinləşdirən əsas səbəb bu idi. İnsanlar koronavirusa yoluxanda təşvişə düşürdülər və həyatdan küsürdülər. Bu dəfə ciddi təlaş yoxdur. İnsanlar daha yüngül keçirir. Amma bu, bizə rahatlaşmaq hüququ vermir".

Ağciyər xəstəlikləri üzrə mütəxəssis vurğulayır ki, ehtiyatı əldən verməməliyik:

"Sosial məsafə, dezinfeksiyaedici vasitələrdən və maskalardan istifadəyə hamı davamlı riayət etməlidir. Çünki başımıza nə gələcəyini bilmək olmur. Periodik olaraq bu virusun yeni ştammları yaranır. Bəxtimizdən "Omikron" yüngüldür. Amma bundan sonrakı daha ağır ola bilər. Bu səbəbdən ehtiyatı əldən verməməliyik. Dövlət səviyyəsində məlumat verilənə qədər ehtiyatlı olmalıyıq. Bütün vətəndaşlara aktiv həyat tərzi, yaxşı qidalanmağı, bol maye qəbul etməyi və pozitiv əhval ruhiyyə arzu edirəm. Bunlar olduğu halda, dərmana ehtiyac da qalmaz. Adətən bu 3 faktor zəif olduqda, xəstəlik kəskinləşir. Yaxşı əhval-ruhiyyə ən böyük dərmandır. Xəstəliyi ağır keçirsəniz də, ümidinizi itirmədən ona qalib gəlin. Virusa adekvat reaksiya onu gücsüzləşdirir, təlaş isə inkişaf etdirir".

İnfeksionist Nicat Əzimli vəziyyətin hələ də kirtik olduğunu bildirir. Amma yaxın günlərdə azalma gözlənilir:

"Yoluxma halları çoxdur, ağırlaşmalar da az deyil. Buna baxmayaraq, qarşıdakı həftələrdə azalma gözlənilir. "Omikron"un pandemiyanın sonunu gətirəcəyi ilə bağlı deyilənlər bu variantın hiperkontaqiozluq xüsusiyyəti ilə əlaqədardır. Yəni "Omikron"un dominant olduğu dövrdə, demək olar ki, xəstələnməyən şəxs qalmadığı üçün münbit şərait yaranır. Lakin son zamanlar narahatlıq doğuran subvariantın ortaya çıxması pandemiyanın sonunun gəldiyini deməyin tez olduğunu göstərir".

İnfeksionist vurğulayır ki, verilən proqnozlar hələ özünü doğrultmayıb:

"Omikron" variantının bizdən öncə aşkarlandığı ölkələrdə dinamikalara baxsaq, görərik ki, əksəriyyətində yoluxmaların artımından 4-6 həftə sonra azalma müşahidə olunmağa başlayır. Bu da o deməkdir ki, keçən ayın ortaları Azərbaycanda aşkarlanan bu variantın fevral ayının sonundan etibarən azalmaya keçməsi gözləniləndir. Lakin pandemiyada 2 ildə qazandığımız təcrübə bizə onu deməyə əsas verir ki, proqnozlar həmişə özünü doğrultmur. Buna görə də, bir daha vurğulamaq istəyirəm ki, bunlar sadəcə təxmindir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 856   Tarix: 19 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.