ÜST: Pandemiya hələ bitməyib

ÜST: Pandemiya hələ bitməyibÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) tələskənlik göstərərək koronavirus pandemiyasının bitmiş elan edilməsinə etiraz edib.

Təşkilatın baş direktoru Tedros Qebreyesus bu barədə xəbərdarlıq edib. O bildirib ki, dünyanın bir sıra ölkələrində yüksək peyvənd kvotası və "omikron" variantına yoluxmaların nisbətən rahat keçməsi ictimai fikirdə sanki pandemiyanın başa çatması kimi təhlükəli anlayışa yol açır.

T. Qebreyesus bildirib ki, bu yanaşma düzgün deyil, çünki müalicə edilə və qarşısı alına bilən xəstəlikdən hər həftə dünyada 70 min insan həyatını itirir. Afrika əhalisinin 83 faizinə peyvəndin ilk dozası hələ də vurulmayıb. Bir çox ölkənin səhiyyə sistemləri yüksək yoluxmalara görə xəstəxanaların yüklənməsi ilı bağlı əziyyət çəkir. Hazırki vəziyyət daha yoluxucu və təhlükəli variantların meydana gəlməsi üçün ideal hesab oluna bilər.

ÜST rəhbəri qeyd edib ki, pandemiyaya qlobal səhiyyə fövqəladə vəziyyəti kimi son qoymaq mümkündür. Bunun üçün müvafiq tibbi-texniki imkanlar, bilik və təcrübə mövcuddur. O, dünyanın zəngin ölkələrini bir daha inkişaf etməkdə olan ölkələri peyvənd, testlər, dərman preparatları və maskalarla təmin etmək üçün 16 milyard ABŞ dolları həcmində vəsaitin toplanmasına dəstək göstərməyə çağırıb.

T. Qebreyesusun sözlərinə görə, pandemiyadan dolayı daha bir ili ağır iqtisadi nəticələrlə keçirmək əvəzinə 16 milyard dollarlıq vəsaitin toplanması daha məqsədəuyğun yol sayılmalıdır, çünki əsas diqqət pandemiyaya son qoymağa yönəldilməlidir. (AZƏRTAC)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 814   Tarix: 19 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Venesiya kanalında insan külü səpələndi: görüntülər narazılıq doğurdu

Avropada bir turist sevdiyi insanın külünü kanala səpələyərək yerli sakinlərin və digər sərnişinlərin narazılığına səbəb olub. xəbər verir ki, hadisə ilə bağlı görüntülər Daily Mail tərəfindən yayımlanıb. Məlumata görə, insident İtaliyanın Venesiya şəhərində, San Giorgio Maggiore adası yaxınlığında ba

10:31 123
.

"Sabah"ın sabiq futbolçusunun yeni ünvanı bəlli oldu

"Sabah" futbol klubu ilə yollarını ayıran Cesse Sekidika karyerasında yeni səhifə açıb. xəbər verir ki, nigeriyalı hücumçu bundan sonra Cənubi Koreyanın "Qanqvon" klubunun uğurları üçün tər tökəcək. Asiya təmsilçisi təcrübəli forvardın yay transfer pəncərəsində heyətə qatılan il

18.06.2026 243
.

Bakıda ginekoloq iş yerində qarət olundu - 7 minlik OĞURLUQ

Bakıda klinikada oğurluq hadisəsi olub. xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən klinikalardan birində qeydə alınıb. İttiham aktına görə, 58 yaşlı Bəsti Xudaverdiyeva (ad və soyad şərtidir) həkim-ginekoloq işləyən zərərçəkənin iş otağına girərək, ona məxsus çantadan içərisində 5440 mana

18.06.2026 374
.

Milli Məclis Gömrük Məcəlləsinə geniş dəyişikliklər paketini qəbul edib

Milli Məclisdə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Trend-in tədbirdəki müxbiri xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortay

12:45 1
.

Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü

Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Qızılın qiyməti son günlərdə ilk dəfə olaraq bir unsiya üçün 4 200 dollar həddinin altına düşüb. xəbər verir ki, "Comex" birjasının məlumatına əsasən, avqust tədarüklü qızıl füçersləri Bakı vaxtı ilə saat 06:06-d

12:00 71
.

DÇ 2026-da BÖYÜK SÜRPRİZ - qrupdan çıxacaq komandalar açıqlandı

2026-cı il dünya çempionatının qrup mərhələsində ilk turun ardından mütəxəssislər növbəti mərhələyə vəsiqə qazanacaq komandalarla bağlı proqnozlarını açıqlayıblar. Qiymətləndirmələrə əsasən, turnirin favoritləri hesab olunan komandaların əksəriyyətinin pley-offa yüksələcəyi gözlənilir. A qrupunda Meksikanı

18.06.2026 313
.

Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...

Ukraynaya dəstəyin davam etdirilməsi ona döyüş meydanında mövcud müsbət dinamikanı qoruyub saxlamağa kömək etməlidir. Hazırda müharibənin təşəbbüskarı Vladimir Putin çıxılmaz vəziyyətə düşüb. xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. "Putin çıxılmaz vəziyyətə düşüb

10:45 120
.

İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Beynəlxal

18.06.2026 287
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2.54 ABŞ dolları və ya 3.07% azalaraq 80.06 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82.6 ABŞ dolları təşkil edib

10:15 102
.

TOP MP3